Sevgilinizlə telefonda danışmağın 10 qızıl qaydası

 
Sevgilinizlə telefonda danışmağın 10 qızıl qaydası

Kişilərlə qadınların telefon və kompüter kimi ünsiyyət vasitələrinə dünyagörüşləri çox fərqlidir. Qadınlar daha çox duyğu və düşüncələrini paylaşırlar. Mövzunu araşdırarkən çox əyləndik. Nəticələrin sizə də maraqlı olacağından əminik!

Boş danışmayın.

Kişilərin çoxu, telefonda uzun-uzun danışmağı xoşlamaz. Hələ siz "Bu gün nə etdin?" sualını gündəlik proqramınızı dəqiqə dəqiqə izah edərək cavablayırsınızsa, diqqəti bir müddət sonra dağılacaq.
Buna görə təbii ki telefonda söhbət edin amma mövzunu çox çox uzatmayın. Sizin üçün əhəmiyyətli məsələləri isə görüşə saxlayın. Təbii olun və ən yaxın yoldaşınızla söhbət edirmiş kimi danışın, amma "Saçımın uclarını kəsdirməliyəm" kimi "qız" mövzularını rəfiqələrinizə saxlayın.
Əgər o, sizi axtarırsa buraxın danışsın amma əgər axtaran sizsinizsə danışmağı mümkünsə qısa edin.

Birinci siz zəng etməyin.

Ən əhəmiyyətli qaydalardan biri budur; heç bir zaman ilk axtaran siz olmayın.
İlk görüşdən sonra mütləq onun axtarışını gözləməlisiniz, bu, bəlkə şablondu, amma inanın doğru olduğu üçün şablona çevrilib. Görüşdükdən sonra sizi o gecə və ya sabahısı gün axtarmalı ya da mesaj göndərməlidir. Əgər axtarmazsa, gözləməlisiniz.
Aradan bir həftə keçdiyi halda axtarmırsa, deməli sizdən xoşlanmır. Təbii xəstəlik, ailədən birinin ölümü və ya işdən çıxmaq kimi çox ciddi bir bəhanəsi yoxdursa. Uzun bir müddətdir birlikdəsinizsə, yenə də onu, sizi axtardığından daha çox axtarmamalısınız.
Bu, cansıxıcı ola bilər hətta sizdən uzaqlaşmasına belə səbəb ola bilər. Çünki kişilər müstəqil və güclü qadınları xoşlayırlar. Çox axtaran qadınları yapışqan hesab edirlər.

Zəng etdiyi zaman necə danışmalı?

Qaydalar yalnız bunlarla da məhdud deyil təbii ki. Sizi axtardığı zaman sevindiyinizi çox bildirməyin və ən əhəmiyyətlisi telefonu ilk çalanda açmayın. Beləcə, telefon başında həyəcanla onun zəngini gözləyirmişsiniz kimi görünməzsiniz.
Həmişə telefonu açmayın. Bir müddət sonra cavab verin. Beləcə sizi daha çox axtarar.Cavabsız iki zənginiz var...

Əgər telefonunuza cavab vermədisə dərhal çaxnaşmaya qapılmayın, həqiqətən məşğul ola bilər və telefonuna cavab verə bilməyəcəyi bir yerdə də ola bilər. Bu vəziyyətdə mesaj göndərin.
Əgər məqbul bir zamandan sonra və mesajınıza baxmayaraq hələ sizi axtarmadısa, sizinlə maraqlanmır, onu bir daha axtararaq vaxtınızı xərcləməyə ehtiyac yoxdur. Çox təcili və əhəmiyyətli bir şey olmadıqca bir neçə dəfə üst-üstə axtarmaqdan da qaçın.

Səssizliyi pozun.

Necə olduğunu bilərsiniz, danışarkən birdən ikiniz də susayarsınız və bu bir anlıq susqunluq saatlarla kimi gəlir birdən.
Mütəxəssislər sual verməyinizi təklif edir. Onunla əlaqədar suallar, amma bunlar "Harada idin?" kimi istintaq şəklində deyil, sevdiyi və ya sevmədiyi şeylər kimi ümumi mövzular haqqında olsun. Beləcə yeni bir mövzu açılar və sizdə səssizliyi pozmuş olarsınız.

Zarafat edin.

Əgər çox görüşə bilmirsinizsə, telefonda danışmaq bacarıqlarınızı inkişaf etdirməlisiniz. Danışıqların monotonlaşmasının qarşısını almaq üçün isə, mütəxəssislər danışığın tıxandığı vaxt zarafat təklif edirlər.

Təhlükəli Danışıqlar

Telefonda şişirdilmiş dərəcədə seks haqqında danışmaq o qədər də yaxşı bir fikir deyil. Əgər telefonda danışıqlarınız ümumiyyətlə bu tip mövzulara sürüşürsə, ipləri ələ alın.
Bu tip danışmaları sizdən kişi yoldaşınız istəyə bilər, amma bunlar aranızdakı həyəcanının yox olmasına səbəb ola bilər. Üstəlik ətrafdan bu tip danışmalarınızı eşidənlər də haqqınızda səhv şeylər düşünə bilərlər. Bu danışıqlar sandığınızın əksinə sizi yaxınlaşdırmaq yerinə uzaqlaşdıra bilər.

