"Hər keçən saniyə ömrümüzdən gedir"

 
"Hər keçən saniyə ömrümüzdən gedir"

Hər keçən saniyə
Allaha bir az da yaxınlaşırıq, pis və yaxşı əməllərimiz ilə.

Hər keçən saniyə
gözümüz yoldadı. Gözlər kiminsə yolunu gözləyir.

Hər keçən saniyə
bir fəlakət olur. Xeyrimizə və ya kiminsə xətası üzündən.
Yaxınlar itirilir, gözlər yaşla dolur.

Hər keçən saniyə
qəlbimizə bir hiss daxil olur. Deyir vur onu, oğurla, ağlat, at
kiməsə. Birdən ALLAH sənə yox deyir. Dəyərmi kimin üçünsə
cəhənnəmdə yanmağa? Dəyərmi 3 kəlmə söz ilə yaranan qeybətə.

Hər keçən saniyə
bir ibrət dərsi verir. Kiməsə dərs olur.

Hər keçən saniyə
bir ömür bitir. Göz yaşları ilə son mənzilə yola salınır.
Hər kəs ağlayır, kimi qəlbində, kimi gözü ilə.
Kimisi gülür içindən, layiq idi ölüm ona deyir.

Hər keçən saniyə
dəqiqə-saat-sutqa olur - gecə düşür. Hər gecə özünlə tək
başına qalırsan. Özünlə müzakirə başlayır.
Hansı hərəkətin düz idi, və ya səhv ola-ola düz göstərməyə çalışdın.
Həyatının hər saniyəsini kim üçün yaşadın.
Nəfsin mənəm-mənəm deyə car çəkər 2 yol arasında
qaldığında. Can verən gördüyündə qaç get kim gördü – deyər içindəki səs.

Hər keçən saniyə
sevinirik, gülürük. Hey danışırıq yorulmadan, saysız-hesabsız
kəlmələr tükənir sənə verilən ömür yolunda.
İnsan xəbərsizdi qiyamətdə ona ediləcək şeylərdən.
Hər saniyənin hesabı ağır olar, sevinç içində günah işləyən
adam üçün. Hər sözün, hər kəlmənin hesabı
sorular günah etməkdən əl çəkməyən aciz bəndədən.

Hər keçən saniyə
düşünər insan. Edim ya yox? Əgər bu işi görsəm açılar cəhənnəm
qapıları sonuna qədər. Etməsəm, ruhum ucalar
ölüm anında göyün 7 qapısından ALLAH-ın ərşinə.

Hər keçən saniyə
insan təriflər özünü. Haqlı və ya haqsız yerə. Kimisi tərifə
layiq olmayıb, oturar məclislərin başında. Hər
kəlməsi yalan, hər sözü böhtan danışar yorulmadan.

Hər keçən saniyə
gözlər baxar səmaya. Mömin deyər: Bu göyləri dirəksiz
yaradan ALLAH-a həmd olsun. Bu vaxt kafir əyilib-qalxar
bütlərinin qarşısında, hər şeydən xəbərsiz elə bütlər kimi.

Hər keçən saniyə
dəqiqə-saat-sutqa olar. Gündüz açılar. Dil səslənər ALLAH-a.
Şükür bu səhəri də açdıq. Onun üçünmü açdın bu səhəri ata
ana sənin üçün canını verər ki, bir xoş söz eşitsin.
İşş, off sözləri yığar onu boğaza.

Bir də özünü ölmüş görər. Baxar, soyuq, cansız bədəni indi
yuyulur. Sonra kəfənə bürünüb qəbirə endirilir. İnsan onda
tanıyar dostunu. Əsl dost-düşmənini. Baxar yas məclisinə.
Bəziləri ziyafətmiş kimi elə yeməyindədi. Axırıdı yolun.
Artıq sorğu-sual başlamalıdı. Səni qəbirə qoyub gedər bütün
insanlar, öz xöşbəxt yurd-yuvalarına.
Onlar üçünmü günah edirdin? Onlar üçünmüydü bu həyat?

Sorğu sualı çətin olar günahkar kafirin.
Asan olar şəhidin, şəhid qədər savabı olan bəndənin.

Hər keçən saniyə
arxanca danışılar. Ətini yeyər qohum-qardaş. Gələndə üzünə
gülər, ətrafındakı ikiüzlü dostların. Halallıq almaq çətin gələr,
mənə haqqını halal elə deyən zaman – neynəmisən? d
eyən bəndənin sözü. Üzün qızarar, günahlardan dolayı üzdə su qalmışsa əgər.
– Hər keçən saniyə
bəndə səslənər ALLAH-a.
Çağırar Tanrısını. Niyə məni belə yaratdın deyər?

Qur´an-da adımız keçər Lut surəsində.
ALLAH susar, danışmaz heç bir bəndəsiylə.

