Olmasaydı dünyada sarsaqlar, yəqin ki ac qalardı yaltaqlar!

 
Olmasaydı dünyada sarsaqlar, yəqin ki ac qalardı yaltaqlar!

Canlı həyat faktları yaltaq,ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir. Lakin yenə məhz həmin həyat faktları göstərir ki, əvvəla belə müvəffəqiyyətlər çox az davam edir. Çünki el arasında deyildiyi kimi, yaltaq, ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da, əslində heç kimi özlərindən razı sala bilmirlər, bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar. Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək, vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli, müxtəlif donlara girməli, bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki, bu da öz növbəsində çoxlu hədər vaxt, enerji və əsəb itkisinə səbəb olur.

Necə deyərlər bunun zərəri qazancından çox olur. Yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar. Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur, mübarizəni xaricə deyil, daxilə çevirir, həyatı maraqsız, üzücü, yorucu və mənasız edir. Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil, başqasının mərhəmət və rəğbətinə güvənirlər. İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır, daxili səfərbərlikdən məhrum edir. Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz.

Bütün bunlar göstərir ki, yaltaqlığı və ikiüzlülüyü fərasət, zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir, insan şəxsiyyətini alçaltmaq deməkdir. Ömür boyu həyatla oynamaq, hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir. Çünki, daim ikiüzlülük edən, həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan, yad rolunda çıxış edən, həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır, onun ömrü saxta olur.

P.S.: Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar!
(Mirzə Ələkbər Sabir)


Geri dön

✰GlaMurKa✰

  • 13 noyabr 2011 14:36
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
maraqli idi cox sag olun

Hepsi_1

  • 13 noyabr 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 399
  • Bal:
{awards}
tesekkurler

--------------------
Elimden geleni etdikden sonra, sira ayagimdan geleni etmekdedir;" Getmek kimi meselen!"

jjalicka

  • 13 noyabr 2011 01:25
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
twk dostcikim

Larek

  • 12 noyabr 2011 23:15
  • Məqalə: 8
  • Şərh: 108
  • Bal:
{awards}
Bunu oxuyan başa duşen buna teşekkurden başqa şerh yaza bilmez.

... Deryam ...

  • 12 noyabr 2011 22:40
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Ne deyesen duz soze
ARTiSTLERE YOX DEYEK ,HEYATI CIRKLENDiRiLER , ele insanlara gore insanlari tanimaq , guvenmek olmur .

--------------------

BadZero

  • 12 noyabr 2011 21:49
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Təmamilə sizinlə razıyam xəbərə görə təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

wiki

  • 12 noyabr 2011 21:47
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 52
Cəmi: 77

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}