Uzun ömrün sirri

 
Uzun ömrün sirri

Sağlam və uzun ömürlülüyün sirri çoxlarını narahat edir. Bəs bu sirr nədir? Bu sualın cavabını tapmaq üçün uzun müddətli araşdırmalar aparır, təcrübələr keçirilir. 94 yaşlı amerikalı alim Riçard Passvater sağlam həyatın yeni "reseptini" tapıb. "Resept" 4 müddəadan ibarətdir. Ən azı 8 saat yuxu, gündə yarım saat idman, göyqurşağı kimi rəngli qidalanma və yaxşı dostlarla səni xoşbəxt edə biləcək sosial mühit. İstanbulda seminar keçirməyə hazırlaşan Passvater müddaaları ilə bağlı "CNN Türk"ə məlumat verib.

Yuxu
"Günümüzdə insanlar yuxuya bir o qədər önəm vermirlər. Amma inanın ki, sağlam həyatın ilk şərti sağlam yuxudur. Xəstəliklər daha çox zehni yorğun olan insanları tapırlar. Az yuxu ürək və damar xəstəliyinin yaradıcısıdır. İstirahət etməyən bədəndə xəstəlik riski daha yüksək olur".

Qida
Başqa bir müddəa isə rəngli qidalar qəbul etməkdir. Yəni müxtəlif rəngli meyvə və tərəvəzdən tez-tez istifadə etmək etmək lazımdır. Mütəxəssis yeyə bildiyiniz qədər çox meyvə tərəvəz qəbul etməyi məsləhət görür. Onun sözlərinə görə, tək tipli qidalanma vərdişlərini tərgitmək lazımdır. "Portağal, nar, ərik, kartof, pomidor və sairə "göyqurşağı" siyahısına aiddir. Yəni onların içərisində A,B,C,D,E kimi vitaminlər, minerallar daha çoxdur. Omeqa 3 mənbəyi olan balıq isə ən azı həftədə 2-3 dəfə menyuya daxil edilməlidir. Balığın tərkibindəki bu vitamin min bir dərdin dərmanıdır. Əgər yeməyi xoşlamırsınızsa, onda balıq yağını vitamin şəklində qəbul edə bilərsiniz".

İdman
"Sağlamlığınız üçün atdığınız ən kiçik addım gələcəkdə sizin köməyinizə çatacaq. Vaxtı bəhanə etməyin. İş yerində belə idman edin. İşdən sonra, ofisin içərisində bir neçə saatdan bir qalxıb gəzin. Bu həm zehni yorğunludan azad olmağa, həm də sağlam həyat keçirməyinizə kömək edə bilər".

Ətraf mühit
"100 yaşına çatanların qəbul etdikləri qida, həyat tərzləri müxtəlif ola bilər. Ancaq onları birləşdirən ən mühüm cəhət hamısının həyatı dəlicəsinə sevməsidir. Ətrafınızdakı insanlarla yaxşı münasibətlər qurun. Ailə, iş həyatınız və ətrafınızdakı dostlarınızla münasibətləriniz yaxşı olmadıqda uzun yaşamaq şansınız azalır. Həyatı, gülməyi sevin".


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 11:06
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:53
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

CrazyGirl

  • 15 yanvar 2011 17:22
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur edirem......

--------------------
Sən varsansa həyat çox gözəl!

Yusif

  • 30 noyabr 2010 21:42
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
twk melumata gore

sevgi yalandir

  • 14 oktyabr 2010 18:14
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
esi allah ne qeder yazib hami oqeder yasayacaq twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 8 oktyabr 2010 21:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
♥Princess♥,
Grace_Angel,
Afran007,
Милая_kisa,
Azeri_Gozeli,
love

Grace_Angel

  • 8 oktyabr 2010 17:26
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler... maraqli ve lazimli xeberdir....

--------------------

Afran007

  • 8 oktyabr 2010 17:11
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Inanmiram bu xebere yalan melumatdi fellow

Kisa_Kiss

  • 8 oktyabr 2010 16:19
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо за новость

--------------------

Azeri_Gozeli

  • 8 oktyabr 2010 15:39
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
[b]"Günümüzdə insanlar yuxuya bir o qədər önəm vermirlər. Amma inanın ki, sağlam həyatın ilk şərti sağlam yuxudur. Xəstəliklər daha çox zehni yorğun olan insanları tapırlar. Az yuxu ürək və damar xəstəliyinin yaradıcısıdır. İstirahət etməyən bədəndə xəstəlik riski daha yüksək olur".

sen ne danisirsan men sat gunorta 2ye kimi mir vurub yatiram wink nenemki kimi 100yasima kimi yasiyaram insallah wink lol

bacis coox sag oldeyerli meslehetlerine gore ellerine saliq[/b]

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}