Məsumların Nurlu Kəlamlarından (241-260)

 
Məsumların Nurlu Kəlamlarından (241-260)


Hədis 241:
İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”

Hədis 242:
İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mö`min nə pis iş görər, nə də üzr istəyər.”

Hədis 243:
İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

Hədis 244:
İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

Hədis 245:
İmam Əli (ə) buyurur: “Nə çoxdur dilin üzündən həlak olanlar!”

Hədis 246:
İmam Əli (ə) buyurur: “Çox çətinliklər mülayimliklə asanlaşır.”

Hədis 247:
İmam Əli (ə) buyurur: “Çoxları axirət üçün olan əməli o qədər tə`xirə salır ki, axırı ölüm onun yaxasından yapışır.”

Hədis 248:
İmam Əli (ə) buyurur: “Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”

Hədis 249:
Həzrət Əli (ə) buyurur: “Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

Hədis 250:
Həzrət Əli (ə) buyurur: “Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”

Hədis 251:
Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”

Hədis 252:
Həzrət Əli (ə) buyurur: “Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”

Hədis 253:
Həzrət Əli (ə) buyurur: “Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”

Hədis 254:
Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”

Hədis 255:
Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat axmaqlıq nişanəsidir.”

Hədis 256:
Həzrət Əli (ə) buyurur: “Kömək etdiyin kimi kömək görərsən.”

Hədis 257:
Həzrət Əli (ə) buyurur: “Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”

Hədis 258:
Həzrət Əli (ə) buyurur: “Çox gülənin qəlbi ölər.”

Hədis 259:
Həzrət Əli (ə) buyurur: “Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”

Hədis 260:
Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”


Geri dön

Repery

  • 18 noyabr 2011 14:43
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

_lonely_

  • 13 noyabr 2011 14:06
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
cox sag ol ALLAH razi olsun

✰GlaMurKa✰

  • 13 noyabr 2011 14:01
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun coxxxxx sag olun maraqli idi

ulker97

  • 13 noyabr 2011 12:41
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Yazdiginiz ucun cox sagolun,cox maraqlidir. qoy birini de men deyim . Hz. Eli.Gunah etmediyin gun bayramdir.

BadZero

  • 13 noyabr 2011 12:11
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

Hədis 250:
Həzrət Əli (ə) buyurur: “Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

ZEHRA

  • 13 noyabr 2011 11:44
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.” Allah razi olsun

Ku-ku

  • 13 noyabr 2011 10:37
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

Hədis 245:
İmam Əli (ə) buyurur: “Nə çoxdur dilin üzündən həlak olanlar!”

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}