Tövbəm qəbul olarmı?

 
Tövbəm qəbul olarmı?

Adəm övldanın düşmənləri olduqca çoxdur. Ona pis əməlləri gözəl göstərməyə çalışır, şəhvətə dəvət edir, həlaka sürükləyirlər. Bütün bunun səbəbi isə Adəm övladını həlak edici günahlar içərisində boğmaq istəyidir. Əgər Adəm övladı, düşmənlərinin tələsinə düşərək, günahlara qərq olsa demək onu qəlbini sıxıntı çəkəcək və darlıq hiss edəcəkdir. Bununlada düşmənlər onun Allahın rəhmətindən ümidini kəsməyinə nail olacaqlar.
Amma unutmaq olmaz ki, Uca Allahın tövbə qapıları həmişə üzümüzə açıqdır. Elə Adəm övladının ən böyük düşməni olan şeytanında istəyi budur. Şeytan istəyir ki, Adəm övladı artıq günahlarının bağışlanmayacağını düşünərək ümidsizliyə qapılsın.

Tövbəm qəbul olarmı?

Görün bu nəqədər çirkin bir istəkdir.
Amma Allaha sidq qəlblə inanan mömin heç vaxt bu düçüncə, bu çirkin etiqad sahibi olmalı deyil.
Mömin qardaş və bacılarım həmişə bu problemlə üzləşir və bu barədə çoxlu suallar göndərirlər.
Qardaş və bacılarım Allahın rəhmət qapıları həmişə üzümüzə açıqdır. Yetər ki, biz Allaha sidq qəlblə tövbə edək və Allahdan günahlarımızn bağışlanmasını diləyək. Uca Allah, o qədər lütf sahibidir ki, tövbə edənləri sevir və sevinir. Burada bir az düşünək.
Bəlkə biz valideynlərinizə qarşı asi olsaq və sonra üzr diləsək, valideynlərimiz bizi əfv etsələr belə bəlkə sevinməzlər. Sadəcə bizi bağışlayarlar.
Amma Uca Allah nəyinki bağışlayır, üstəlik sevinir ki, biz tövbə etmişik.
Tövbəm qəbul olarmı?


Görün bizim nə uca, nə gözəl rəbbimiz var.
Vay o kəslərin halına ki, Allah sevgisini dadmırlar. Bu gözəl nemətdən məhrumdurlar.
Üstəlik Uca Allah sidq qəlblə tövbə edənlərin günahlarını bağışlayır və dərəcələrini yüksəldir.

Bundan böyük nemət ola bilərmi?.
Burada peyğəmbərimiz (sav)-in yüz nəfəri öldürüb tövbə edənin hekayəsini xatırlamaq hamımız üçün ibrət olardı.
O kəs ki, yüz nəfəri öldürdü sonra sidq qəlblə tövbə etdi və Uca Allahda onun tövbələrini qəbul edərək onu cənnətinə qoydu.
Bu hekayəni oxuyanda həqiqətən qəlbində zərrə qədər Allah sevgisi olanların gözündən yaş gəlir. Elə insanlarda vardır ki, göz yaşını tuta bilmir.
Bu hekayə ən böyük düşmən olan şeytanın vəsvəsəsinə uyaraq Allahın rəhmətindən ümidini üzənlərə ibrət olmalıdır. Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Sizdən əvvəlki ümmətlərdən bir nəfər 99 nəfər öldürür və yer üzərində ən bilikli kimin olduğunu soruşur. Ona bir rahibin yanına getməyi tövsirə edirlər. Rahibin yanına gəlir, 99 nəfəri öldürdüyünü deyir və tövbəsinin qəbul olunmasını soruşur.
Rahib xeyr cavabını verir və rahibidə öldürməklə yüzü tamamlayır. Sonra yenədə yer üzərində ən bilikli adam haqqında soruşur və onu alimin yanına göndərirlər. Alimdən yüz nəfəri öldürdüm, mənim tövbəm qəbul olarmı deyə soruşur. Alim bəli sənin tövbən qəbul olunar. Amma filan şəhərə get, orada salih insanlar yaşayır və birdə öz şəhərinə qayıtma. Çünki sənin yaşadığın yerdə pis insanlar yaşayır.
Yola çıxıb gedərkən ölüm mələyi gəlir və canını alır. Bu an rəhmət mələkləri ilə əzab mələkləri mübahisə edirlər.
Rəhmət mələkləri: O, sidq qəlblə Allah tövbə etmişdi
Əzab mələkləri: O, heç vaxt ömründə xeyr iş görməyib.
Sonra insan şəklinə Uca Allah bir mələk göndərir və həmin mələkdə hansı
yerə yaxın olduqlarını ölçmələrini buyuraraq deyir:
Hansı yerə daha yaxındırsa o tərəf sahiblərini onu götürəcək deyir.

Tövbəm qəbul olarmı?

Ölçürlər və görülər ki, salih insanların yaşadığı yerə daha yaxındır və rəhmət mələkləri onu aparırlar.
Başqa bir rəvayətdə isə deyilir: Salih insanlar yaşayan yerə bir qarış yaxın idi.
(Müslim rəvayət etmişdir)

Ey tövbə etmək istəyən bacı və qardaşlarım, məgər, sizin günahlarınız Allah tövbəsini qəbul etdiyi adamkından daha çoxdurmu?
Bu öz nəfsinə günah işlər etməklə zülm edən bir nəfərin hekayəsi idi.

