Rusiya Gürcüstanla anlaşdı

 
Rusiya Gürcüstanla anlaşdı

Cenevrədə imzalanan sazişlə Moskvanın ÜTT problemi həll olunub.

Cenevrədə Rusiya və Gürcüstan nümayəndələri Rusiyanın ÜTT-yə üzv qəbul edilməsi yönündə sonuncu maneəni aradan qaldıracaq sazişi imzalayıb. Bu barədə kütləvi informasiya vasitələrinə Gürcüstanın ÜTT-dəki nümayəndəsi Zurab Çiaberaşvili məlumat verib.

Qeyd edək ki, Gürcüstan Rusiyanın bu təşkilata üzvlüyünün qarşısını alan ölkə idi. Gürcüstan xarici işlər naziri Nino Kalandadzenin verdiyi məlumata görə, tərəflər razılığa Rusiyanın Gürcüstan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməsindən sonra gəlib. Belə ki, Rusiya İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda Gürcüstanın irəli sürdüyü güzəştli şərtləri qəbul edib. Bu şərtlərə Gürcüstanın öz ərazisi hesab etdiyi Abxaziya və Cənubi Osetiya sərhədlərində daşınan yüklərin monitorinqi aiddir.

İndiyədək Gürcüstan tələb edirdi ki, sərhəddə gürcü sərhədçiləri olsun və yoxlamanı da onlar həyata keçirsinlər. Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə kimi qəbul edən Moskva isə bu tələbi rədd edirdi. İndi razılığa görə, üç ticarət dəhlizi yaradılacaq və əmtəə mübadiləsini həyata keçirəcək beynəlxalq monitorinq təşkil ediləcək. Bu monitorinqi vasitəçi qismində çıxış edən İsveçrə təmin edəcək. Rusiya və Gürcüstan arasında məlumatların elektron mübadiləsinin bərpası da nəzərdə tutulur.


Geri dön

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 15
Cəmi: 657
 
aytc.sza
Xəbərləri: 13
Cəmi: 276
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 4
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
poetry
Xəbərləri: 2
Cəmi: 15
 
ffx
Xəbərləri: 1
Cəmi: 1
 
ZuZuM__
Xəbərləri: 1
Cəmi: 432
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 1
Cəmi: 843
 
 
{slinks}