Şərabın Haramlığının Dörd Mərhələsi

 
Şərabın Haramlığının Dörd Mərhələsi

İslam dinində bə`zi hökmlər tədricən bəyan olunmuşdur.
Buna səbəb cəmiyyətin buna hazır olmamasıdır.
Şərab içməyin qadağan olunması hökmü də bu qəbildəndir.
İslamdan əvvəl, yə`ni cahiliyyət dövründə ərəblərin üç şeyə
güclü meyli olmuşdur: Şe`r, şərab, döyüş.

Şərab içmək onlar üçün fəxr və üstünlük hesab olunurdu.
Bundan əlavə onların gəlirlərinin bir hissəsi şərab istehsalı və
onun ticarəti ilə tə`min olunurdu.
Elə buna görə də, şərab Qur`ani - kərimdə dörd
mərhələylə haram buyurulmuşdur. Bu barədə ilk ayə
Məkkədə nazil olmuş Nəhl surəsinin 67-ci ayəsidir.
Bu ayədə Allah taala şərabı "gözəl ruzi"nin
qarşı tərəfi kimi göstərərək məzəmmət etmişdir.


Ayədə deyilir:
"Xurma və üzüm ağaclarının meyvələrindən məstedici şərab və gözəl ruzi çəkirsiniz".
Digər ayələr müsəlmanların Mədinəyə hicrətindən sonra nazil olmuşdur.
Nisa surəsinin 43-cü ayəsində Allah taala məst halda qılınan namazın məqbul sayılmadığını bildirdi:
"Ey müsəlmanlar! Nə dediklərinizi bilənə kimi, məst halda namaza yaxınlaşmayın!"
Ayənin yalnız namaza aid olmasına baxmayaraq, onda bir növ
məzəmmət və ikrah hissi də yatmışdır. "Nə dediklərinizi bilənə kimi"
ifadəsindən mə`lum olur ki, məst və sərxoş insan dediklərini
anlamır və danışdığı sözlərin fərqinə varmır.
Bu isə, heç şübhəsiz ki, normal insan üçün böyük qəbahət və eyib sayılır.

Şərabın pis və bəyənilməz iş olması barədə nazil olan üçuncü ayə
Bəqərə surəsinin 219-cu ayəsidir. Bu ayə şərab və qumar
barəsində Peyğəmbərə (s.a.a.) verilən sullara cavab olaraq nazil olmuşdur:
"Ey Peyğəmbər! Səndən şərab və qumar haqqında soruşurlar.
De ki, onlarda böyük ziyan və insanlar üçün (maddi) mənfəət vardır.
Lakin ziyanları mənfətlərindən daha artıqdır".


Göründüyü kimi Allah taala bu ayədə şərabın şəriət
baxımından eyib sayıldığını vurğulayıb, onun qəti surətdə
haram olunmasına zəmin hazırlamışdir. Müsəlmanların
bə`ziləri heç zaman şərab içməmişdilər.

Bə`ziləri isə bu ayələrdən sonra şərabdan çəkindilər.
Amma, bə`zi müsəlmanlar hələ də şərab içir və
köhnə vərdişlərini davam etdirirdilər. Bə`zən bu
qruplar arasında mübahisələr yaranır, bə`ziləri
şərabın haram, bə`ziləri isə halal olduğunu söyləyirdilər.
Onlar Peyğəmbərin (s.a.a.) yanına gəlib bu barədə daha açıq və aydın hökm istədilər.


Bu zaman Maidə surəsinin 90-91-ci ayələri nazil oldu:
"Ey müsəlmanlar! Həqiqətən şərab, qumar, bütlər və əzlam
(Cahiliyyət dövründə geniş yayılmış bəxt oyunu)
Şeytan əməli olan çirkin və murdar işlərdirlər.
Öz səadət və qurtuluşunuz üçün onlardan çəkinin.

Şeytan şərab və qumar vastəsilə sizin aranızda ədavət
və düşmənçilik yaratmaq, sizi Allahın zikrindən
çəkindirmək istəyir. (Bütün bu açıqlamardan sonra )
Siz (şərab və qumardan) çəkinməyəcəksinizmi?!"


Bu ayə ilə şərab içmək qəti surətdə haram buyruldu,
onun çirkin iş və şeytan əməli olduğu göstərildi.
O zamandan e`tibarən qiyamətə qədər Allaha və
Peyğəmbərə imanı olan bütün insanlara şərab içmək qadağan olunmuşdur.

Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici
və spirtli içkilərin haram olmasını bildirir. Belə ki, onların az və
ya çox, xalis və ya qarışıq olmaları, habelə insana tə`sir
göstərib - göstərməmələri arasında heç bir fərq yoxdur
.


Geri dön

ASMIYA

  • 10 noyabr 2011 20:01
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
ETSINLER DUSUNMEDEN, UTANMADAN, ALLAHIN YARATDIGINDAN KECIRSINLER HARAM, GUNAH GOREN SONLARI NECE OLACAQ. ACIYIRAM O INSANLARA. REBBIM IBRET VERICI ELE BIR SEY GOSTERSIN KI, MIN PESMAN OLUB TOVBEYE TELESSINLER ETDIYI HER CUR YALNISDAN. AMIN ALLAHIM

COK TESEKKURLER COK GOZEL YAZIDIR.

--------------------


V_I_P

  • 10 noyabr 2011 17:42
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
cix weyler haramdir. twkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

QªQª¤²º¹¹¤

  • 10 noyabr 2011 15:30
  • Məqalə: 74
  • Şərh: 256
  • Bal:
{awards}
Eziyyete gore minnetdaram

--------------------

Ku-ku

  • 10 noyabr 2011 14:24
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}

Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici
və spirtli içkilərin haram olmasını bildirir. Belə ki, onların az və
ya çox, xalis və ya qarışıq olmaları, habelə insana tə`sir
göstərib - göstərməmələri arasında heç bir fərq yoxdur.

--------------------

BadZero

  • 10 noyabr 2011 13:45
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun.... Təəssüf ki, bu şeylərə çox az adam əməl edir

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 69
Cəmi: 99

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}