Ağlamaq, gözəldir bəzən…

 
Ağlamaq, gözəldir bəzən…

AĞLAMAQ GÖZƏLDİR BƏZƏN..

Yetim qalmış həsrətlərinə təsəllidir yaşların…

Gedənin arxasından ağı deməkdir ağlamaq, dönməyəcəyini bilə-bilə…

Damla damla axarkən solmuş yanaqlarına, həyat verməkdir qalan xatirələrə…

Ağlamaq, gözəldir bəzən…

Batan bütün duyğularını səthə çıxarıb üzdürməyindir həyatın sahilində…

Və arxasından baxmağındır keçmişə nəmli nəmli…

Duyğularınla yağan yağış yaşlarının göyquşağı rənginə bürünməsidir…

Ağlamaq, gözəldir bəzən…

Süzülərkən keçmişin izləri, tək-tək dolar çatlamış torpaqların ürəyində…

Məhsuldar torpaqlara çevrilər…

Təkrar yaşıllaşması üçün gələcəyin…

Ağlamaq, xüsusidir bəzən…

Səbəbin olmadığı anlarda qucaqlamasıdır ilıq gözyaşlarının səni ana şəfqətində…

Boşluğa açılan ürək pəncərənə vurmasıdır damlalarını… Sonra yumasıdır o an hər nə varsa dərində…

Və səssizliyə bürünməsidir…

Bilmədiyin duyğularının…

Ağlamaq, gözəldir bəzən…

Boş qalan əllərinə tək-tək yığılmasıdır…

Su dənəciklərinin…

Yığılan nə varsa içində, boğulmasıdır hıçqırıqlarının… Sızmasıdır yenidən ovuclarına sabaha aid ümidlərinin…

Ağlamaq, gözəldir bəzən…

Dizləri üzərinə çökmüş ürəyinin dizlərindəki yaranı təmizləməkdir…

Çəhrayı bir rəng yaratmaqdır qırmızı və ağın qarışığından…

Sonra sarğı etməkdir ən dərin yaranı böyük vasvasılıqla…

Ağlamaq, xoşbəxtlikdir bəzən…

Qucaqlamaqdır həsrətin qollarına titrəyişlərini…

Sevgini əlavə etməkdir damlayan mənbələrinə….


Ağlamaq, gözəldir bəzən…

Günahsız zamanlarında yoldaşın, səssiz zamanlarında dostun olar çox vaxt…

Ağlamaq, itirməkdir bəzən…

Qəbul etməyindir səndən gedən köçəri duyğularını…

Və yenidən açmağındır mehmanxanaçı kimi yeni yola salara qapılarını… Ehtiyacı olanı qorumağındır sakit otaqlarında…

Ağlamaq, gözəldir bəzən…

Hər damlanın düşdüyü yerdə buraxmaqdır izlərini… Unudulmasına icazə verməməyindir xatirə damlacıqlarını… Sinəyə çəkməyindir bilinməyən fədakarlıqlarını…

Və sahiblənməyindir şərtsiz sevgilərini…

Ağlamaq, gözəldir bəzən…

Toxumaqdır simli naxışlarını duyğu kilimlərinə…

Həssas duyğularını ölümsüzləşdirməkdir dəyərlərində…

Və tarixə yaymaqdır əks-sədalarını…

Ağlamaq, gözəldir bəzən…

Eşitdirməkdir səsini və nəfəsini…

Yaşadığını varlığını hiss etdirməyindir tıxalı qulaqlara…

Bir mübarizənin zəfəridir…

Ortaya çıxan döyüşlərində…

Ağlamaq, gözəldir bəzən…

Rəng rəng əhatə etməyindir qeyri-mümkünləri…

Ağlamaq, möcüzədir bəzən…

Təmizləməyindir tozlanmış ruhunu…

Sərməyindir rəhmət çəmənlərinə hüznlərini…

Və gözləməyindir suladığın hər toxumun yaşıllaşmasını…

İyləməyindir, səbir ilə yetişdirdiyin çiçəklərini…

Ağlamaq, Çox Gözəldir Bəzən…

Bilirsənsə Dəyərini…


Geri dön

nilayka

  • 20 fevral 2011 19:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tesekkurler

--------------------

sevgi yalandir

  • 13 oktyabr 2010 21:00
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
aglamq pis deyil nabarod insan aglayanda ici bosalir

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 8 oktyabr 2010 16:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
dangerous_angel,
maNga_RocK_GiRL,
Azeri_Gozeli,
Милая_kisa,
Afran007,
winked

maNga_RocK_GiRL

  • 7 oktyabr 2010 19:24
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Duzdu aglamaq pisdi. Amma herden ele moment olurki aglamasan mumkun deyil ey, insanin ureyi partlayar.

Azeri_Gozeli

  • 7 oktyabr 2010 19:07
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
eee adam yorulur aglamaqdan recourse

--------------------

Kisa_Kiss

  • 7 oktyabr 2010 18:46
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
recourse recourse recourse

--------------------

Afran007

  • 7 oktyabr 2010 18:44
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Aglamaq pis seydi fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}