Məsumların Nurlu Kəlamlarından (201-220)

 
Məsumların Nurlu Kəlamlarından (201-220)

Hədis 201:
Həzrət Əli (ə) buyurur: “Cahilin ehtiyacsızlığı malına görədir.”

Hədis 202:
Həzrət Əli (ə) buyurur: “İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.”

Hədis 203:
Həzrət Əli (ə) buyurur: “Dost çətinlik zamanı tanınar.”

Hədis 204:
Həzrət Əli (ə) buyurur: “Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”

Hədis 205:
Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”

Məsumların Nurlu Kəlamlarından (201-220)

Hədis 206:
Həzrət Əli (ə) buyurur: “O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”

Hədis 207:
Həzrət Əli (ə) buyurur: “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”

Hədis 208:
Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”

Hədis 209:
Həzrət Əli (ə) buyurur: “Hər kəsin dəyəri onun biliyi qədərindədir.”

Hədis 210:
Həzrət Əli (ə) buyurur: “Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”

Məsumların Nurlu Kəlamlarından (201-220)

Hədis 211:
Həzrət Əli (ə) buyurur: “Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”

Hədis 212:
Həzrət Əli (ə) buyurur: “Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yə`ni, aqil əvvəlcə düşünər sonra danışar).”

Hədis 213:
İmam Sadiq (ə) buyurur: “Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”

Hədis 214:
İmam Sadiq (ə) buyurur: “Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”

Hədis 215:
İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”

Məsumların Nurlu Kəlamlarından (201-220)

Hədis 216:
İmam Sadiq (ə) buyurur: “Qardaşına quyu qazan özü düşər.”

Hədis 217:
İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

Hədis 218:
İmam Sadiq (ə) buyurur: “Mö`min başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”

Hədis 219:
İmam Sadiq (ə) buyurur: “Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”

Hədis 220:
Həzrət Əli (ə) buyurur: “Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”


Geri dön

Repery

  • 18 noyabr 2011 14:47
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

BadZero

  • 12 noyabr 2011 16:50
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}

super... hamısın .doc a save elədim təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Gunel

  • 12 noyabr 2011 16:49
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
Allah razi olsun tskler

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

... Deryam ...

  • 12 noyabr 2011 15:32
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Hər biri ibrətamiz kəlamlardı .
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}