Azərbaycanlı alimlər Vandakı zəlzələni 12 saat əvvəldən biliblər

 
Azərbaycanlı alimlər Vandakı zəlzələni 12 saat əvvəldən biliblər

Azərbaycanlı alimlər Türkiyənin Van vilayətində 7.2 bal gücündə baş verən zəlzələnin siqnallarını 12 saat əvvəldən alıblar. Bu barədə texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev Türkiyənin "Sabah" qəzetinə müsahibəsində bildirib. Professorun sözlərinə görə, onlar zəlzələdən əvvəl baş verən seysmik səs-küyləri "Robust noise monitoring" üsuluyla analiz ediblər və bu üsulla Vanda baş verən zəlzələnin siqnallarını 12 saat əvvəldən alıblar.

Telman Əliyevin sözlərinə görə, Vanda baş verən zəlzələni meydana gətirən hərəkətlərin seysmik-akustik dalğaları Şirvan stansiyası tərəfindən 12 saat əvvəldən qeydə alınıb, ancaq dəqiq ünvanın təyin edilməsi üçün lazım olan dörd quyudan yalnız ikisinin fəaliyyətdə olması səbəbindən zəlzələnin yerini dəqiq təyin etmək mümkün olmayıb.

Professorun sözlərinə görə, Van zəlzələsindən əvvəl yaranan siqnallar Şirvan bölgəsindəki stansiyanın zəlzələ bölgəsinə daha yaxın olması səbəbindən daha güclü olub, Qum adasındakı stansiya isə bölgəyə uzaq olmasıyla əlaqədar siqnalları daha az qəbul edib. Buna baxmayaraq, hər iki stansiya 12 saat əvvəldən məlumatları qeydə alıb və onlar 500 kilometr radiusdakı bölgədə zəlzələ olacağı barədə məlumatlı olublar.

"Robust noise monitoring" adlandırılan üsul və yaradılan texnologiya, yerin dərinliklərindəki seysmik hərəkətlərdən əvvəl meydana gələn və 5-6 km dərinlikdə yayılan seysmo-akustik dalğaların müşahidə edilməsi və analiz edilməsinə söykənir. Telman Əliyevin sözlərinə görə, bu dalğalar yerin yüksək sıxlıqlı laylarında yayılır və yer səthinə çatmır.

Azərbaycanlı alimlər seysmo akustik dalğaları qəbul edə bilmək üçün içərisində su olan 3 km dərinlikdəki neft quyularından istifadə edirlər. 4 quyulu sistemin hazır olmamasına baxmayaraq, işləyən iki stansiya 20 saat əvvəldən 500 kilometr radiusundakı bölgədə minimal gücünü taparaq zəlzələ olacağı ilə bağlı təxminlər etməyə imkan verir və bu təxminlərin 92 faizi düz çıxır.

T. Əliyev artıq Azərbaycanın cənubundakı Şirvan şəhərində və Xəzər dənizindəki Qum adasında quraşdırılan 2 stansiyanın çalışdığını, şimaldakı Siyəzən bölgəsində quraşdırılan stansiyanın isə hələ işə başlamadığını bildirib. Onun sözlərinə görə, ölkənin qərbindəki Naftalan şəhərində quraşdıracaqları dördüncü stansiya ilə zəlzələnin təxmini sistemini tamamlayacaqlar.

Sistem 10 ildən çox davam edən araşdırılan elmi nəzəriyyələrə söykənir. Əldə edilən nəticəyə görə, Azərbaycan qonşu Gürcüstan, İran, Türkmənistan kimi ölkələrdəki zəlzələlərin də minimum gücünü təxmin edə biləcək. T. Əliyev əldə etdikləri müvəffəqiyyətlərə özlərinin belə inana bilmədiklərini və "möcüzə" olaraq qiymətləndirdiklərini bildirib.

Bununla yanaşı, elm adamı tətbiq etdikləri sistemdən əmin olduqlarını, ancaq hələ tamamlanmaması səbəbiylə təmkinli yanaşdıqlarını vurğulayıb.

T. Əliyev "Qardaş Türkiyənin zəlzələ ilə bağlı ağrılarına son vermək" üçün məlumatlarını Türkiyədəki dəyərli həmkarlarıyla paylaşmağa və stansiyalarını elm adamlarının araşdırması üçün açmağa hazır olduğunu söyləyib.

Kibernetika İnstitutunun direktoru Türkiyədə 300-500 km məsafəli stansiyalar quraşdıraraq "Robust noise monitoring" üsulunun tətbiq olunacağı təqdirdə, zəlzələlərin əvvəldən təxmin edilə biləcəyini vurğulayıb. T. Əliyev İstanbul zəlzələsini ən azı 5 saat əvvəldən bilmək üçün İstanbulda 5-6 km dərinlikdə qazılacaq bir quyunun kafi ola biləcəyini iddia edib.


Geri dön

seva20

  • 14 noyabr 2011 18:22
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
tsk xebere gore

wiki

  • 14 noyabr 2011 15:16
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

Sirli Melek

  • 14 noyabr 2011 12:47
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
ALLAH KÖMƏKLƏRİ OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Nikoyl

  • 14 noyabr 2011 12:43
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
aaa ne qeribediyeee

--------------------

jalicka.

  • 14 noyabr 2011 11:29
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
XEBERE GORE TWK

BadZero

  • 14 noyabr 2011 11:24
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 55
Cəmi: 81

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 642
 
MiSS HaPPy)
Xəbərləri: 46
Cəmi: 77
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 149
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
 
{slinks}