Tanrım, Liviyadan muğayat ol!

 
Tanrım, Liviyadan muğayat ol!

Tanrım, Liviyadan muğayat ol!

Mühəmmər Qəddafinin ələ keçdiyi kanalizasiya borusunda axtarış zamanı diktatora məxsus bir çox əşyalarla yanaşı bir dəftərçə də tapılıb.

Məlum olub ki, Qəddafi boruda olduğu müddət ərzində vəsiyyətnaməylə yanaşı, bu dəftərçəyə bir neçə şeir də yazıb. Bu şeirlərin bir neçəsi artıq dünyanın internet portallarında onun öz əlyazmasında yayımlanıb.

Oxucularımız üçün maraqlı olacağını düşünüb onun bir şerini dilimizə uyğunlaşdırdıq. Çevirmən Qəddafinin xəttinin pis olması ucbatından şeirdə bəzi dil xətalarına görə oxuculardan bəri başdan üzr istəyir.

Əlvida

Quşlarına göy, göylərinə quş olduğum ölkəm
əlvida!
əlimdən gəlsəydi, quraqlıqdan əzab çəkən
göylərinə qar yağardım.
Axtarıb tapardım yoxa çıxan Allahını.
Bütün ömrümü çaylarının sahilində ağlardım ki,
Suların bol, dəryaların dərin olsun.
Nəhəng bir ağac kimi ucalardım başın üstə
Səhraların sərin olsun.
Mən isə... mən isə vur-tut tənha hökmdar oldum;
Vəhşi xalqın vəhşi hökmdarı.
əlvida Liviya!

Uşaqlığımı sən mənə bağışlamışdın, qocalığımı mən sənə bağışlayıram.

Üşüməyi küləklərindən öyrəndim,
Çürüməyi sümüklərindən.
Qadınlarından atıb getməyi,
Kişilərindən bir də geri dönməməyi öyrəndim.
Atamdan vaxtsız ölməyi, anamdan dözməyi,
Yəni ölməməyi öyrəndim.
Sənin olmadığın yerlər mənim üçün vətən deyil, Liviya!

Budur, quzğunların gözlərimi deşməyə hazır.
Ilanların sürünür bədənimdə
Qarışqaların yuvalarına sürüyür məni,
Milçəklərin eşir yaralarımı.
Məni sən ələ verdin, Liviya!
Ax, zalım vətən!
Halına acımadan sevməmək olmur səni.
Əlvida!

Adəmdə sevən, Həvvada günaha batan Tanrım,
Peyğəmbərdə öyrədən, müdrikdə düşünən,
Şairdə əzab çəkən Tanrım,
Məcnunda divanə olan, Leylada darıxan Tanrım,
Qılıncda kəsən, boğazda qan axan Tanrım,
Liviyanı sənə tapşırıram,
Yurdumdan muğayat ol.

Əlvida Liviya!


Geri dön

H.o.S.t _ FaNaTka

  • 30 noyabr 2011 13:08
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

THIS IS LEGEND

  • 12 noyabr 2011 12:18
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
tewekkurler emeye hormet olaraq twk ler

Ku-ku

  • 10 noyabr 2011 09:47
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
hmmm twkkkkkkk

--------------------

KAYBOLAN YILLAR

  • 10 noyabr 2011 01:05
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
allah ozu komek olar twk

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Larek

  • 9 noyabr 2011 22:35
  • Məqalə: 8
  • Şərh: 108
  • Bal:
{awards}
indi qeddafiden son guya yaxşi olacay o dövleti o qurmuşdu it kimi yaşiyirdilar qebile şeraitinde o qurdu dirçeldi o dövleti.bir neçe prizdente hakimyete gelmeyinde qeddafinin böyuk kömeyi olub ister maddi ister menavi.o bilseydiki döğurdan onun gedmeyin milleti istiyir o sakitce çekilerdi bunu hami bilir bu plan 3 il bundan qabaq czilmişdi heyata keçirmeye guclu pul lazimidi.indiki gelenler ac luturyanlardi ancaq bir fkirleri olacay nece karmani dolduray qeddafi 30 faiz yiyirdise bular 95 faiz yiyeceyler ne millet olarai dövlet maraqlandirmir.qeddafini hami idiyalis kimi taniyirdi o milletin dövletin doğurdanda istiyen olub.Allah Rehmet elesin.Xebere göre teşekkur

Cilent_M.Q

  • 9 noyabr 2011 22:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Əlvida Liviya! belay

--------------------

_SVETLANA_777_

  • 9 noyabr 2011 20:46
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN TESEKKURLER

--------------------
<p></p>

HaYaT_GuZeL

  • 9 noyabr 2011 20:46
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Mən isə... mən isə vur-tut tənha hökmdar oldum;
Vəhşi xalqın vəhşi hökmdarı.
əlvida Liviya!
Deməli özü də qəbuledib.Vəhşiliklərini...Təşəkkürlər xəbərə görə

wiki

  • 9 noyabr 2011 20:43
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
maraqli melumatdir...

MiLeyla

  • 9 noyabr 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ne deyim,duzunu yalniz ALLAH bilir

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

RAY OF MOON

  • 9 noyabr 2011 20:21
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
Eger o xalqini heqiqetende chox sevirdise hech vaxt xalqina qarshi amansiz hereketler etmezdi. Soradanda sheir yazmaginin yeri yoxdu.

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

..:MeleK kiz:..

  • 9 noyabr 2011 20:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
elvida livya

FLY TIME

  • 9 noyabr 2011 20:15
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
3-cu serh menden twklar.........

... Deryam ...

  • 9 noyabr 2011 20:15
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Pis deyil şeri laughing
Yaxşı vaxt tapıb yazıb ...
Maraqlı məlumatdı

--------------------

V_I_P

  • 9 noyabr 2011 20:12
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allah komekleri olsun.ammin

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

QªQª¤²º¹¹¤

  • 9 noyabr 2011 20:11
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
cavan getdi ))
amma layiq idi bu olume

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}