Azərbaycanın palçıq vulkanları

 
Azərbaycanın palçıq vulkanları

Palçıq vulkanları Yerin təki haqqında çox böyük idrak informasiyanın daşıyıcısı olan olduqca maraqlı, unikal və sirrli təbiət hadisəsidir. Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur. 300-dən artıq palçıq vulkanı Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Bu vulkanlar burada özlərinin müxtəlifliyi (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanları) ilə təmsil olunmuşlar. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur.

Palçıq vulkanları əsasən Şərqi Azərbaycan ərazisində – Abşeron yarımadasında, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelağında yerləşmişlər. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var. 40 vulkan yer səthinə neft çıxarır. Bakı arxipelağında 9 palçıq vulkanı mənşəli adalar var. Hazırda palçıq vulkanları təbii abidələr statusu alıb və dövlət tərəfindən qorunur. 3 dekabr 2002-ci ildə Milli Məclis palçıq vulkanlarının AR-nın «Xüsusi qorunan təbii ərazilər və obyektlər» qanununa (VIII bölmə, 29-cu maddə) daxil edilməsi haqqında qərar qəbul etdi (№ 390-11QD). Vulkanlar təbiət abidələri statusu aldı.

Bir ildən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında palçıq vulkanları üzrə Ad.A.Əliyevin sədrliyi ilə Koordinasiya Şurası (nazirin 6 yanvar 2004-cü il 012/ü saylı əmri) yaradıldı. 3 il yarım ərzində Koordinasiya Şurası tərəfindən bir sıra tədbirlər keçirildi: palçıq vulkanları pasportlaşdırıldı, onların yerləşdiyi rayonların xəritəsi tərtib olundu, AMEA Geologiya İnstitutunda palçıq vulkanlarının təbiət abidələri kimi qorunmasına aid mətbuat konfransı keçirildi və müvafiq sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olundu.
2007-ci il avqustun 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı və Abşeron palçıq vulkanları qrupu Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzaladı. Bu internet səhifəsində Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı Arxipelağının turistlər üçün maraqlı olan 25 palçıq vulkanının təsviri verilir.

Azərbaycanın palçıq vulkanları

Azərbaycanın palçıq vulkanları

Azərbaycanın palçıq vulkanları


Geri dön

✰GlaMurKa✰

  • 13 noyabr 2011 20:42
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
he men biliremki en cox bizdedi palciq vulkanlari onlarin derinlikleri 5.6 km dir amma palciq vulkanlari yalanci vulkanlardir onlar puskurmur ona gorede onlara psevdo deyirler ve.s melumat cox du tesekkurler xebere gore

sharm

  • 12 noyabr 2011 09:19
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
twk

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

.♣.Chrysalis.♣.

  • 11 noyabr 2011 23:01
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
xeber gore twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 11 noyabr 2011 22:36
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
teshekkurler,,xeber ucun

--------------------

... Deryam ...

  • 11 noyabr 2011 21:55
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah Vətənimizə çox gözəl möcüzələr bəxş edib .

--------------------

jjalicka

  • 11 noyabr 2011 21:51
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
twk

::..ONSLAUGHT::..

  • 11 noyabr 2011 21:43
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler cox maragli yazi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

V_I_P

  • 11 noyabr 2011 20:57
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

ASMIYA

  • 11 noyabr 2011 20:36
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MARAQLIDIR VERDIYINIZ ICIN TESEKKUR

--------------------


wiki

  • 11 noyabr 2011 20:13
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}