Bermud üçbucağı

 
Bermud üçbucağı

Kütləvi informasiya mənbələrinə görə burada son 27 ildə mindən çox adam həlak olub.
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəsini tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyekt görə batmış yer və anomal zona kimi sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur.
Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı, kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır.

***********

Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlər statistikaları ilə bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı bizə məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir Amerikan jurnalistinin məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir. Sensasia axtaran bir qurup yazıçı və araşdırmaçılar tərəfindən bu haqda şeytanın bölgəsi,

***********

Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi, dördüncü boyutun burada hökmran olması kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermuda üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır. Qısaca, əksəriyyət insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur. Burada çoxlu sayda gəmi və təyyarələr izsiz-tozsuz yoxa çıxıblar. Həmin hadisələrin əksəriyyəti 1945-ci ildən sonra baş verib. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar nəticəsində bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb. Bu zona həqiqətən də mövcuddur. Lakin doğrudanmı orada gəmi və təyyarələr izsiz-soraqsiz yoxa çıxmışdır? Bermud üçbucağı barədə məlumatlar hələ 1840-cı ilə gedib çıxır. Həmin il Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanır.

***********

Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəmi jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. Bu tarixin səhifəsində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan "Dei Qratia" gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səs gücləndiricisi vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir. 20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABŞ-ın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır.

***********

Hər hansı bir həyəcan siqnalı da qeydə alınmır. O da yoxa çıxır. Əvvəlcə belə bir versiya irəli sürülür ki, həmin gəmiyə alman sualtı qayığı hücum edib. I Dünya Müharibəsi gedirdi. Atlantika sularında çoxlu sayda alman sualtı qayıqları vardı. Lakin hərbi arxivlər araşdırılanda bu versiya özünü doğrultmayıb. Əgər almanlar "Siklop"u batırsaydılar, yəgin ki, bu barədə bütün dünyaya car çəkərdilər. "Siklop" isə sadəcə olaraq yoxa çıxıb. Bir neçə il keçdikdən sonra ABŞ-ın hərbi dəniz donanmasının komandanlığı belə bir bəyanatla çıxış edir: ""Siklopu"un yoxa çıxması böyük və çətin həll olunan məsələlərdən biridir". ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson bəyan edir ki, gəminin başına gələn hadisə barədə yalnız Allah bilir. Sonradan Bermud üçbucağında təyyarələr də yoxa çıxır. Bununla da dənizçilər, təyyarəçilər, alimlərlə yanaşı, ölkə hökumətləri də Bermud üçbucağına maraq göstərməyə başlayır. ... 5 dekabr 1945-ci il. Floridada dislokasiya olunmuş ABŞ hərbi hava qüvvələrində adi günlərdən biridir. 2500 saatdan çox uçmuş pilotlardan biri, leytenant Çarlz Teylor təcrübəli komandir idi. Onun rəhbəliyi altında uçuş heyətinə Bimini adasının şimalında yerləşən Çiken Şoal ərazinə istiqamət götürmək kimi asan bir tapşırıq verilmişdi.

***********

Adi məşq uçuşları zamanı hərbi təyyarəçilər zarafat edir, əylənirdilər. Lakin onlardan biri qəlbində nə isə narahatlıq hiss edirdi və o digərlərindən fərqli olaraq havaya qalxmayaraq yerdə qaldı. Bu onun həyatını xilas etdi. ... Gözəl hava vardı. 5 "Evendjer" ("Qisasçılar") bombardmançı təyyarəsi havaya qalxaraq şərqə doğru istiqamət götürürlər. Təyyarələrdə 5 saatlıq yanacaq var idi... Sonra onları görən olmadı. Təyyarələrin başına nə iş gəlib, bunu yalnız Allah bilir. Müxtəlif versiyalar irəli sürüldü. Lakin təyyarələrdən heç biri tapılmadığından, bu mülahizələr də təsdiq olunmamış qaldı. Ən əvvəl, gəlin, faciə səhnəsini bərpa etməyə cəhd göstərək. Qabaqcadan xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş rəsmi xronikadan götürülüb... ... Saat 14.10-da 14 pilotla (15) havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30-15.40 radələrində geriyə - cənub-qərbə istiqamət götürürlər. Lakin bir neçə dəqiqədən sonra saat 15.45-də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi ilk qəribə məlumat alır: "Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Biz torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük". Dispetçer onların koordinatları barədə sorğu verir.

***********

Lakin cavab bazadakı zabitləri şoka salır: "Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Biz, deyəsən, azmışıq". Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər: "Qərbə doğru istiqamət götürün!" "Fəqət, biz bilmirik qərb haradadır. Heç nə alınmır... Qəribədir... Biz istiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür"!.. Saat 16.45-də Teylordan qəribə məlumat gəlir: "Biz Meksika körfəzinin üstündəyik". Yerdəki dispetçer Don Pul fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfindəydi! Saat 17.00-da məlum olur ki, pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: "Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik!" Sonra Teylorun səsi gəlir: "Bizim evimiz şimal-şərqdədir..." İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: "Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir..." Lakin hər şey hədər idi. Qaranlıq düşür. İtmiş təyyarələrin tapılması üçün havaya qalxan bombardmançılar əli boş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır...

