Niyə kədərlənmisən?

 
Niyə kədərlənmisən?

Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi etdin?

Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?

Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı kəsildin?

Niyə kədərlisən?
Hz. Yusuf (a.s) kimi quyuyamı atıldın?

Niyə kədərlisən?
Hz. Məhəmməd (s.ə.v.) kimi Taifdə daşlandınmı?
Namaz qılarkən başına içalat (bağırsaqmı) qoyuldu?
Dişinmi sındırıldı, üzünə tüpürcəkmi atıldı?
Hicrətəmi məcbur edildin, sevdiklərindənmi ayrıldın?

Niyə kədərlisən?
Hz. Həmzə (r.ə) kimi burnun, qulağınmı kəsildi?

Niyə kədərlisən?
Musab bin Umeyr kimi qollarınmı kəsildi?

Niyə kədərlisən?
Cəfər ibn Əbu Talib kimi ox, mizraq və qılınc zərbələriyləmi yaralandın?

Niyə kədərlisən?
Ammar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?

Niyə kədərlisən?
Bilal kimi qızğın qumlara yatırdılıb, üzərinə daşlarmı düzüldü?

Niyə kədərlisən?
Yunus peyğəmbər kimi dənizəmi atıldın?

Niyə kədərlisən?
Eyyub peyğəmbər kimi bədənini yaralarmı örtdü?

Niyə kədərlisən?
Hz. İsa kimi çarmıxa çəkməkmi istədilər səni?

Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə kimi “lə iləhə illəllah” dediyinə görə ömrün zindanda keçdi?

Niyə kədərlisən?
Yoxsa İmam Nəsai kimi haqqı dediyinə görə döyülərək öldürüldün?

Yenə də əhvalın pisdirmi?
Nə düşünürsən, dünyalıq işlərinimi? Artıq özünə gəl!...

Kədərlənəcəksənsə
Namazını qəzaya saxladığın üçün, birinin ürəyini qırdığın üçün,
Bazar ertəsi, cümə axşamı orucunu tuta bilmədiyin üçün kədərlən..!!

Kədərlənəcəksənsə
Bu gün ALLAH üçün bir şey edə bilmədiyin üçün, ALLAH və
Elçisi (s.ə.v)-ini məmnun edə bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Fələstində, Çeçenistan, İraqda və dünyanın dörd bir tərəfində
zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən!...

Kədərlənəcəksənsə
Bir kasıba kömək edə bilmədiyin üçün, yetimin
əlindən tuta bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Afrikada və digər ölkələrdə bir loxma çörək tapa bilməyən,
xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən!...

Kədərlənəcəksənsə
Quranı kifayət qədər oxuyub, həyatında
tətbiq edə bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Peyğəmbər əfəndimizi, canından, malından, dostlarından,
yaxınlarından hər şeydən çox sevə bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
ALLAHa, səni Yaradana həqiqi mənada qul,
Peyğəmbərimizə ümmət ola bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən...

Niyə kədərlənmisən?


Geri dön

ASMIYA

  • 15 noyabr 2011 00:23
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
ALLAHIM SİZDƏN HƏMİŞƏ RAZI OLSUN. TAM LAZIMLI YAZIDIR.

BU DÜNYADA DA YAŞARKƏN ETDİKLƏRİMİZƏ PEŞMAN OLUB KƏDƏRLƏNMƏSƏK, GÖZÜMÜZDƏN ALLAHDAH QORXU, UTANC GÖZ YAŞLARI AXMASA BƏLKƏ SONRA ÇOX AXITACAĞIQ AMA ÇOX GEC OLACAQ. OLMASIN İNŞA ALLAH

ŞÜBHƏSİZ O, SİZİN ÜÇÜN AÇIQ BİR DÜŞMƏNDİR. BAKARA. SURƏSİ (208)

QOVULMUŞ ŞEYTANIN ŞƏRRİNDƏN RƏBBİMƏ (C.C) SIĞINIRAM.
wassat

--------------------


Prank girl

  • 13 noyabr 2011 22:09
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

★Azerbaijan girl★

  • 13 noyabr 2011 21:15
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tskler

GUL YAGMURU

  • 13 noyabr 2011 19:44
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
kederlendiyim seyleri dusunurem dee..ozume nifret eliyirem..
maraqli fikirlerdi sagolun yazan elleriniz derd gormesin...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

wiki

  • 13 noyabr 2011 17:56
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən... tewekkurler

Ku-ku

  • 13 noyabr 2011 17:56
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən...

--------------------

THIS IS LEGEND

  • 13 noyabr 2011 17:49
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
eladi xebere gore twk ler

... Deryam ...

  • 13 noyabr 2011 17:47
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Cox gozel ve ibretamiz yazidi
Dunya ucun kederlenmeye deymez buna deyesi hec bir xeyiri deymir bize ...
Sonunda yaxwiliq olan kederler gozdeyir bizi

--------------------

BadZero

  • 13 noyabr 2011 17:36
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Çox sağ ol Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

✰GlaMurKa✰

  • 13 noyabr 2011 17:30
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun coxxxxxx sag olun

Geldimki_Gorem_Seni

  • 13 noyabr 2011 17:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
KEDERLENME HEC DUZELMEZ FIRILDAQDI BU DUNYA
BELKE DERDI MEY DAGIDA YUZCE-YUZCE IC BALA
YER KURRESI YUMRUQ BOYDA QOY GORUNSUN GOZUNE
OGULSANSA YAXSILARI YAMANLARDAN SEC BALA


Her oxuyan Molla Penah olmaz ,,Her calanda Awiq olmaz ,, Yazi Cox menalidi Amma ki Oxuyub qanana QANMIYANA eeeeheeeeeeyyyyyy

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}