2010-cu ilin Avropa mədəniyyət paytaxtı İstanbul seçildi

 
2010-cu ilin Avropa mədəniyyət paytaxtı İstanbul seçildi

İstanbul, dünyanın heç bir yerində rast gəlinməyən bir coğrafi mövqeyə sahibdir. İstanbulun bir özəlliyi də Avropa və Asiya qitəsini ayıran bir şəhər olmasıdır. Bu iki qitənin arasında gözəlliyi ilə fərqlənən Boğaz yerləşir. Boğazın gözəlliyi yalnız coğrafi baxımdan seçilmir. Boğazın hər iki tərəfini abidələr, qalalar, qəsrlər, saraylar bəzəyir. 2010-cu ilin Avropa Mədəniyyət Paytaxtı İstanbulu bu ünvana qovuşduran bir çox özəlliklər kimi Boğaziçində də mədəniyyət, tarix və gözəllik sərgilənir.

Boğazda Roma illərinə aid kiçik kəndlər tapılıb. Həmin ərazidə Aristokratlar tərəfindən sarayların, monastırların inşa edildiyi da məlumdur. Ancaq bunlar dağınıqdır və Boğazın təbii görünüşünə təsir edəcək şəkildə yerləşməmişdir. Türklər buranı tutmamışdan öncə Boğazda şəhərin hasarlarından başqa əlavə tikili olmamışdır. Şəhərə yaxın bəzi bölgələr 16-cı yüzillikdə dolmuş, ondan kənardakı yerlər isə 18-ci əsrdə geniş şəkildə məskunlaşmışdır. Boğaziçi Osmanlı dönəmində istirahət ərazisi kimi seçilirdi. Osmanlı Saray çevrəsinin Boğaza marağı 18-ci yüzillikdən sonra başladı. Bu yüzillikdən sonra Boğaziçində memarlıq baxımından böyük saray və qəsrlər tikildi. Onlardan biri də Boğazın Anadolu tərəfində yerləşən Bəylərbəyi Sarayıdır.

Sarayın yerləşdiyi ərazi qədim məskun yerlərdəndir.Böyük Konstinusun buraya tikdirdiyi xaç səbəbiylə “İstavroz Bağçaları” adıyla tanınan ərazi Osmanlılar dönəmində Padşahlara xas bağçalarından biri olaraq istifadə edilmişdir. 16-cı əsrdə Osmanlı Bəylərbəyi Mehmet Paşanın köşkü burada yerləşdiyindən əraziyə Bəylərbəyi adı verilib. Bəylərbəyi Sarayı müxtəlif dönəmlərdə padşahların diqqətini çəkmiş, inşa edilən malikanələr və qəsrlərlə istirahət bölgəsi halına gəlmişdir. 1829-cu ildə Osmanlı Sultanı II-ci Mahmudun ağacdan tikdirdiyi Sahil Sarayı ilə ərazinin görünüşü dəyişməyə başladı. Bugünkü Bəylərbəyi Sarayı isə Sultan Ebdüləziz tərəfindən 1861-1865-ci illərdə, baş verən yanğından sonra ağacdan olan Sahil Sarayının yerində tikilmişdir. Tikilinin memarı, o dövrün tanınan simalarından Sarkis Balyandır. Sarayda xüsusilə yay aylarında xarici dövlət başçıları qonaq edilib. Sultan II-ci Ebdülhəmid ömrünün son illərini burda keçirmiş və bu sarayda dünyasını dəyişmişdir.

Bəylərbəyi Sarayı, Boğaziçinin Anadolu hissəsində özəl xüsusiyyətlərə malik olduğundan daha əvvəl tikilən Osmanlı Saraylarından fərqlənir. Yamaclara doğru pillələr biçimində yüksələn və buna görə də “Pilləli Bağçalar” adıyla tanınan bu bağçalarda yerləşən köşklər və qədim saraylardan qalan böyük hovuzu ilə diqqət çəkməkdir. Hovuzun ətrafında tikilən Sarı Köşk, atların qaldığı Axur Köşk və qədim sarayın qalığı omar Mərmər Köşk Osmanlı Saray Memarlığının günümüzə qədər gəlib çatmış ən qədim abidələrindəndir. Osmanlının Qərblə münasibətlərinin gücləndiyi bir dövrdə tikilən Bəylərbəyi Sarayının diqqət çəkən xüsusiyyətlərindən biri də Pilləli Bağçaların altından keçən Tunelin olmasıdır. Tünelin orta hissəsində tikilən çeşmənin üstündəki yazıda Sultan II-ci Mahmudun adı və Sarayın tikildiyi il hekk olunub. Tünel sahil yolu ilə yanaşı, yüksək divarlarlarla bağçalar arasındakı yol kimi də istifadə olunur.