***********

Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: "Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq... Biz tamamilə azmışıq". 1987-ci ildə məhz orada -Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan "Evendjer"lərdən biri tapılır ("Pravda" 2.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də haradasa yaxındadır. Bircə sual qalır: Təyyarələr heç bir yerdə görünmədən 700 kilometr şimala necə gedib çıxıblar? 2 fevral 1953-cü il. Bermud üçbucağından bir qədər şimalda İngiltərənin 39 nəfər heyətdən ibarət hərbi nəqliyyat təyyarəsi uçur. Qəfil onunla radioəlaqə itir. Təyin olumuş vaxtda isə təyyarə bazaya qayıtmır. Onun qəzaya uğradığı ehtimal olunan yerə göndərilən "Vuduord" yük təyyarəsi heç nə aşkarlaya bilmir. Düz 1 il sonra elə həmin yerdə 42 nəfər heyətdən ibarət olan ABŞ hərbi dəniz qüvvələrinə məxsus təyyarə yoxa çıxır. Təyyarənin heç olmasa dağıntılarının tapılması üçün 100-dən çox gəmi okeana çıxır. Lakin yenə də axtarışlar bir nəticə vermir. Hadisənin səbəblərni ABŞ mütəxəssisləri izah edə bilmirlər. 1973-cü ilin martı.

***********

Nor-folq limanından Hamburqa istiqamət götürən "Anita" gəmisi Bermud üçbucağı rayonunda itir. Bir neçə gündən sonra dənizdə "Anita"ya məxsus yalnız bir xilasetmə dairəsi tapılır. Bermud adaları, Mayami (Florida) və Puerto-Rikonun arasında olan Bermud üçbucağının sahəsi 1 milyon kvadratkilometrdən çoxdur. Bu akvatoriyanın təkinin relyefi yaxşı tədqiq olunub. Sözügedən rayon oxşar coğrafi yerlərdən elə də fərqlənmir. Lakin buna baxmayaraq, Bermud üçbucağında gəmi və təyyarələr müəmmalı şəkildə yoxa çıxıblar.

Əgər doğurdanda o zonada bütün bu hadisələr baş vermişsə,bu hadisələr onunla izah olunur ki, həmin zonada suyun altındaki yerdən müəyyən səbəblərdən qaz çıxır ki, bu da qaz qabarciqları şəklində suya daxil olur. Nəticədə suyun orta sıxlığı azalir. Bu da gəmiləri suyun üzərində saxlayan Arximed qüvvəsinin dəfələrlə azalması deməkdir. (F=ρgV) Lakin bununla gəmilərin batmasını izah etmək olsada, təyyarələrin qəzaya uğramasını bununla izah etmək mümkün deyil.


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:56
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
Maraqli xebere gore twk

.♣.Chrysalis.♣.

  • 12 noyabr 2011 00:20
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
adini esitmisdim ama onun haqqinda esitmemisdim neler olurmus

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Elvin007

  • 11 noyabr 2011 23:28
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
bunun haqqindaa videoyada baxmisam twk bully

--------------------
▼►►Proqramming◄◄▼

castle_walls

  • 11 noyabr 2011 18:48
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
men ilk defe idi ki Bermud ucbucagi haqqinda oxuyurdum.sok veziyyetindeyem.Basa dusmurem ki gemi heyeti nece yoxa cixillar.off beynim dondu....

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

SHARIM

  • 11 noyabr 2011 18:45
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
MEN BELE SEYLER INANMIRAM AMA BU ARTIQ GERCEK MOCUZEDIR

--------------------
CAVABI XEYR OLAN SEYLERDE BELE BIR DENE DE OLSA BELI VAR!!!!

beyaz melek

  • 11 noyabr 2011 17:56
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
MEN BU HAQDA 2 IL BUNDAN QABAQ ESITMISDIM

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

_TUNAR_MAMEDOV_

  • 11 noyabr 2011 17:47
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore teshekkurler,,ancaq men inanmiram..!

--------------------

BadZero

  • 11 noyabr 2011 17:21
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
la vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəmi jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. Bu tarixin səhifəsində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan "Dei Qratia" gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səs gücləndiricisi vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir. 20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABŞ-ın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır.

bu haqda sənədli filmə baxmışam, çox maraqlıdır.. xəbərə görə tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 11 noyabr 2011 17:18
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqli xebere gore twk

--------------------

::..ONSLAUGHT::..

  • 11 noyabr 2011 17:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
men bilirdim lap yaxsi oyrendim

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

V_I_P

  • 11 noyabr 2011 16:44
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.maraqlidir.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

DEVIL_GIRL

  • 11 noyabr 2011 16:43
  • Məqalə: 2
  • Şərh: 309
  • Bal:
{awards}
men bilirdim lap yaxsi oyrendim

--------------------
__

Enerelen

  • 11 noyabr 2011 16:42
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
qisa melumatim var idi ordan burdanda oxudum))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}