Sahib olduqlarınızın dəyərini bilin

 
Sahib olduqlarınızın dəyərini bilin

Bir zamanlar bir psixologiya kitabında oxuduğum bir hissə vardı…

Həyatın və sahib olduqlarının qiymətini bilmək üçün tövsiyə edilən bir metod var idi içində… Deyilirdi ki;

"Hərdən özünüzü çox pis hiss etdiyinizdə, həyatın sizin üçün çəkilməz hala gəldiyini düşündüyünüzdə özünüzə 10 dəqiqə ayırın və öz cənazə mərasiminizi düşünün"…

Cümləni ilk oxuduğum zaman çox təəccüblənmişdim…

Mən girişdə daha müsbət yazı və tövsiyə gözləyirdim…

Amma "öz ölümümüzü və cənazəmizi" düşünməyimiz tövsiyə edilirdi…
Tüklərim tikan-tikan oldu və yazarın axmaqladığını düşündüm o an…

Amma ön mühakimə düşməni biri olaraq oxumağa davam etdim… Deyirdi ki; "bunları düşündüyünüzdə dünyadakı yerinizi, dünyanı tərk etdiyinizdə meydana gələcək boşluğu, sevdikləriniz və sizi sevənlər üçün əhəmiyyətinizi anlayacaqsınız…

Xüsusilə insanların sizin üçün nələr söyləyəcəklərini, onlar üçün nə ifadə etdiyinizi hiss etməyə çalışın…"

Sahib olduqlarınızın dəyərini bilin

O andan geriyə dönmək şansınız olmadığını, həyat deyilən kreditinizin qurtardığını və onlara cavab vermə şansınızın olmadığını düşünün… Təkrar sarılma, bir dəfə daha öpmə ehtimalınızın olmayacağını hiss edin… Dünyadakı küslüklərin, ayrılıqların, döyüşlərin yanında bu ağrının və geri dönülməzliyin qorxunc çarəsizliyini yaşayın…

Buraxın canınız incinsin, buraxın alovlar içində qovrulsun bütün ruhunuz… Orada, o mərasimdə düşünün özünüzü… Seyr edin bu an ətrafınızda olanların üz ifadələrini… Ağıllarından və ürəklərindən keçən cümlələri xəyal edin…

Sahib olduqlarınızın dəyərini bilin

Kitaba davam etmədən kənara atdım və gözlərimi bağlayıb eynilə düşünməyə başladım…

Həyat yoldaşımı, oğlumu, anamı, atamı, qardaşlarımı və digər bütün ətrafmı oturtdum tək-tək öz cənazə mərasimimdəki yerlərinə…

Bir-bir yerləşdirdim tabutumun ətrafına hamısını… Həyatımda çox nadir hallarda bu qədər canım incinmişdi…

Görürdüm "ataaaa…" deyə ağlayan oğlumu…

Həyat yoldaşım qucağında "ağlayan əmanətimlə" ayaqda dayanmağa çalışırdı…

Anam, ciyərindən bir parça canlı-canlı qoparılmış kimi həm içinə həm xaricinə axıdırdı gözyaşlarını…

Qardaşlarım, qohumlarım "çox erkən getdi, doya bilmədi oğluna.." deyirdi ağrıyan səs tonlarıyla…

Və dostlarım… Onlar da çaşqın idi… Bəzisi "daha dünən birlikdəydik, necə olar.." deyirdi…

Bunları seyr edib onlara "xeyr ölmədim, buradayam.." demək istədim xəyal olduğunu unudub…

Sonra başa düşdüm yazıçının nə demək istədiyini daha davamını oxumadan kitabın…

Sahib olduqlarınızın dəyərini bilin

Əhəmiyyətini başa düşmək əhəmiyyətli bir anlayışdır… Bəlkə də heç ağılımıza gəlməyən və gəlməyəcək bir anlamanı göstərmək istəmişdi yazıçı… Kitabı oxumağa nə gücüm qalmışdı, nə də istəyim…
Almalı lazım olan dərsi və mesajı almışdım… İndi nə kitabın adını nə də yazıçısını xatırlamıram…
Yaxınlarımda buraxdığım izləri, yaşananları və yaşana bilməyənləri əldən keçirərək mən danışdıracaqdım xəyalımda…

İçlərini oxuyacaqdım, ssenari mənə aid olaraq…

Yaşayarkən nələr yazmışdım, ölümümlə nələr oxuyacaqdım…

Yazarın məqsədi "Yaşamanın və hələ nəfəs alır olmanın qiymətini göstərmək idi…" Mənim də elə…

Sözü çox uzatdım bilirəm… Amma həyat dediyimiz həlli 2 sətirlə yekunlaşdırıla bilməyəcək qədər girintili və çıxıntılıdır…

Mən o gün qurduğum o xəyalla, canımın bütün yanmasına baxmayaraq YENİDƏN DOĞULDUM…