Münasibət yenidirsə

Əgər onunla yeni tanış olmusunuzsa, yəni özü telefon nömrənizi yeni götürdüsə, qayda yenə onun axtarışını gözləməkdir. Normalı (və nəzakətli olanı) sizi 24 saat içində axtarışıdır, o zaman siz də ona 24 saat içində zəng edə bilərsiniz.
Əgər telefon nömrənizi götürdükdən sonra sizi axtarmaq üçün dörd-beş gün gözlədisə, siz də eynisini etməlisiniz. Ya da sizə yalnız telefon mesajı atırsa, siz də ona eyni şəkildə mesajla cavab verməlisiniz. Nəticə olaraq o adam sizə həyatında prioritet vermədisə, sizin də ona prioritet verməyinizə ehtiyac yoxdur.

Məşğuldursa?

Onu əhəmiyyətli bir şey söyləmək üçün axtardınız və məşğul olduğunu söyləyib telefonu bağladı. Həqiqətən çox əhəmiyyətli bir mövzuyla məşğul deyilsə, sizi nə qədər vaxt sonra axtardığına baxın.

Tez axtarmırsa.

Əgər işi bitən kimi axtarmırsa, deməli sizə zənn etdiyiniz qədər dəyər vermir. Nəticədə nə qədər məşğul olsa da, qısa bir mesaj göndərə bilərdi və ya çox qısa çəksə də sizə dərhal zəng vura bilərdi. Həqiqətən məşğul olduğuna inansanız, tövsiyəmiz mövzunu problem etməyin..........


Geri dön

C.I

  • 8 dekabr 2011 14:00
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
twk dost eladi...............

--------------------

Inciciceyi

  • 14 noyabr 2011 08:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Deyerli fikirlerdi twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

a-aysel94

  • 13 noyabr 2011 13:22
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
SEVGIYE INANMIRAM

--------------------
Qarsina biri cixir beyenirsen,baxirsan,inanirsan,guvenirsen.Insanligina gelende gorursen "Made in China"

wiki

  • 12 noyabr 2011 19:13
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler,amma menim sevgilim yoxdur,hec meslehet de gormurem

B_A_H_A_R

  • 12 noyabr 2011 15:45
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
SEVGIYE INANIRAM. ESI ISTEDIYIN KIMI DANIS UREYINDEN NECE KECIRSE ELEDE DANIS.XEBER MARAQLIDI SAGOL UN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

I_am_angel

  • 12 noyabr 2011 14:47
  • Məqalə: 1
  • Şərh: 180
  • Bal:
{awards}
MARAQLIDIR TESEKKURLER,,,,

Musique Sage

  • 12 noyabr 2011 14:44
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir xebere gore tesekkurler

.::BaBy_FaCe_WiSe::.

  • 12 noyabr 2011 14:30
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
TWKLER MARAQLIDI AMA BILMEYENLERE))) feel

--------------------

nigar_ceza

  • 12 noyabr 2011 14:22
  • Məqalə: 0
  • Şərh: 168
  • Bal:
{awards}
maraqsiz.......

--------------------
Oglanlar statina yazire qizlara nifret edirem bawim cixmirki hec men seni tanimiram senin menden niye xowun gelmesin hec sozdu sizinki

dostum

  • 12 noyabr 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tewekkurler

sevgi heyatdir

  • 12 noyabr 2011 13:54
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
melumata gore cox tesekkurler

--------------------
Iman baglarinin en mohkemi Allah ucun dostluq,Allah ucun dusmenlik,Allah ucun sevgidir!

KAYBOLAN YILLAR

  • 12 noyabr 2011 13:40
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
MEN BUNLARI COXDAN BILIREM TWK

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

MiLeyla

  • 12 noyabr 2011 13:28
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tekrar xeberdi,ama yenede oxudum wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

BadZero

  • 12 noyabr 2011 12:22
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
sevgilim yoxdur, ona görə də maraqsızdır mənim üçün tşkk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_TUNAR_MAMEDOV_

  • 12 noyabr 2011 11:56
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
PAHOO..NE MARAQLI QAYDADIEEE... MENIM OZ QAYDALARIM VAR... wink

--------------------

THIS IS LEGEND

  • 12 noyabr 2011 11:32
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
sevgi varkki hec?

L115A1

  • 12 noyabr 2011 11:29
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
Hmm xowuma geldi amma. turklerin bir sozu vare fazla naz awik usandirir.Bunuda nezere almaq lazimdihaa qizlar. Mennen size meslehet lol wink

--------------------

QªQª¤²º¹¹¤

  • 12 noyabr 2011 11:09
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
Maraqlidi tewekkur

--------------------

..:MeleK kiz:..

  • 12 noyabr 2011 11:05
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
menim sevgilim yoxdu

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}