Yuxu haqqında bilmədiklərimiz

 
Yuxu haqqında bilmədiklərimiz

Yuxudan şirin dünyada nə ola bilər?! Hələ qədim zamanlardan alimlər yuxu haqda araşdırmalar aparıb, maraqlı faktlar ortaya çıxarıblar. Lakin elmi faktlardan başqa yuxu haqda müxtəlif əfsanələr də yaranıb.
Bütün bunları nəzərə alaraq yuxu haqda bəzi mif və faktlarla sizləri tanış edim



Yuxu haqda miflər


1. İmkan düşən kimi yatmaq. Adətən həftənin istirahət günləri daha çox yatmağa çalışırıq, sanki həftəlik yuxu planı doldururuq. Hamilələrə isə deyirlər ki, indidən yat, çünki son ayları yatmaq mümkün olmayacaq.
Lakin alimlər konkret olaraq 7 günlük yuxu rejiminə riayət etməyi məsləhət görürlər. Düzdür, həyatda elə günlər olur ki, çox yatmalı oluruq. Bayram ərəfəsindəki yorğunluq, ağır iş günləri və s.. buna aiddir. Lakin ümumi olaraq eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq sağlamlığınıza da faydalıdır.
2. Gecə idmanı faydalıdır və siz tez yuxuya gedəcəksiniz. Əslində isə, gecə məşq etdiyiniz zaman qan qaynamağa başlayır və yatmaq çətinləşir. Həkimlər ən azı yatmamışdan 3 saat öncə məşqi bitirməyi məsləhət görürlər. Fiziki məşqlər üçün ideal zaman axşam saat 5-dir. Ancaq insanın fiziologiyasından da çox şey asılıdır.
3. İnsan böyüdükcə yuxuya tələbatı da azalır. Əslində bu heç də belə deyil. Orqanizmin yuxuya tələbatı dəyişmir. Sadəcə yaşlaşdıqca yuxulamaq çətinləşir.
4. Yuxu beyinin istirahəti deməkdir bu yanlışdır. Beyinə istirahəti aktivliyin yerdəyişməsi gətirir. Yuxu isə fiziki gücü bərpa etmək üçündür.
5. Əgər gecə oyanmısınızsa, yataqdan qalxmayın, çünki yuxunuz qaçar. Bu da səhv yanaşmadır. Gecə oyanmısınız və gözünüzə yuxu getmirsə ayağa qalxın, 15-20 dəqiqə evdə dolaşın, televizoru yandırmayın. Pəncərədən baxın, xəyala dalın, əmin olun ki, yuxunuz gələcək.
6. Yuxudan öncə yataq otağında nə qədər çox zaman keçirsəniz bir o qədər tez yuxulayacaqsınız. Əslində hər şey əksinədir. Çalışın yataq otağı yalnız istirahət üçün nəzərdə tutulsun. Heç bir televizor, kitab, kompyuter və s. olmaz
7. Gecə seksi yuxunu qaçırır. Yəqin ki, gecə yatdığınız zaman həyat yoldaşınız sizə yaxınlaşır, siz isə �səhər tez oyanmalıyam� sozləri ilə cavab vermisiniz. Düşünürsünüz ki, yuxunuz qaçacaq və yata bilməyəcəksiz. Ancaq seks insanı sakitləşdirir, stressi aradan götürür, orqanizmdə xoşbəxtlik hormonlarını çoxaldır. Buna görə də daha yaxşı yuxuya gedəcəksiniz və yuxunuz rahat olacaq.
8. Bir qədəh şərab yaxşı yuxu gətirir. Təbii ki, alkoqol rahatlaşmağa və tez yuxuya getməyə kömək edir, lakin gecə ərzində tez-tez oyanmaq sizi sağlam yuxudan məhrum edəcək.
İndi də yuxu haqda maraqlı faktlarla tanış olun


Yuxu haqqında bilmədiklərimiz

Yuxu haqda maraqlı faktlar

1. Yuxunuz kifayət qədərdimi? Bunu başa düşmək üçün �Nə qədər vaxta yuxuya gedirsiniz?� sualına cavab verin. Əgər 5 dəqiqəyə yuxuya gedirsinizsə, deməli yuxunuz azdır, çünki normal yuxuya getmə müddəti 10-15 dəqiqədir.
2. Uşaqlara və yeniyetmələrə 10 saat, böyüklərə isə 6-8 saat yuxu lazımdır.
3. Körpənin həyatının ilk illərində valideynlər 450-750 saat yuxusuz qalırlar.
4. 17 saat yuxusuzluq və istirahət etməmək fikrinizi cəmləməni çətinləşdirir. Bu təxminən qanda 0,05% alkoqolun təsirinə bərabərdir.
5. Uzun müddət yuxusu az olan insanlar daha tez sərxoş olur.
6. Insanların təxminən 70%-i yatan zaman yıxıldığını zənn edir və nədənsə tutmağa çalışırlar. Məsələ ondadır ki, yatan zaman beyin əzələlərə yıxılmaq haqda siqnal göndərir və biz əl-ayaqlarla hərəkət edirik. Bu siqnallar ona görə baş verir ki, bədənimiz şaquli formadan üfiqiyə keçir və beyin bunu anlamağa imkan tapmır.
7. Yuxuda olan zaman gözlərimiz bədən hərəkətlərimizi təkrarlayır.
8. Yuxulayan zaman 5 mərhələ keçirik və bunların heç biri təkrarlanmır.
9. Dərin yuxu fazasında ürək döyüntüləri, təzyiq və nəfəs gün ərzində minimum göstəriciyə çatır.
10. Qadınlar və yaşlı insanlar yuxusuzluqdan başqalarına nisbətən daha çox əziyyət çəkirlər.
11. İnsan yuxusuz 18 gün yaşaya bilər. Bu zaman insanda yaddaş pozğunluğu, hallyusinasiya və s. problemlər meydana çıxır.

12. Bir çox insanlar açıq gözlərlə mürgüləyir və bundan xəbərləri belə olmur.
13. Otaqda işığın olması sizi yuxudan oyada bilər. Buna görə də çalışın tam qaranlıq otaqda yatasınız.
14. Qadınların yuxuya ehtiyacı kişilərə nisbətən 1 saat çoxdur.
15. Son 25 il ərzində insanlar yuxu sahəsində daha çox açılışlar ediblər.
Yuxunuz şirin olsun!


Geri dön

sevgi yalandir

  • 13 oktyabr 2010 21:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Ulya,
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 8 oktyabr 2010 21:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
dangerous_angel,
Azeri_Gozeli,
MiYasKa KrEoZi,
♥Princess♥,
Grace_Angel,
love

Azeri_Gozeli

  • 7 oktyabr 2010 19:01
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
melumatim avrdi bu haqda coox sag ol

--------------------

MiYasKa KrEoZi

  • 7 oktyabr 2010 18:23
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
Yuxunuz şirin olsun! wink

TeshEkkuRLer maRaqLI meLumAta goRe.. feel

--------------------

Grace_Angel

  • 7 oktyabr 2010 18:05
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...melumata gore......

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}