Nə Gözəldir Sevmək

 
Nə Gözəldir Sevmək

Nə qədər gözəldir bir sevdiyinin olması, ən çətin anında, heç ümid etmədiyin bir zamanda bir salamıyla içini istilətməsi. Ağlayarkən səsini eşidər-eşitməz bütün mənfilikləri həmin an unutmaq, yağan qarda başını pəncərəyə qoyub onu xəyal etmək, yağışlı havalarda soyuqdan deyil onun üçün darıxdığına görə ta dərinlərdə bir yerinin sızlaması nə gözəldir. Bir salamıyla bütün qaranlıqların işıqlanması, 'gəl' demədən yanında olduğunu bilmək, getdiyin hər yerə onu da ürəyində, mənliyində, yanında aparmaq ..

Nə Gözəldir Sevmək

Ona aid mahnılar zümzümə etmək, yazılar yazmaq səhifə-səhifə.
Ən gözəl cümlələri belə bəyənməmək, ən gözəl sözləri belə ona yaraşdırmamaq nə gözəldir. Hiss etmək, yox olmaq, yanmaq, yandırılmaq, özünü onda tapmaq nə gözəldir. Səhər oyandığında, gözlərini gözbəbəyinin içində görmək nə gözəldir. Sonunu bilmədən özünü atəşə atmaq, amma onsuz da atəşdə olduğunu bilmək nə gözəldir. Qərar vermədən, fikir yürütmədən, məntiqli düşünmədən, yalnız sevmək nə gözəldir. Adı xatırlandığında səssiz olmaq, qızarmaq, utanmaq nə gözəldir.

Nə Gözəldir Sevmək

Dəfələrlə andlar pozmaq, ürəklər qırmaq, qırılmalar, bağışlamaq, əfv diləmək, məğlub olmaq, sevgiyə boyun əymək nə gözəldir.Getmək, dönmək, darıxmaq, gözləmək, unutmamaq, unutulmamak, eşq uğrunda ağlamaq, qısası eşq içində özünü itirmək nə gözəldir.Qorxduğunun başına gəlməsindən ürkmək, acı çəkmək, yas tutmaq, qısası ziddiyyət içində qalmaq, peşman olmaq; amma keçmişi sorğulamadan başlamaq, yenə yenidən sevmək, sevdiyindən imtina etməmək nə gözəldir. İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir. Dualar etmək, yalvarmaq, amma heç ümid etmədiyin bir anda "aha O" deyə bilmək nə gözəldir. qüruruna yenilmeyip 'kal' deyə bilmək nə gözəldir.Hər şeyi boş vermək, hər şeyi dərd etmək, yenə də üsyan etməmək nə gözəldir. Şəkilinə baxdığında sanki qarşındaymış kimi gülümsəmək, eşq qədəhini son damlasına qədər içmək, könül dənizində boğulmaq, azad ruhumuzu bir tək adama zəncirlərlə bağlamaq nə gözəldir. Gəlməyəcəyini bilərək gözləmək, onsuz bayramların zəhər olması, sevinclərin kədərə qarışması, bir sevdanın tək başına hökmdarı olduğunu bilmək nə gözəldir.

Nə Gözəldir Sevmək

O olmayanda yetim uşaqlar kimi üşümək, "kaş ki etməsəydim" deyə bilmək,
günəşi görə bilməmək, yaşadığını hiss edə bilməmək, ac qalmaq,
tək qalmaq, başqa gözlərə kor olmaq nə gözəldir.

Onun qoxusundan başqa qoxu hiss etməmək, ondan başqasını görməmək və hər yeni gün bir şeylərin olmasını gözləmək nə gözəldir. Qiymətini anlamaq sevdiyinin, artıq köhnə günlərə dönməyəcəyini bilərək yenə də bəs etməmək bu həyatdan nə gözəldir. Gözlərini xəyal etmək, dənizin dalğaları kimi saçlarını oxşamaq, əllərindən tutmaq.Telefonunun çalmasını gözləmək, yaşadığın şəhəri tərk etmək, başqa yerə yerləşmək, amma eşqdən qaça bilməyəcəyini bilmək, hara gedərsənsə get ürəyini, ağılını, ürəyindəkini də yanında apardığını bilmək nə gözəldir.

Nə Gözəldir Sevmək

Heç bir sevdada eyni dadı tapa bilməmək; dünənin, bu günün, sabahın və bir tərəfinin həmişə yarım qalacağını bilmək, həmişə qürbətdə qalmaq, nə gözəldir ağrını dadmaq.Həyat uzun və bitmək bilməyən bir filmdir...Rejissor isə mərhəmətsiz, insanı ən can alan nöqtələrindən vurandır. Bax, o rejissorun sən olduğunu bilmək belə nə gözəldir. “Mən gedirəm.” dediyin kimi “Mən gəldim.” deyə bilmək nə gözəldir.

Nə Gözəldir Sevmək

Onu yuxularda görmək, bitəcəyini bilsən də bu gözəl yuxunun, səhər
qalxdığında gerçək olması üçün dualar etmək, ilk onu düşünmək nə gözəldir.

Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı...


Geri dön

a-aysel94

  • 13 noyabr 2011 13:19
  • Məqalə: 0
  • Şərh: 51
  • Bal:
GEREK SEVMIYESEN SEVILESEN

--------------------
Qarsina biri cixir beyenirsen,baxirsan,inanirsan,guvenirsen.Insanligina gelende gorursen "Made in China"

tima717

  • 13 noyabr 2011 09:38
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
SEVEN SEVILMEZ SEVILEN QIYMET BILMEZ!!111 recourse

SEVEN SEVILMEZ SEVILEN QIYMET BILMEZ!!111 recourse

jjalicka

  • 12 noyabr 2011 22:15
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
love love love love love love love love love love love love love love love love love love love love love love love love love love

wiki

  • 12 noyabr 2011 19:10
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
sevmek hec de gozel deyil........

_TUNAR_MAMEDOV_

  • 12 noyabr 2011 16:14
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
heqiqetende cooox gozel xeberdi... cooox sag olun,,teshekkur edrem....

--------------------

SHARIM

  • 12 noyabr 2011 15:34
  • Məqalə: 0
  • Şərh: 255
  • Bal:
{awards}
fikrimce iki cur sevgi var sade ve esl
1;esl insanlarin sade sevgisi
2;sade insanlarin esl sevgisi

--------------------
CAVABI XEYR OLAN SEYLERDE BELE BIR DENE DE OLSA BELI VAR!!!!

Мой Мир

  • 12 noyabr 2011 15:25
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
duzdu gozeldi sevgi ama sevmeyi bilenen sevmir adini da sevgi qoyur sad twk edirem cox saqol...

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 51
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}