Dua Mövzusunda Ümidsizliyə Düşməyin

 
Dua Mövzusunda Ümidsizliyə Düşməyin

1. "Əgər qulum mənə əllərini qaldırıb dua etsə, mən o əlləri boş olaraq geri çevirməkdən həya edərəm."

2. "Mən, qulumun zənni üzrəyəm. Artıq dilədiyi kimi düşünsün!.."

Yəni siz dua edərkən, o duanızın qətiliklə qəbul olunacağını düşünsəniz, bilin ki, mütləq istəyiniz yerinə yetəcəkdir!..

3. "Bir şeyi istəmək ona nail olmaq deməkdir. Çünki Allahı Təala qəbul etməyəcəyi duanı quluna etdirməz."

Duanın israrla davamına icazə olunması, o duaya razılıq ediləcəyinin də göstəricisidir. Çünki Allah qəbul etməyəcəyi Duaya israrla davam şansı tanımaz.

Əgər sən bir mövzudakı Duanda israrlı deyilsənsə, o Duanın yerinə yetmə şansı da son dərəcə aşağıdır. Duada ən əhəmiyyətli köməkçi faktorlardan biri də istənilən şey barəsində israrlı olmaqdır. Hər hansı bir mövzuda bir iki dəfə dua edib sonar isə dayanmaq son dərəcə səhvdir.

Dua Mövzusunda Ümidsizliyə Düşməyin

4. "ALLAH İSTƏMƏDİKCƏ SİZ İSTƏYƏ BİLMƏZSİNİZ !."

- Yaxşı, biz dua etdiyimiz zaman qəbul olarmı?.. Yəni, bizdə ortaya çıxan bu istək, gerçəkdə Allah istəmiş olduğu üçün bizdə də ortaya çıxmaqdadır!.. Əgər Allah istəməmiş olsaydı biz də o şeyi istəyə bilməzdik.

5. Uca Allah (C. C) belə buyurar: "Başına bir bəla gəldiyi zaman mənə sığınan qulun, o özü heç bir istəkdə olmadan dilədiyini yerinə yetirər və daha yalvarmadan duasını qəbul edərəm. Buna qarşılıq başına bir bəla gəldiyi zaman mənə deyil də varlıqlardan birinə sığınan qulun üzünə bütün səma qapılarını kilidlərəm."

6. Dahhak deyər ki: "hər 40 gecədə bir başına ya bir bəla? ya bir kədər və ya bir müsibət gəlməyən kimsənin hesabına Allah (C. C) qatında heç bir xeyr yazılmaz."

7. Həzrəti Rəsulullah aleyhi'sselatı vəssalam buyurur: "Hər hansısa bir qul əllərini qaldırar və Allahdan bir dilək diləsə tələsik etmədiyi təqdirdə qətiliklə duasına razılıq edilər.- Tələsik necə olar ya Rəsulullah?..- deyə soruşurlar. ,,Dua etdim etdim, qəbul olmadı, deyib duanı dayandırmaq səhvdir. Dua yerinə gələnə qədər israr etmək lazımdır,, Həzrəti Rəsul aleyhissələm "şəksiz - şübhəsiz qəbul olacağından əmin olunaraq" dua edilməsini tövsiyə etmişdir.

Dua Mövzusunda Ümidsizliyə Düşməyin

8. DUA edilən zaman ŞEYTAN xüsusiyyətiylə bilinən CİNlərin insana çox səhv fikirlər təlqin edər ki, bu da insanı bu çox təsirli silahı istifadə etməkdən məhrum buraxar. Tam içinizdən dua etmək gəlmişkən, ŞEYTAN adıyla, şeytaniyyət xüsusiyyətləri ilə ləqəblənmiş olan CİNlər dərhal bir vəsvəsə verərlər.

"Aman canım niyə dua edim, necə olsa taleyimdə varsa olar!"

dua etsəm də etməsəm də iş olacağına çatar."

Və beləcə siz, dua etməkdən imtina edib ən güclü SİLAH olan Duadan məhrum qalarsınız. Duadan məhrum qalmaq, dua etməmək surətiylə də nələrdən məhrum qaldığınızı əsla xəyal belə edə bilməzsiniz. Məhz buna görədir ki, Həzrəti Rəsulullah aleyhi's-səllam baxın bizə nə tövsiyə edir:

"Ən böyük istəklərinizdən tutmuş ən xırda şeylərə qədər hər şeyi Allahdan istəyin.."

"Allahın fəzli kərəmindən istəyin, çünki istənilməsindən xoşlanar."

"Şübhəsiz ki Allah israrla dua edən qullarını çox sevər'

"Həssas olduğunuz saatlarda dua etməyi qənimət bilin. Çünki bu hal rəhmət saatının halıdır".

Tanrı ona ehtiyacı olan kimsəni heç vaxt darda qoymaz.

Hər zaman uca Tanrıdan diləyin, inşallah bir gün əlbət istəkləriniz yerinə yetəcək!...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 21:20
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
deyerli xebere gore twk

--------------------

Legenda_Girl

  • 8 oktyabr 2010 23:28
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
{awards}
sevgi yalandir,

ALLAHin adini sehfen kicikle yazmisan oyretmek kimi cixmasun:))

ALLAH razi olsun ALLAH her bir muselman baci qardawimiz duallarini qebul elesin

sevgi_meleyim

  • 8 oktyabr 2010 23:10
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun. INsaAllah Allah-Teala bizim dualarimizi, hacetlerimizi qebul buyursun InsaAllah. AMin.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Ulya

  • 8 oktyabr 2010 21:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

Grace_Angel

  • 8 oktyabr 2010 19:50
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....ALLAH RAZI OLSUN...!!!

--------------------

Azeri_Gozeli

  • 8 oktyabr 2010 19:18
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun coox sag ol

--------------------

sevgi yalandir

  • 8 oktyabr 2010 19:10
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 8 oktyabr 2010 19:08
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Аллах разы олсун

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}