Çıxmayan candan ümid kəsilməz...
Bu hadisə Sibirin ucsuz-bucaqsız torpaqlarındakı kəndlərdən birində baş verir...
Bir gün bir kənddə bir nəfər dünyasını dəyişir. Kəndlilər cənazəni dəfn etmək üçün toplaşırlar və kiçik bir mərasimdən sonra tabuta qoyub qəbiristanlığa üz tutrlar. Körpünün üzərindən keçəndə necə olursa tabut yuvarlanır və cəsəd çaya düşür. Çayın axarı cəsədi dinamitlə balıq tutan balıqçıların yanına aparır. Balıqçılar: “Yoxsa onu dinamitlə biz öldürdük”,- deyə təşvişə düşürlər və cəsədi gizlicə hərbi hissənin tikanlı məftillərinin üzərinə buraxırlar. Hərbi hissədə keşikdə duran əsgər hərbi hissəyə kiminsə yaxınıaşdığını düşünür və cəsədi uzaqdan yaylım atəşinə tutur. Sonra təcili yardım çağırırlar və dəlik-deşik olmuş cəsədi xəstəxanaya çatdırırlar. Xəstəxanada 6 saatlıq əməliyyatdan sonra nəhayət qan-tər içində əməliyyatdan çıxan həkim dərin bir nəfəs alır və təbəssümlə: “Çox çətin oldu ancaq deyəsən yaşayacaq”,- deyir.
Çıxmayan candan ümid kəsilməz.
Hansı daha qiymətlidir...
Mərakeşdə film çəkən bir rejissor bir Mərakeş bəyindən filmin bir səhnəsin onun sarayının həyətində çəkməyi xahiş etdi. Mərakeş bəyi: “Niyə də olmasın”,- deyə razılıq verdi. Ancaq lazım olan avadanlıqları həyətə salmaq üçün əsrlik İydə ağaclarından birini kəsmək lazım idi. Rejissor bunu Mərakeş bəyinə bildirdi. Mərakeş bəyi əvvəlcə “Yox”,- dedi, sonra da: “O ağacın əvəzinə bu divarı uçursaq, daha yaxşı olar”, - deyə təklif etdi. Rejissor: “Ancaq bu iş çox böyük vaxt aparar, üstəlik bizə çox böyük qüvvəyə başa gələr”,- deyə etiraz etdi. Mərakeş bəyi: “Orası elədir, ancaq divarı yerinə qaytarmaq olar, ancaq bir ağacı heç vaxt...”
“Nə olursa olsun”...
Gənc boksçu təcrübəli bir boksçu ilə qarşılaşmışdı. 2-ci raund qurtarmamış gənc bokusçu yoruldu. Bir azdan 2-ci raund qurtardı. Məşqçi gənc boksçunun qulağına əyilərək: “Nə olrsa olsun, döz”,- dedi,- “Onunda sənin kimi iki əli var”. Bu sözlər sanki gənc boksçuya “ikinci nəfəs” verdi. Və o qədər əzmlə döyüşdü ki, nəhayət qalib gəldi...
Həyat “Nə olursa olsun...” deyə bilənlərindir...