Dinlə "qanadsızım" dinlə..!

 
Dinlə "qanadsızım" dinlə..!

Yoxluğun qiyamət əlamətim…
Sonsuzluq dünyasında hücrə həbsi yaşamaqdır sənsizlik…


Bir gəlsən… Bir görsəm… Bir gülsən…
Sonra yenə get istəsən…
Sən baxıb baxıb fikrə getdikcə qaranlıq üfüqlərə
xəyalların yarım mənliyin əskik qaldığı an röyalarım dəstəyin olsun deyə ürəyinə
qaranlığa hədiyyə edərəm sənli röyalarımı.
Bir ulduza ilişdirərəm ömürümü…
Sən özünü kimsəsiz hiss etdiyin və göyə baxıb
Allah' la danışmağa başladığında düşən ulduzun quyruğunda görərsən məni…

Dinlə "qanadsızım" dinlə..!

Ürəyinin xoşbəxtliyinə həsr etmişəm mənliyimi yar…
İbadət saymışam səni sevməyi…


İndi varlığındır ehtiyacım olan.
Artıq hiss etmək bəs etmir canıma.
Birə-bir varlığın olmalı yanımda...

Baxışlarımız toqquşmalı uzun uzun.
Nəfəslər bir-birinə qarışmalı.
Səni hiss etməkdən çox yaşamalıyam artıq…
Səni yaşamalıyam...!

Dinlə "qanadsızım" dinlə..!

Hər gecə gözlərimi bağladıqdan sonra yaddaşımda qalan son görünüş gözlərin olmalı...
Və hər yeni günə başlarkən gözlərimi açdığımda ilk səni görməliyəm...
Bir qarış yaxınımda olmalı üzün nəfəsin üzümə vurmalı...
Sənsizlik cinnətim olar yar..!

Dinlə "qanadsızım" dinlə..!

Dinlə "qanadsızım" dinlə..!

Aç ürəyini aç gözünü…
Qorxusuzca ver əlini tərəddüdsüz yaz sol yanına məni.

Xoşbəxtliyimizə kölgə salana qarabasan kimi çökməzsəm əgər…
Gözündə bir tək damla yaşa səbəb olana qəhər olmazsam əgər…
Bu canı sənə xərcləməzsəm əgər…
Və əgər son nəfəsə qədər sənə səni nə qədər sevdiyimi
hiss etdirə bilmədiyim bir günüm belə keçsə ömür dəftərimdə…
Bir gün belə bu sətirlər şahidlikdən imtina etsə sevdama…

Bu bədəni torpaq qəbul etməsin...!

Dinlə "qanadsızım" dinlə..!

İtlərə yem olsun soyuq cəsədim…
Bir andsan müqəddəsimdə canımsan…

Tək andsan…

Yalnız sənə məcburum sənə möhtac…
Tək şahid Allahım.
Cəhənnəm kimi ürəklə cənnətlik bir eşqlə sevilirsən…
Möhürümsən!...

Dinlə "qanadsızım" dinlə..!


Geri dön

Repery

  • 18 noyabr 2011 14:43
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

Prank girl

  • 13 noyabr 2011 22:44
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Bu bədəni torpaq qəbul etməsin...!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

wiki

  • 13 noyabr 2011 18:10
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler maraqlidir

ZEHRA

  • 13 noyabr 2011 17:04
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
maraqli idi cox sag olun

krasavcik2012

  • 13 noyabr 2011 15:02
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
hmmmmmmmm.cox sagolun

... Deryam ...

  • 13 noyabr 2011 14:25
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Çox gözəl sözlər var ...

--------------------

GUL YAGMURU

  • 13 noyabr 2011 14:21
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Yalnız sənə məcburum sənə möhtac…
Tək şahid Allahım.
Cəhənnəm kimi ürəklə cənnətlik bir eşqlə sevilirsən…
Möhürümsən!...

ela yazidi..ellerinize sagliq...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

✰GlaMurKa✰

  • 13 noyabr 2011 14:12
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi cox sag olun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}