Hər keçən saniyə
bəndəsi şükür edər Tanrıya. Xöşbəxt həyat üçün.
Tanrı sevinmə deyər bu həyata. Aldanma bər-bəzəyinə.
Yarı yolda qoyar səni güvəndiyin malın, dostların, oğul-uşaqların.

Hər keçən saniyə
bir imtahan gözləyər bizi qarşıda. ALLAH buyurar: – Ayırd
etməli idin, sənə verdiyim ağılla doğrunu-yanlışdan.

Hər keçən saniyə
ALLAH bağışlayar deyib günah edər insan. Şeytan soxular hər
tərəfdən. ALLAH yoxdu. Varsa sübut olunsun deyər. Mömin lənət
oxuyar bu anda şeytana, ateistinin, bütpərəstinin əlinə əsas
verər Adəm əleyhissəllamın qarşısında təkəbbür göstərən şeytan.

Hər keçən saniyə
alçaldarlar insanı. Əzmək istər ondan böyüklər onu.
Ağlar insan, boşaldar içini gözündən düşən hər damla yaşla.

Hər keçən saniyə
bir ömür bitər, tükənər. Saçlar ağarar bu imtahan dünyasında.
Kimisi utanar ağarmış saçlarından, kimisi sayılar, hörmət görər ağbirçəkliyi ilə.

Hər keçən saniyə
bir uşaq dünyaya gələr. Halal və ya haram sevgidən.
Haramdırsa onun ilk bünövrəsi, həyatı çətin olar hər şeydən xəbərsiz
körpənin. Böyüyüb soruşar atam anam hanı deyə.
Anası kef edər barlarda, kiminsə çirkli yatağında. Anası
bilməz əməlinin cəzasını. Hey içər, çəkər həyatın səfasını.

Hər keçən saniyə
döyülər qadın. Əzilər acizliyindən. Əzilər gücü çatmayan
ərinin qarşısında. Gözü yaşlı qalar qadın. Əri geyinər,
sevinə-sevinə qaçar haram sevgilisinin yanına.
Əşşi oturub da evdə, nə xəbəri varki deyər əclaf kişi.
Uşağı atam var deyər. Atası vurar qədəhləri küçə qadınları ilə.

Hər keçən saniyə
bir ev yıxılar. Ayrılar ərlə arvad.
ALLAH-ın ərşi lərzəyə gələr 2 şəxs boşananda.

Hər keçən saniyə
boşa axar. Gedər sənə verilən bir ömür. Gözünü açar
körpə, çatar yetkinlik yaşına. Qılaram gələcəkdə namazımı
deyər. Yaş çatar 40-a, oğlum-uşağım vaxtım yoxdu deyə
səslənər ALLAH-a keçərsiz bəhanələri ilə.
Qiyamətdə soruşular ilk insandan namazın varmı deyə.
Hər saniyənin qədrini bilməli idin deyilər insana.

Hər keçən saniyə
insan qayıtmaq istər ötən illərə. Etdiyi səhvləri düzəltmək üçün.

Hər keçən saniyə
insana bir xəta üz verər. Oturar ağlayar, boş-boşuna
səslənər durmadan, danışar-danışar,
lənət oxuyar ona toxunan bəlaya. Hirslənər insan.

İllər keçər mükəmməlləşər insan. Bir xəta üz verər ona.
Bu anda söyləyər öz-özünə. Görəsən bu gün nə yanlış
etdim, nə günah işlədim ki, başıma gəldi bu müsibət.


Geri dön

.♣.Chrysalis.♣.

  • 12 noyabr 2011 00:51
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
her kecen saniye ne bas vereceyini bile bilmerik

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 11 noyabr 2011 17:47
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Həyatın gerçəkləridi nə demək olar recourse Allah bizlərə kömək etsin ki, dəyərli vaxtları dəyərləndirə bilək.

--------------------

V_I_P

  • 11 noyabr 2011 16:51
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

wiki

  • 11 noyabr 2011 16:20
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
ellllllllaaaaaaaaaaaaaaaaaa winked winked winked winked

Enerelen

  • 11 noyabr 2011 15:38
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
ordan burdan oxudum

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

BadZero

  • 11 noyabr 2011 15:35
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hər keçən saniyə
insan qayıtmaq istər ötən illərə. Etdiyi səhvləri düzəltmək üçün.

doğrudan da

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Els007

  • 11 noyabr 2011 15:17
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
maraqlidi twk fellow

Ku-ku

  • 11 noyabr 2011 15:17
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
– Hər keçən saniyə
qəlbimizə bir hiss daxil olur. Deyir vur onu, oğurla, ağlat, at
kiməsə. Birdən ALLAH sənə yox deyir. Dəyərmi kimin üçünsə
cəhənnəmdə yanmağa? Dəyərmi 3 kəlmə söz ilə yaranan qeybətə.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}