İnsanları qətl etməkdən daha böyük günah ola bilərmi?
O adamın qəlbində azcada olsa xeyr var idi və Allahın rəhmətindən ümidini üzməmiş və məyus olmamışdı.
Amma birinci dəfə alimin deyil, cahilin yanına göndərdilər. Rahib onun günahlarının çox olduğunu görərək yanlış fətva verdi və Allahın rəhmətindən ümidini kəsmək istədi. Buna görədə rahibi öldürdü.
İkinci dəfə yenədə ümidini üzmədi və alim haqqında soruşdu. Bu dəfə isə onu doğru ünvana göndərdilər. Bu qədər günahdan sonra tövbəsinin qəbul olunmasının mümkünlüyünü soruşdu.
Alim, təəccüblü halda, sənin tövbənlə Allah arasına kim girə bilərki cavabını verdi.
Uca Allah tövbələri qəbul edəndir deməklə bərabər onu salih insanlarla olmağa çağırdı. Ona yol göstərdi. Alim bilirdi ki, onun ətrafında ona mane olan pis insanlar yaşayır.
Buda bizim üçün dəlildir ki, kiminlə dostluq etməyimizə fikir verməliyik.
Bu hekayə Allahın rəhmətinin genişliyindən və tövbə qapılarının açıq olmasından xəbər verir.

Tövbəm qəbul olarmı?

Uca Allah buyurur:
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
(əz-Zumər, 53)

Kim zənn etsə ki, hansısa günahı Allah bağışlamaz o kəs
rəbbinə qarşı pis zənn etmiş və özünüdə həlaka sürükləmişdir.

Uca Allah buyurmuşdur:
Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
(Yusif, 87)

Lakin tövbəmiz sidq qəlbdən olmalı və günaha aparan yollardan da uzaq
olmalıyıq. Necə ki, hekayə sahibi günahdan da uzaqlaşmağa səy göstərmişdi

Mömin heç zaman hər hansı bir balaca günah etsədə ona səhlənkar yanaşmaz və dərhal tövbə edər. O kəsin ki, gözündə günahlar balaca görsənir, deməli Allah qatında o günhalar əzəmətlidir. Günah balacadır deyə, səhlənkarlıq edənlər özlərini əslində məhfə sürükləyirlər.

Tövbəm qəbul olarmı?

İbn Məsud demişdir:
"Mömin o kəsdir ki, günah edəndə elə zənn edir ki, dağın aşağısında dayanıb və hər an qayalar başına düşə bilər. Fasiq isə günah edəndə elə bilki üzünə milçək qonmuş və əli ilə milçəyi qovmuş kimi təsəvvür edir.”

Dəyərli bacı və qardaşlarım. Uca Allahın tövbakar qulları olmaqla xoşbəxtliyə nail olmuş olarıq.
Uca Allahın tövbə qapıları həmişə açıqdır. Uca Allah bəndəsi Ona tövə etdiyi zaman fərah hissi keçirir (yəni sevinir). Fərəhlənən Rəbbdən heç vaxt xeyir əksik olmaz.
Allah bütün müsəlman bacı və qardaşlarımızın tövbələrini qəbul etsin.
Ey Rəbbimiz sən bilirsən ki, biz sənin aciz bəndələrinik. Əllərimizi qaldıraraq, göz yaşları tökərək səndan bağışlanma diləyirik. Sən bağışlayansan. Sən bizə bağışlayacağını vəd etmisən.

Tövbəm qəbul olarmı?

Bizi bağışla,əfv eylə.
Əgər bizi qovsan, kim bizə rəhmət qapılarını açar ki! Kimə üz tuta bilərik ki!
Allahım sən rəhmət qapılarını bizim, ailəmizin, övladlarımızın və oxucularımızn üzünə bağlama. Sən bizə dünya və axirətdə xoşbəxtlik bəxş elə və dünyanı tərk etdiyimiz vaxta gədər bu xoşbbəxtliyi bizdən əksik etmə. Çünki biz acizik. Sənin rəhmətindən bir göz qırpımı belə uzaq qalmaq istəmirik. Sənə üz tutduq, Sənə yalvardıq.

Allahım bütün rəhmət qapılarını üzümüzə aç.


Geri dön

Prank girl

  • 13 noyabr 2011 22:46
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
Sitat: ZEHRA
ALLAH RAZI OLSUN


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

wiki

  • 13 noyabr 2011 18:12
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

ZEHRA

  • 13 noyabr 2011 17:46
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... COOOX GOZEL VE DEYERLI yazidi...

Ku-ku

  • 13 noyabr 2011 17:37
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah Razi olsun twk

--------------------

_TUNAR_MAMEDOV_

  • 13 noyabr 2011 15:46
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... COOOX GOZEL VE DEYERLI yazidi...

--------------------

BadZero

  • 13 noyabr 2011 15:00
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allahın rəhmi, mərhəməti qəzəbini üstələmişdir. Allah bağışlayandır..

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

... Deryam ...

  • 13 noyabr 2011 14:33
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH BAĞIŞLAYANDIR BUNA İNANMAMAQ MÜMKÜN DEYİL
Allah razı olsun .

--------------------

✰GlaMurKa✰

  • 13 noyabr 2011 14:23
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag olun maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}