Leonardo da Vinçinin sərgisi 2,4 milyard dollara sığortalanıb

 
Leonardo da Vinçinin sərgisi 2,4 milyard dollara sığortalanıb

Leonardo da Vinçinin noyabrın 9-da Londondakı sərgisi 2,4 milyard dollara sığortalanıb. Trend-in məlumatına görə, "The Daily Telegraph" qəzeti yazır ki, şəkillərin mümkün zədələnməsi və oğurlanması məhz bu məbləğdə qiymətləndirilir.

Muzeydə 2012-ci il fevralın 5-dək davam edəcək sərginin keçirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik sistemi fəaliyyət göstərəcək. Şəkillərin hamısı xüsusi şüşə altında yerləşdiriləcək.

"Leonardo da Vinçi: Milan sarayının rəssamı" adlanan ekspozisiya Böyük Britaniyada ilin ən əsas sərgi layihələrindən biridir. Sərgidə dahi rəssamın 9 əsəri nümayiş olunacaq. Sərgi həm də onunla unikaldır ki, orada əvvəllər heç vaxt sərgilənməyən şəkillər nümayiş olunacaq. Şəkillərdən səkkizi ekspozisiyaya xaricdən gətirilib. Britaniyalıların əksəriyyəti onları ilk dəfə görəcəklər.

Sərginin təşkilatçıları diqqəti da Vinçi yaradıcılığının onun Milan hökmdarının saray rəssamı kimi çalışdığı dövrə, yəni 1480-1490-cu illərə cəmləşdiriblər. Sərgilənən şedevrlər arasında iki "Madonnalar qayalarda", "Sincab dərisi geyinmiş qadın", "Gözəl Ferronyera" var.

Qəzetin yazdığı kimi, açılışı birbaşa efirdə yayımlanacaq sərgiyə maraq həddindən artıq yüksəkdir. Muzeyin əməkdaşının sözlərinə görə, Milli Qalereya artıq sərgiyə rekord sayda bilet satıb. Onun muzeyin tarixində ən populyar sərgi olacağı gözlənilir. Bu səbəbdən qalereya axşam saatlarında, eləcə də Milad bayramı günlərində də işləməyi planlaşdırır.

Leonardo da Vinçinin bütün həyatı boyu 20-yə yaxın şəkil çəkdiyi hesab edilir. Onlardan yalnız 15-i qorunub saxlanılır. Da Vinçinin əsərlərinin çoxunun qiyməti məlum deyil.


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
tewekkurler

_SVETLANA_777_

  • 13 noyabr 2011 22:36
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

Prank girl

  • 13 noyabr 2011 22:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: generation
Təşəkkürlər...


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

PASYOLKOVSKY

  • 13 noyabr 2011 21:33
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
{awards}
tewekkurler

--------------------

BlackBerry

  • 13 noyabr 2011 21:24
  • Məqalə: 53
  • Şərh: 41
  • Bal:
{awards}
Sitat: Hosted M.B
men bundan qewengeme bu nedi aaaaaaa

siz niye ozunuzu onun xarici gozelliyi ile muqayise edirsizki/? onun senet eserleri ile muqayise etseniz daha meqsedyonlu olar..

--------------------

★Azerbaijan girl★

  • 13 noyabr 2011 20:56
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
men bundan qewengeme bu nedi aaaaaaa

wiki

  • 13 noyabr 2011 20:45
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler melumat ucun

Delya_91

  • 13 noyabr 2011 20:44
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Melumata gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

... Deryam ...

  • 13 noyabr 2011 20:28
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Dünyada iz qoymaq da belədir , neçə illərdir ki, onun əsərləri tanınır və o əsərləri qorumaq üçün hər tədbir alırlar

--------------------

Мой Мир

  • 13 noyabr 2011 20:26
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
gozel resam olub twk edirem kusuw dosi ya besdide ozur dileriz iwde sad

--------------------
∞♥

BadZero

  • 13 noyabr 2011 20:24
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
təşəkürlər.. Leonardo da Vinçi həm gözəl rəssam olub, həm həkim, həm də alim. O zamanlar elektron hesablama maşınının ilk konstruksiyasını Leonardo verib. Sadəcə onun fikirləri o dövrün texnologiyasını qabaqladığı üçün ideyalarını həyata keçirə bilməyib

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Music Star

  • 13 noyabr 2011 20:15
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
tsekkurler.3-cu werh menden((((((

--------------------

Tenha Melek

  • 13 noyabr 2011 20:15
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
Yaxsi eleyiblere.

--------------------
Hormet etki,hormet goresen.

✰GlaMurKa✰

  • 13 noyabr 2011 20:11
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
hmmm lap yaxsi tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}