Peyğəmbərin (s) davranışı

 
Peyğəmbərin (s) davranışı

Qurani-Kərimin vә hәdislәr bizi hәzrәt Məhәmmәdin (s) davranış vә rәftarlarına әmәl etmәyә dәvәt edir. Lakin müsәlmanların çoxunun O hәzrәtin (s) davranışları vә rәftarlarından kifayәt qәdәr xәbәri yoxdur.Burada hədis və rəvayətlərə əsaslanaraq, əziz Peyğəmbərimizin (s) ‏‏‏müxtəlif sahələrdə bir neçә davranışını diqqətinizə çatdırırıq

1. Hәzrәt Әli (ә) buyurur: "Hәzrәt Məhәmmәd (s) məsum (günahsız) olmasına baxmayaraq, Allah qorxusundan ağlayırdı və Onun göz yaşları namaz qıldığı yeri isladırdı."

2. Hәzrәt peyğəmbər (s) hamıdan gec әsәblәşәr, hamıdan tez razı olurdu. Hәmçinin, O Hәzrәt (s) xalqa qarşı daha mehriban, daha xeyirxah vә daha xeyirverәn idi.

3. Hәzrәt peyğəmbər (s) danışarkәn çöhrəsində tәbәssüm olardı.

4. Peyğəmbər (s)
möminlәrlә (onları sevindirmәk üçün) zarafat edәrdi. (Lakin o hәzrәtin zarafatları öz həddində və doğru idi).

5. Peyğəmbər həzrətləri (s) heç vaxt göz vә qaşla işarә etməzdi.

6. Peyğəmbər (s) bir şeyә görə narahat vә qəmgin olduqda ibadәtә üz tutar, namaz qılardı.

7. Peyğəmbər həzrətləri (s) öz ailәsi vә övladlarına hörmәt edәr vә onlarla mehribanlıqla rәftar edәrdi.

8. Hәzrәt Məhәmmәd (s) hәmişә sadә vә tәmiz paltarlar geyinәrdi. (O hәzrәt namaz qılarkәn qara rәngli әmmamәsini başına qoyardı.)

9. Hәzrәt peyğəmbər (s) әmmamә vә әbadan savay qara vә qırmızı rәngli paltar geyinmәzdi.

10. Peyğəmbər (s) evindә bir cüt göyәrçin vә rәngi ağ olan bir xoruz saxlayırdı.

11. Hәzrәt Məhәmmәd (s)
arxası üstә yatır, yataq yerinә girәndә Allahın adını çәkir vә yataq yerindən qalxdıqda Allaha şükr edәrdi. Hәmçinin, O hәzrәt (s) yatmamışdan öncә "Ayәtәl-kürsi"ni ("Bəqərə" surəsi, ayə: 255) oxuyardı.

12. Peyğəmbər (s) hәmişә tәvazökar olub və heç vaxt tәkәbbürlük etməyib.

13. Peyğəmbər həzrətləri (s) nar yedikdә heç vaxt onun parasını başqalarına verməzdi. (Başqalarına bütöv narı təklif edərdi).

14. Peyğəmbər (s) su içmәzdәn öncә "Bismillah" deyir vә suyu üç nәfәsә içirdi. Su içdikdәn sonra isә "Әlhәmdulillah" deyərdi.

15. Peyğəmbər (s) yediyi yemәyi lazımınca çeynәdikdәn sonra udardı.

16. Hәzrәt peyğəmbərin (s) yediyi әsas yemәk xurma, süd vә hәlim idi.

17. Hәzrәt peyğəmbər (s) balı çox sevirdi.

18. Peyğəmbər (s) heç vaxt yemәyi isti-isti yemәz, onu soyutduqdan sonra yeyәrdi.

19. Hәzrәt peyğəmbər (s) yağlı yemәk yedikdәn sonra bir az su içərdi.

20. Hәzrәt peyğəmbər (s) qurbanlıq bayramında iki qoç kәsərdi.‏ (Birini öz tәrәfindәn, digərini isә ümmәtinin yoxsulları tәrәfindәn).

