Lətifələr

 
Lətifələr

Bir gün çox ağıllı biri Yeni illə əlaqədar xəstəxanaları gəzib ağıllanan dəliləri buraxdırmağa qərar verir. Xəstəxanaların çoxunu gəzir, lakin heç ağıllı görünən dəliyə rast gəlmir. Ən sonunda bir xəstəxanaya gedir, birdə görür ki, bütün dəlilər tullanıb düşür. Dərhal onlarla maraqlanan həkimi tapır və soruşur:
-"Bunlar niyə belə tullanıb düşür?"
-"Bunlar özlərini qarğıdalı partlaqları (popkorn) sanırlar".
Amma görürlər ki, bir dənəsi tullanıb eləmədən yatağın üzərində sakit bir şəkilde durur. Dərhal ona yaxınlaşıb soruşur:
-"Bəs sən niyə tullanmırsan?"
-"Mən tavaya yapışmışam..."

Lətifələr

Zəngin bir Ərəb ürək əməliyyatı keçirəcəkdi. Həkimlər əməliyyat öncəsi bir tədbir olaraq bir miqdar qan yığmaq istəyirlər. Amma bu Ərəbin qanı çox nadir tapılan bir qan imiş. Bütün dünyanı axtarıb arayırlar və Qüdsdə yaşayan bir yəhudidə bu qanın olduğunu tapırlar. Yəhudi qan verməyə razı olur və əməliyyat da uğurlu keçir. Əməliyyatdan sonra zəngin Ərəb, özünə qan verən Yəhudiyə təşəkkürləri ilə birgə müdhiş bir avtomobil və bir milyon dollar pul yollayır. Bir neçə ay sonra Ərəbin bir dəfə daha əməliyyat olması zərurət olunur. Həkimlər yenə Yəhudini axtarırlar və Yəhudidə təkrar qan verməyə razı olur. Ərəbin əməliyyatı yenə uğurlu keçir. Ancaq bu dəfə özünə qan verən Yəhudiyə bir təşəkkür qeydi ilə bir qutu paxlava yollayır. Çox daha qiymətli hədiyyələr və pul gözləyən Yəhudinin kefi pozulur. Qan verdiyi Ərəbə telefonla zəng edir niyə bu qədər xəsislik etdiyini soruşur. Ərəb qəhqəhə ilə gülərək bu cavabı verir:
'Ya həbibi, gözümün nuru...
Artıq damarlarımda Yəhudi qanı dolaşır!'

Lətifələr

Dəlixanada dəlinin biri baş həkimin yanına gedib iki dənə şüşə istəyir.
Baş həkim şüşə yerinə, dəliyə iki yumruq vurur. Dəli əsəbi bir şəkildə otağına qayıdır. Sabahkı gün dəli baş həkimin otağına gedir. Girər girməz baş həkimə iki yumruq vurur. Nə olduğundan xəbərsiz baş həkim:
"Dəliyə nə etdiyindən xəbərin var?" deyə bağırır. Dəli də:
"Bir şey eləmədim ki dünən verdiyiniz şüşələri geri gətirdim"

Lətifələr

Amerikada ölən bir qadın üçün kilsədə cənazə mərasimi hazırlanır. Mərasimin sonunda tabutu daşıyarkən tabutun ön hissəsi yanlışlıqla kilsədəki sütunların birinə dəyir. Bu hadisədən sonra tabutdan bir inilti səsi eşidilir. Öldüyü sanılan qadının hələ də yaşadığı anlaşılır. Bir müddət xəstəxanada müalicə alan qadın sağalır və 10 il daha yaşayır. 10 il sonra öldüyündə isə cənazə mərasimi yenə eyni kilsədə edilir. Mərasim sonrası yenə tabutu daşıyarkən kilsədəki eyni sütunun önünə gəldiklərində ölən qadının ərinin arxadan səsi eşidilir:
"Lütfən sütuna diqqət edin".

Lətifələr

Kişi və qadın barda qarşılaşır. Aralarındakı isti münasibəti qadının evində tamamlayırlar. Eşq yaşadıqdan sonra kişi yatağın yanında dayanan fotoşəkili
görür. Kişi qadına "Ey baxsana bu adam sənin ərinmi?" deyə soruşur. Qadın "I-ıh" deyə cavab verir. Amma kişiyə şəkildəkinin kim olduğu çox maraqlıdır.
"Yaxşı dostunmu?" deyə soruşur.
Qadın yenə qısaca "yox" deyə cavab verir.
Kişinin marağı daha da artır.
"O zaman atan ya da qardaşın olmalıdır".
Qadın gülümsəyərək
"Xeyr xeyr deyil" deyir.
Kişi dayana bilmir və "Söylə o zaman kim bu adam".
Qadın başını kişiyə çevirir, gözlərinin içinə baxır və gülümsəyir:
"2 il əvvəlki fotoşəkilim"

Lətifələr

Məmməd itinin boyunluğundan tutaraq yolda gedərkən xoşlamadığı bir qonşusuyla qarşılaşır. Qonşu soruşur:
- Bu eşşəklə hara gedirsən?
- Ey insan BU İT, deyə Məmməd qışqırır. İtlə eşşəyi bir-birindən ayıra bilmirsən?
Qonşu vecinə almayaraq:
- Mən itlə danışıram. Sən nə deyə sözə qarışırsan?

