İnsanları, hətta sevdiyin insanı başa düşmək çox çətindir, onun sənə qarşı içində hissləri olduğu halda yenə laqeyd olması, özünü elə göstərməsi, hətta sənə maraq göstərməməsi çox pisdir, bu elədiyi həzm olunması çox çətin olan bir şeydir. Onun sənə laqeyd olduğunu görmək, heç bir maraq göstərməməsi, ən azından elə hərəkət etməsi, bütün bunlar hamısı çox pis təsir edir, ancaq ki, nə etməli. Həyat bəzən çox cansıxıcı olur, belə bir həyatda yaşamaq insana çətin gəlir, ancaq getdikcə hər şeyə alışırsan, mümkün olmayacaq işlərin arxasından getmək istəmirsən. Kim bilir, bundan sonra nələr baş verəcək, nələr olacaq, gələcəyimizi necə bilək axı. Yatıb durandan sonra başına nələrin gələcəyini bilmirsən, dünyadır da nə edək artıq, dünyada baş verənlərə razı olmaq məcburiyyətindəsən, yoxsa, sən pis olacaqsan, hətta bu səni istədiyin insandan uzaqlaşdırsa, belə.Belə fikirləşək, hər şey belə olmalı imiş, alnımız da taleyimiz belə yazılıb. "Əgər doğurdan da bir-birinizi sevirsizsə, onda bir gün nə olursa olsun, yenə qarşılaşacağıq" deyə fikirləşirsən. Əslində belədir, yəni ikisi də sevirsə, qarşılıqsız deyilsə, ikisi də bu sevgiyə layiqdirsə, onda bir gün yenə qarşı-qarşıya gələcəklər deməkdir. Bu sözsüz belədir, ən pisi odur ki, bir gün vaxt gələcək onun üzünü görə bilməyəcəksən, qoxusunu hiss edə bilməyəcəksən, onun nə cür gəzdiyini, necə güldüyünü görməyəcəksən bir sözlə bir gün vaxt gələcək onunla heç danışa da bilməyəcəksən. Bütün bunlar hamısı pis təsir etsə də, alışmaq məcburiyyətindəsən, çünki, alışmasan, sənin üçün pis olacaq.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























