Ah Avropa... Avropa

 
Ah Avropa... Avropa

Qarşıdan yeni Avropa mahnı müsabiqəsi gəlir...
Yarışmalar, seçilmələr, intriqalar, həyəcan və sevinclər gənc müğənniləri gözləyir.
Bu il müsabiqəyə kimim seçilməsi əsas məsələlərdən biri olsa da onun hansı mahnını və necə ifa edəcəyi mühümdür.

Kecən yarışmamızın ulduzu, sevimli, gözəl, əla səs tembrinə və məlahətli ifaya sahib olan Safuranın 5-ci yeri tutması bir az ovqatımızı təlx eləmişdi. Hərçənd ki, naşükür olmaq olmaz. Bu qədər ifaçının içində 5-ci yer tutmaq balaca iş deyil...
Ən əsası da hər dəfə mahnı müsabiqələrinə oğurluq mahnıyla gələn, ancaq siyasət oyunu oynayan, ağlaşma quran iblis qonçularımızı - ermənistanı geridə qoyduq.

Amma yenə də olsun. Fikirlərimizdə Safura 3, 2 və ya 1 yerləri tutacacaqdı.
İndi səbəbini araşdıraq ki, sabah bu əhvalat bir də təkrarlanmasın. Hər halda Camaatın vəziyyətinin pis durumda olduğu bir dövrdə 10 000 000 dollara yaxın pul az məbləğ deyil.

Keçənilki yarışmanın qalibi Aleksandr Rıbakın oxuduğu mahnını hamı xatırlayır. Bu mahnı genişlikdə oxunan şən, kədərdən kənar, xoşbəxt bir avropalının öz xoşbəxtliyi haqda oxuduğu nəğmə təsiri bağışlayırdı. Ona görə bütün Avropa ən çox bu mahnını bəyəndi.

Düçünün, çoxlu pul xərcləyib şou-konsertə gələn normal bir adam nə üçün kədərli mahnıya üstünlük verməlidi? Hind kinoları ilə boya-başa çatmış azərilərin ağlı həmişə tamaşaçını, yaxud oxucunu ağlatmağa işləyib. Bu millətin şairi daim göz yaşlarından danışıb.O boyda kişilərin şeirlərindəki göz yaşları selə dönüb.

Gələk Səfurə xanımın oxuduğu mahnıya. Mahnının qəhrəmanını sevdiyi atıb, o da oturub onun geri dönməsini gözləyir. Bayırda yağış yağır, yəni bu ayrılığa təbiət də qoşulub ağlayır. Qəhrəman da ki, ta göz yaşlarını sel kimi axıdır. Leysan yağışı onun yanında muştuluqdu. Nə başını ağrıdım, kədərin, qəmin əlindən tərpənməyə yer yoxdu, iynə atsan yerə düşməz. Dərd onu elə oxudur ki, eşidənlər də kövrəlib ağlayır.
Di gəl, bu avropalılar qətiyyən ağlamaq istəmir. Avropalı deyir ki, mən nə üçün ağlamalıyam, axı mən bura pul xərcləyib şənlənməyə gəlmişəm.

Azərilər isə məəttəl qalıblar... Necə yəni ağlamaq istəmirsən? Belə kədərli mahnıya da ağlamayıb, ay Avropa, haçan ağlayacaqsan?
Hələ yaxşı ki, mahnı ingiliscə səslənirdi. Gör azərbaycanca səslənsə, kədərin şiddəti hara qalxardı.
Yarış Hindistanda ya elə öz ölkəmizdə olsaydı, Safura birinci yerə mütləq çıxardı.

Alman qızı Lena birinci yerə çıxdı. 50-ci illərin köhnə tvist ritmi üstə oxuyub özünü biabır elədi. Yüngülağıl avropalı da səs verib onu birinci yerə çıxartdı. Biabırçılıqdı!
Bilirsinizmi, Füzuli nə deyirdi? Deyir, Məcnunun qəlbində dərd yuva salıb... Amma bu dövrlər getdi deyəsən. İndi hamı şənlənmək istəyir. Ən azından Avropa.

Ona görə də ümidvaram ki, irəlidəki yarışmalarda bizim pomantik ruhumuzu duymayanlar üçün şən mahnı bəstələnəcək.


Geri dön

nilayka

  • 21 fevral 2011 21:11
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
Tewekkurler xebere gore....

--------------------

only-girl

  • 13 fevral 2011 10:48
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twwwwwwwwwk

--------------------

Ulya

  • 8 oktyabr 2010 15:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink

Kisa_Kiss

  • 8 oktyabr 2010 12:25
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
fellow
twk

--------------------

MiYasKa KrEoZi

  • 8 oktyabr 2010 01:46
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
4oooOox maRaqLI xebeRdir teShEkkuRLer.. yEqiN Ki bU dEfe AvRoPanI shEnLendiRib 1Ci oLarIq fellow

--------------------

Grace_Angel

  • 7 oktyabr 2010 20:33
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....

--------------------

Azeri_Gozeli

  • 7 oktyabr 2010 19:46
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
coox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}