Lətifələr

Dövrün bütün klas futbolçuları cənnətdə toplanıb. Cənnətin baş mələyi də futbola çox maraqlıdır. Şeytanı çağırır və
- Cənnətlə cəhənnəm arasında bir oyun təşkil edək nə deyirsən?
Şeytan:
- Boşuna oynamayaq, biz qazanarıq.
- Olarmı ən yaxşı futbolçular bizdə. Nə qədər də pis futbolçu varsa sizdə. Şeytan şeytancasına gülümsəyərək:
- Amma bütün hakimlər də bizdə

Lətifələr

Evin xanımı gecə yarısı oyanır və ərinin yataqda olmadığını görür. Yataqdan qalxır və ərini mətbəxdə tapır. Əri dalğın-dalğın qəhvə içməkdədir və ağılı çox uzaqlardadır.
Üstəlik gözlərindən yaş gəlir.
"Nə oldu sevgilim?" deyə arvad soruşur.
"20 il əvvəlki ilk görüşümüzü xatırlayırsan?" əri soruşur.
"Əlbəttə" arvad cavab verir.
"16 yaşında idin o zaman. Arxa kresloda sevişərkən atan bizi yaxalamışdı".
Arvad ərinin o günü unutmadığı görür və sevinərək "Bəli xatırlayıram."
"Atanın silahını üzümə söykəyib -ya qızımla evlənərsən ya da 20 il
həbsdə yatarsan- deməsini də xatırlayırsanmı?"
Arvad duyğulu halda "Xatırlamazammı..."
Əri yanağındakı gözyaşlarını silərək:
"Bilirsən, bu gün həbsdən çıxmış olacaqdım..."

Lətifələr

Coca Colanın satışa çıxarma nümayəndələrindən biri, Ərəbistandakı işindən pərişan halda geri qayıdır və niyə işinin alınmadığını dostuna danışır:
- Məni Ərəbistana ilk göndərdiklərində iki problem var idi. Ərəbcə bilmirdim. Xalqda da oxuma-yazma elə də yaxşı deyildi. Buna görə, onlara başa salmaq istədiklərimi yan-yana üç şəkil halında hazırladım. Birinci şəkildə bir ərəb çöldə qumların üzərində sürünür, susuzluqdan ölmək üzərə. İkinci şəkildə, ərəb, qumların arasında tapdığı Coca Colanı içir. Üçüncüdə adam ayaq üstə, daha canlı və şən görünür.
- Məncə çox gözəl anlatmısan. Anlamadılarmı?
- Anladılar anladılar amma... Problem də budur. Ərəblər sağdan sola oxuyurlarmış.
05 05 05

LətifələrLətifələrLətifələr


Geri dön

rano

  • 24 noyabr 2011 14:53
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
maraqsiz idi

--------------------
RaNo

THIS IS LEGEND

  • 12 noyabr 2011 12:07
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
tewekkurler emeye hormet olaraq twk ler

V_I_P

  • 10 noyabr 2011 17:47
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
gulmelidir.twkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

arifa

  • 10 noyabr 2011 13:12
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
ela letifeler var
lol


..:LuNaTiK:..

  • 10 noyabr 2011 12:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
6-ci eladir!!! cooooox guldem.tesekkurler wink lol wink

BadZero

  • 10 noyabr 2011 12:15
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Bir gün çox ağıllı biri Yeni illə əlaqədar xəstəxanaları gəzib ağıllanan dəliləri buraxdırmağa qərar verir. Xəstəxanaların çoxunu gəzir, lakin heç ağıllı görünən dəliyə rast gəlmir. Ən sonunda bir xəstəxanaya gedir, birdə görür ki, bütün dəlilər tullanıb düşür. Dərhal onlarla maraqlanan həkimi tapır və soruşur:
-"Bunlar niyə belə tullanıb düşür?"
-"Bunlar özlərini qarğıdalı partlaqları (popkorn) sanırlar".
Amma görürlər ki, bir dənəsi tullanıb eləmədən yatağın üzərində sakit bir şəkilde durur. Dərhal ona yaxınlaşıb soruşur:
-"Bəs sən niyə tullanmırsan?"
-"Mən tavaya yapışmışam..." wink

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 10 noyabr 2011 10:28
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink

--------------------

QªQª¤²º¹¹¤

  • 10 noyabr 2011 10:22
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
Məmməd itinin boyunluğundan tutaraq yolda gedərkən xoşlamadığı bir qonşusuyla qarşılaşır. Qonşu soruşur:
- Bu eşşəklə hara gedirsən?
- Ey insan BU İT, deyə Məmməd qışqırır. İtlə eşşəyi bir-birindən ayıra bilmirsən?
Qonşu vecinə almayaraq:
- Mən itlə danışıram. Sən nə deyə sözə qarışırsan?
Ne qeder guldum
Allah seni guldursun sagole

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}