Kompüter diliylə "format atdım həyatıma"…

Sahib olduqlarımın fərqinə vardım və hələ nəfəs alır olduğum üçün şükr etdim…

Gözlərimi açdığım anda o pis və ağrılı səhnə bitmiş, oyun pərdəsi enmişdi…

Sahib olduqlarınızın dəyərini bilin

Yaxşı ya xəyal deyil də, həqiqət olsaydı və pərdə bir daha açılmamaq üzrə bağlansaydı…

Bu da final. Bu yazını bura qədər oxumanıza dəyər məncə…

Bəlkə pis oldunuz amma davamını gətirsəniz buna dəyər məncə…

Mən bu axşam melanxoliyəm və bir az şişirtmiş ola bilərəm…

Məncə bu yazını yalnız oxuyaraq buraxmayın…

HƏRDƏN BU YAZIDAN ALDIQLARINIZI DÜŞÜNÜN VƏ HƏYATINIZI NƏZƏRDƏN KEÇİRİN…

Ölümün kimə və nə vaxt gələcəyini Uca ALLAHdan başqa bilən yoxdur. Məhz buna görə hazır yaşayarkən və nəfəs alarkən edə biləcəklərinizi edin, təxirə salmayın…

Bilərək - bilməyərək qırdığınız ürəkləri təmir edin…

Sizi sevənlərə və sevdiklərinizə daha çox zaman ayırın…

Və ən əhəmiyyətlisi;

SAHİB OLDUĞUNUZ HƏR ŞEY ÜÇÜN, TƏKRAR -TƏKRAR ŞÜKR EDİN UCALAR UCASI YARADANa…


Geri dön

KAYBOLAN YILLAR

  • 10 noyabr 2011 01:20
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
bu heyatda qanundu tewekkurler

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

mikmik

  • 9 noyabr 2011 21:12
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
axira qeder oxumasamda basliqdan basa dusdum tsk !

--------------------
Allah Təkdir !

Larek

  • 9 noyabr 2011 20:22
  • Məqalə: 8
  • Şərh: 108
  • Bal:
{awards}
men sizin yazdiğizi oxudum men özum psixologiyaya aid heç bir kitab oxumamişam bilisiz necedi heyatda apsurt temalara çoxda yaxinliq elemey lazim döur.gedim maraqlanin heyatda emeliynen iz qoyan insanlar apsurt yox- real axtarişinda olublar.

men size bir söz yazim bu temaya aid olmasada men isterdmi siz bunu bilesiz gedin bu kitablari oxuyun olardan xeber yazin bura men görurem siz bunu bacarisiz.Ziya bunyadov- dan bir kitabi haqqinda yazacam kitabin adi beledi ( Azerbaycan 7 - 9 ci esirlerde) bu kitabi oxuyun onu ölume aparan yolda bu kitabin da tesiri böyukdu.ordan bir stat çekecem Babek haqqinda bizim milletin bezi siasetçilerinin giydirme öz menafeyine xatir tarix yazan alimlerinin ve s.Babeki Azerbaycan Xalqinin qehramani kimi bizdere tanidmay istediler ancaq bu bele döur Babek Azerbaycan xalqinin ezel 5 duşmeni varsa olardan biridi babek .babek şexsiyetsiz nesiryozni quldur olub.-bax bundan yazin bizdere bu lazimdi.ziya bunyadov o kitabda açiq aşkar yazib babekin bu xalqa çekdirdiyi zulum eziyyetleri.neyse bilmirem başa sala bildim.

..:MeleK kiz:..

  • 9 noyabr 2011 19:25
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox deyerli sozlerdi bu gunume wukur edirem

FLY TIME

  • 9 noyabr 2011 19:23
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
birce en axirinci cumleni oxudum ele o da menali geldi. sahib oldugunuz her weye tekrar-tekrar wukur edin ucalar-ucasi yaradana

V_I_P

  • 9 noyabr 2011 19:21
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler....

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Prank girl

  • 9 noyabr 2011 18:12
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Çox dəyərli və gözəl məsləhətlərdi,

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Stubborn

  • 9 noyabr 2011 18:03
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
cooooooooooox saq olll.Cooooox maraqli ve deyerli meslehetler var idi


.♣.Chrysalis.♣.

  • 9 noyabr 2011 17:49
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
BIR SOZLE ELAA.INSAN SADECE YASADIGINI GELECEYINI YOX OLUMUNUDE FIKIRLESMELIDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 9 noyabr 2011 17:47
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
HƏRDƏN BU YAZIDAN ALDIQLARINIZI DÜŞÜNÜN VƏ HƏYATINIZI NƏZƏRDƏN KEÇİRİN…

Ölümün kimə və nə vaxt gələcəyini Uca ALLAHdan başqa bilən yoxdur. Məhz buna görə hazır yaşayarkən və nəfəs alarkən edə biləcəklərinizi edin, təxirə salmayın…

cooox sag olun,, maraqli idi dogrudan...

--------------------

Dusha_Moya))

  • 9 noyabr 2011 17:31
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Bu metod bəlkə də effektivdir, lakin azəri psixologiyasına tam yaddır..bu təsəvvürdən ibarət olduğu üçün əsl reallığı əks etdirməz..yəni öz ölümünə kənardan baxma effektini heç bir zaman verməz..amma maraqlı məlumatlardı..tşkr..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}