Ölümün Əkiz Qardaşı

 
Ölümün Əkiz Qardaşı

Bütün böyük tamaşalardan əvvəl mütləq proqon məşq – yəni son məşq
olduğu kimi yuxu da ölümdən öncə böyük tamaşaya kiçik bir məşqdir.
Bu məşq sənə ona görə lazımdır ki, BÖYÜK TAMAŞAYA necə
hazırlaşdığını biləsən. Çünki, bu yuxu nə vaxtsa son məşq olacaq və tamaşa başlanacaq...

Ölümün Əkiz Qardaşı

Və bir gün sən mütləq son rolunu oynayacaqsan.
Bəlkə tamaşaçıların alqışı altında, bəlkə də sükutun izlədiyi bir
səssizlikdə pərdə enəcək və sən həyat səhnəsini tərk edəcəksən.
Tərk edib səhnə arxasına dönəcəksən. Ya xəlifə kimi, ya da qurumuş
və qoxumuş bir qan laxtası olaraq. Amma mütləq dönəcəksən.
Çünki doğulmamışdan öncə sənə buraya geri dönəcəksən deyə bir vəd verilib.
Və sən də dönəcəksən.
Layiq olduğun hər şey sənə veriləcək. Sən haqqa gedən yolda
olmusansa, haqqı qazanmaq üçün çalışmısansa bu oyanışında/dirilişində layiq olduğunu alacaqsan...

Şikayətin ancaq özündən olacaq. "Kaş ki"lərinin, heyifslənmələrinin heç
bir faydası olmayacaq. Bu tamaşada sən yalnız aktyor deyil həm də
dramaturq idin, rejissor idin, bəzən hətta rəssam, həm də bəstəkar olmuşdun.
Bu sənin tamaşan idi. Bir nəfərin mono tamaşası. Hər başlanğıcın bir
sonu olur. Başlanğıc hardadırsa son da orada olacaq.
Sən yenidən səhnəyə baş əymək üçün qayıdacaqsan...

Ölümün Əkiz Qardaşı

Rolunu gözəl şəkildə, ssenaridə yazıldığı kimi doğru oynamış və ifan da
bəyənilmişsə sənə çiçəklər təqdim olunacaq. Cənnət çiçəkləri.
Sən onların izi ilə, ətirlərinin dalınca gedəcəksən, ifan
bəyənilməmişsə səhnəni daşa basacaqlar. Və sən də bu
daşların altında əziləcəksən. o zaman "kaş ki..." deyəcəksən.

Son məşqə hazırsanmı? Son tamaşaya necə?

P.S. Gündüz gecədən doğar, diriliş də ölümdən.
Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata
dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz
qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan!
Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına
yaza bilmək üçün oyan və Allaha dön! Varlığın Onun varlığının şahidi,
varlığın var olmaq üçün Ona borclu. Hər başlanan başlanğıcın
Ondan başladığını anladınsa demək oyandın, demək dirildin...

Oyan! Bu gün yatağın yumuşaq döşşəkdirsə, sabah torpaqdan bir
döşşək olacaq. Bu gün adın varlıqlar içində çəkilirsə sabah varlıq
dəftərindən silinəcək. Əgər günlərinin məqsədi uzun bir yuxudursa
onun sonunda mütləq bir oyanış olduğunu düşün. Axı ölmümüz boyu
hələ çox yatacağıq. İndisə oyanmaq vaxtıdır. Nə qədər ki,
özün oyana bilirsən, nə qədər ki, səni oyandırmayıblar cəhd elə və oyan.

Ölümün Əkiz Qardaşı

Oyan ki, diriləsən.

Oyan ki, dünyadakı son tamaşanda rolunu ən gözəl şəkildə oynayıb,
SƏHNƏ ARXASINA, - gəldiyin yerə üzü ağ dönə biləsən.
Bu rolu sənin üçün Allah seçib, səni yaradan, səni sevən və səni cənnətində görmək istəyən.
İlahi senariyaya [Qurana] uyğun olaraq öz rolunu oynamağa çalış.
Sən səhnəni [dünyanı] tərk etmədən, dünyalıqları tərk et!
Sən sənin üçün seçilən rolu sev və gözəl şəkildə ifa et!
Oyan! Ayıl! Qalx!


Geri dön

..:MeleK kiz:..

  • 12 noyabr 2011 10:02
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
oxudum ela xeberdi maraqlidi belay

sharm

  • 12 noyabr 2011 09:09
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
maraqli idi tewekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

... Deryam ...

  • 12 noyabr 2011 01:20
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Cox gozel ve duwundurucu yazidi.
Bu gozel yazini bizimle paylawdiginiz ucun twk edirem.

--------------------

фея

  • 12 noyabr 2011 00:48
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Son məşqə hazırsanmı? Son tamaşaya necə?
yeqinki belay

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

_nurlana_

  • 12 noyabr 2011 00:45
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
cox gozeldi ve tam heqiqetdi cox beyendim ellerinize saliq
.::BaBy_FaCe_WiSe::.
sizinlede tam raziyam

KAYBOLAN YILLAR

  • 12 noyabr 2011 00:39
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
OXUDUM COX SUPERDI TWK

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

wiki

  • 11 noyabr 2011 23:51
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
thanks,Oyan ki, dünyadakı son tamaşanda rolunu ən gözəl şəkildə oynayıb,
SƏHNƏ ARXASINA, - gəldiyin yerə üzü ağ dönə biləsən.........superdir

.::BaBy_FaCe_WiSe::.

  • 11 noyabr 2011 23:48
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
P.S. Gündüz gecədən doğar, diriliş də ölümdən.
Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata
dəyər verilməz.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}