21. Peyğəmbər həzrətləri (s)
acmamış yemәk yemәz, doymamışdan öncә süfrәdәn qalxardı.

22. Hәzrәt peyğəmbər (s) xәstәlәrә dәyib, onların halını soruşardı.

23. Peyğəmbər (s) cәnazәni (ölünü) müşayiәt etdikdә az danışar, qәm vә kәdәr içindә olardı.

24. Peyğəmbər (s) hüzür düşmüş evә üç gün yemәk bişirib aparmağı göstәriş vermişdi.

25. Hәzrәt peyğəmbər (s) özündәn qan aldırır, başı ağrıdıqda isә qaşlarını yağ ilә ovurdu.

26. Peyğəmbərin (s) qızması olduqda şәkәri soyuq su ilә qatışdırıb içirdi.

27. Hәzrәt peyğəmbər (s) hәr gün üç dәfә dişlәrini yuyardı: 1-Yatmazdan qabaq; 2-Namaz vә dua üçün yuxudan ayıldıqdan sonra; 3-Sübh namazı üçün mәscidә getmәzdәn öncә.

28. Hәzrәt peyğəmbər (s) bәzi vaxtlar zöhr vә əsr, həmçinin, məğrib vә işa namazlarını bir-birinin ardınca qılır, çox vaxtlar isә onları müəyyən fasilə ilə (beş vaxtda) qılırdı.

29. Peyğəmbər (s) namaza durduqda, rәngi qaçırdı vә O hәzrәtdәn (s) yanıqlı sәslәr eşidilirdi.

30. Peyğəmbər həzrətləri (s) namaz vaxtı әsnәdikdә sağ әlini ağzının önünә tutardı.

31. Hәzrәt peyğəmbər (s) tәzә meyvә gördükdә onu әlinә alaraq, öpüb gözlәrinə vә dodaqlarına qoyur, dua oxuyardı.

32. Peyğəmbər (s) qәbristanlıq yanından keçdikdә onun әhlinә dua edərdi.

33. Hәzrәt peyğəmbər (s) hәr namazdan sonra mәxsus dualar oxuyurdu.

34. Peyğəmbər (s) heç vaxt әmanәtә xәyanәt etməzdi. (Hәtta, ona əmanət verilmiş iynә vә sapı belә öz sahibinә çatdırırdı).

35. Hәzrәt peyğəmbər (s) sübh açılarkәn әlini uşaqların başına çәkәrdi.

36. Peyğəmbər həzrətləri (s) başqalarına verdiyi vәdin icrasını özü üçün borc sayırdı.

37. Hәzrәt Məhәmmәd (s) o qәdәr әtir vurardı ki, müsəlmanlar O hәzrәti (s) әtir iyindәn tanıyardılar.

38. Hәzrәt peyğəmbər (s) evindәn gedәn qonağı evin qapısına qәdәr ötürərdi.

39. Peyğəmbər (s) Allah yolunda verdiyi şeyi heç vaxt geri almazdı.

40. Hәzrәt peyğəmbər (s) həmişə Allahı yad edәrdi.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:30
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 21:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore twk,cox maraqliydi

--------------------

Ulya

  • 13 oktyabr 2010 15:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

MuslimGirl

  • 10 oktyabr 2010 11:04
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razi olsun! Allah Muxemmed(s.a.s) ve onun ummetine xeyir bexs etsin! Amin!

Legenda_Girl

  • 10 oktyabr 2010 00:38
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH UREYIVE GORE VERSUN NU Peygember (s.a.v) bele yazilmalidir

sevgi_meleyim

  • 9 oktyabr 2010 20:51
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun. Afran007 Amin INsaAllah. Duaniza mende qosuluram ve Amin deyirem. emeye hormet, Yazan elleriniz yorulmasin.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

AWKSIZ

  • 9 oktyabr 2010 20:32
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

Azeri_Gozeli

  • 9 oktyabr 2010 20:10
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun cox sag ol

--------------------

Afran007

  • 9 oktyabr 2010 20:02
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Allah bizlere qiyamet gun uHz. Muhammed(sav) sefaetine catdirsin,twrler olduqca elaa movzu idi

Grace_Angel

  • 9 oktyabr 2010 19:12
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli xeberdir....ALLAH RAZI OLSUN...!!!

--------------------

sevgi yalandir

  • 9 oktyabr 2010 19:00
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}