Tikilinin içində və çölündə şərq-qərb üslublarının sintezindən istifadə olunmuşdur. Sultan Ebduləziz otaqların və digər bölmələrin tünd qızılı bəzəklərlə rövnəqləndirilməsi işinə rəssam Mason Bəyi təyin etmişdi.Yeni Saray çox geniş sahə tutmamaqla yanaşı önəmli tikililərdən ibarət idi. İnşa olunmasına böyük maliyyə xərclənənmiş, işıqlandırılması üçün o dövrün öndə gedən texniki vəsaitindən – havaqazından istifadə olunmuşdur. Sarayın işıqlandırılması üçün bir qazxana qurulmuşdur. Daha sonralar bu qazxanadan küçələrin işıqlandırılması üçün də istifadə olunub.

Bəylərbəyi Sarayının əsas binası 19-cu əsr qərb memarlıq üslubundadır. Tikilidə Yunan, Roma,Renessans və Barokko üslublarından istifadə olunub. Sarayın xarici görünüşündəki qərb cizgiləri, daxili görünüşündə ənənəvi Türk bəzədilmə motivləri ilə əvəz olunur. Sarayın planı ənənəvi Türk evi planında olduğu kimi əsas qapının açıldığı dəhlizdən künc otaqlarla davam edir. Qadın və kişilər üçün iki əsas hissədən – Hərəm və Salamlıkdan ibarət Saray zəngin bir görünüşə malikdir. Biri zirzəmi olmaqla Bəylərbəyi Sarayının 3 girişi, 6 salonu və 26 otağı var. İçəridə hovuzların olması sərinlik yaratmaq üçündür. Saray yazlıq olduğu üçün heç bir isitmə sisteminə malik deyil. Digər saraylardan fərqli olaraq Bəylərbəyi Sarayında möhtəşəm buxarılara rast gəlmək olar.

Saray rütubətə və istiyə qarşı Misirdən gətirilən həsirlərlə döşənib. Esasən Türkiyənin məşhur xalçaçılıq bölgəsi kimi tanınan Hərəkədə toxunmuş iri xalça və kilimləri, büllur bogema çilçıraqları, Fransız saatları, Çin, Yapon, Fransa vazaları saraydakı sənət əsərlərinin yalnız bir neçəsidir.

Bəylərbəyi Sarayı, dövrünə məxsus bir yay – yəni yazlıq Sarayı olaraq “Boğaziçinin tarix və kültür dəyərləri” içərisində xüsusi əhəmiyyətə malikdir. İnşa olunan əlavələrlə birlikdə daha da dəyərlənən bu saray muzey olaraq istifadə olunur.Bağçalarında və tarixi Tüneldə yerləşən kafe və satış obyektləri ziyarətçilərin xidmətinə həsr edilib. Saray başqa ölkələrdən gələn qonaqlara ev sahibliyi etməklə ənənəvi saray atmosferini müasir insana tanıdır.

Gecələr işıqlar altında sayrışan Boğaziçinə Rumeli tərəfindən Anadolu hissəsinə doğru baxdıqda işıqlandırılmış sarayı bütün gözəlliyi ilə görə bilərsiniz. Bəylərbəyi Sarayı İstanbulun tarix, kültür və mədəniyyət dəyərlərinin Anadolu hissəsindəki ən gözəl örnəklərindən biridir.


Geri dön

nilayka

  • 7 may 2011 18:25
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
tesekkurler

--------------------

_RONALDO_

  • 2 aprel 2011 23:44
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
wink

--------------------

Afran007

  • 8 oktyabr 2010 22:43
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
fellow

Ulya

  • 8 oktyabr 2010 21:24
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
xebere gore cox sagol

Kisa_Kiss

  • 8 oktyabr 2010 20:09
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
no

--------------------

Grace_Angel

  • 8 oktyabr 2010 19:48
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler....

--------------------

Azeri_Gozeli

  • 8 oktyabr 2010 19:39
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurlerr....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}