Səni sevirəm, çünki

 
Səni sevirəm, çünki

Səni Sevirəm, Çünki
Sənsiz bir həyatı artıq düşünə bilmirəm ...
Sənsiz bu quru dünyada yaşamaqdansa,
ölümün soyuq nəfəsini öpməyi,
bir daha heç səni görməməkdənsə həyata arxamı dönməyi
seçərəm ...

Səni Sevirəm, Çünki
Mənliyim sənə aid ...
Sən onu əzib zibilə də ata bilərsən,
Ürəyinə yaxın bir yerə də qoya bilərsən ...
Tanrım !!!
O ürəyinə yaxın bir yerdə olmaq istəyirəm ...

Səni Sevirəm, Çünki
Tanrı çiçəkləri yaradarkən səni də onlarla birlikdə yaratmış ...
Çobanyastığıdan gözəl,
Zanbaqdan zadəgan,
Manolyadan şirin,
Güldən daha gözəl qoxulu ...

Səni Sevirəm, Çünki
Gözəlliyinə mələklər qibtə edirlər ...
Dünyada isə,
Ölümlülər arasında yəqin bir tək mənim kimi bir iki şanslı
Onu görə bilir ...

Səni Sevirəm, Çünki
Səni izah etmək üçün misralar çatmır ...
Düşünürəm bir qış gecəsi bunu yazarkən,
Görəsən neçə şair sənin gözəlliyini izah etmək üçün minlərlə misra yazdı ...

Səni Sevirəm, Çünki
Sənin gülümsəməyin günəşin doğuşu kimidir,
İnsana hər şeyi unutdurur.
Yalnız seyr edib dadına çatma hissi oyandırır ...

Səni Sevirəm, Çünki
İçimdə bir ümid var ...
Bu şeiri bəlkə baş ucuna qoyarsan ...
Kim bilər. Bəlkə yanına da 'Qırmızı' bir gül ...

Səni Sevirəm, Çünki
Ölənə qədər, yox olana qədər səninlə olsam,
Bu hərhalda bir cəza kimi gəlir.
Daha çox sənlə ola bilmədiyim üçün ...

Səni Sevirəm, Çünki
Sən həmişə mənimləsən ...
Gözümü bağlamam kifayət edir. Səni görməm üçün ...

Səni Sevirəm, Çünki

Səni Sevməkdən başqa bir şey gəlmir içimdən ...
O qədər təbiidir ki, bu duyğu ruhumun dərinliklərində,
Sanki doğulduğumdan bəri var ...
Yalnız ortaya çıxmaq üçün səni gözləyirdi ...

Səni Sevirəm, Çünki

Hər səhər qalxdığımda yaşamaq üçün tək səbəbim, sən varsan ...
Lakin səni sevmək üçün minlərlə səbəbim var ...

Səni Sevirəm, Çünki

Bu ağ-qara dünyada tək rəng sənsən,
Bir rəssamın fırçasından çıxmış kimi ...
Amma ala-qara bir rəng deyil,
Göy qurşağının hər tonunu kölgədə buraxan bir rəng ...

Səni Sevirəm, Çünki
Səni Sevməyi Sevirəm ...
Səni iyləməyi sevirəm ...
Sənə toxunmağı sevirəm ...


Səni Sevirəm, Çünki

Nə vaxt bir eşq şeiri eşitsəm, misralardan sən axırsan ...
Nə vaxt köhnə bir mahnı gəlsə qulağıma,
Gitara telləri arasından süzülən notlar, səni gətirir mənə ...

Səni Sevirəm, Çünki
Sənin tərəfindən Sevilmə fikri belə bir insanı həyatı boyunca
xoşbəxt edə biləcək qədər gözəl və əvəzolunmaz ...


Səni Sevirəm, Çünki
Bu soyuq gündə içimi isidən bir əsinti kimisən ...
Yüngüldən əsirsən, iliklərimə işləyərək ...
Sonra da itib gedirsən, daha haradan gəldiyini
Anlaya bilmədən ...

Səni Sevirəm, Çünki
Gözlərinin içində minlərlə ulduz,
Gecənin qaranlığını deşib keçir ...
Mənə baxarkən özümü ulduzlara təpədən baxır kimi hiss edirəm ...

Səni Sevirəm, Çünki
Sən sənsən ...
Amma sən məni mən olduğum üçün sevirsənmi?
Onu kim bilər ...

Səni Sevirəm, Çünki
Saçların əllərimin arasından itkin gedərkən,
Dünyada cənnəti tapmış kimiyəm ...
Bir an əlimdə tuturam o cənnəti ...
Bir an sonra bəlkə də tamamilə əllərimdən itkin gedəcək ...

Səni Sevirəm, Çünki
Bu qədər səbəbdən sonra belə SƏNİ nə qədər SEVDİYİMİ izah edə bilmirəm


Geri dön

angel gunay

  • 24 noyabr 2011 12:19
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
Teşekkürler ahhh bu sevgi insana her wey eletdirirrr♥♡

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

Black_heart

  • 18 noyabr 2011 15:54
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
Səni Sevirəm, Çünki

Sənin tərəfindən Sevilmə fikri belə bir insanı həyatı boyunca
xoşbəxt edə biləcək qədər gözəl və əvəzolunmaz ...

--------------------
Konuller birdir dunyalar ayri olsada, sevgiler, asklar, yalan olsada vecime deyil, biz dostu unutmariq dost uzaqda olsada...

guclu oglan

  • 17 noyabr 2011 12:51
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Ela idi cox sag ol tesekkur.super

ozun kimi ele yazmisdin

Antenka

  • 16 noyabr 2011 22:25
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
Onu sevirem cunki o menim bitanem. love

--------------------
S en bilirsen kimi sevirem?
E lbette gizli deyil aciq deyirem.
N ehayet oxusan bas herifleri,
I ndi bilirsen kimi sevirem?!

:..GIZEMLI..:

  • 14 noyabr 2011 23:14
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Tewekkurler gozel idi

_TUNAR_MAMEDOV_

  • 14 noyabr 2011 20:26
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler......

--------------------

Tenha Melek

  • 14 noyabr 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
mende sevirem

--------------------
Hormet etki,hormet goresen.

✰GlaMurKa✰

  • 14 noyabr 2011 19:14
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler canim maraqli idi tsk

deniz_qiraginda

  • 14 noyabr 2011 18:06
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
SENI SEVIREM CUNKI..... SEN FERGLISEN

Ku-ku

  • 14 noyabr 2011 15:30
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

Səni Sevirəm, Çünki
Gözəlliyinə mələklər qibtə edirlər ...
Dünyada isə,
Ölümlülər arasında yəqin bir tək mənim kimi bir iki şanslı
Onu görə bilir ...

--------------------

wiki

  • 14 noyabr 2011 14:35
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
seni sevirem...yox yox,yalan dedim,men heckimi sevmirem :))))))))))))

miss_seksi_love

  • 14 noyabr 2011 14:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sevirem cunku sevgi gozeldir

..:MeleK kiz:..

  • 14 noyabr 2011 13:58
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}

Səni Sevirəm, Çünki
Bu qədər səbəbdən sonra belə SƏNİ nə qədər SEVDİYİMİ izah edə bilmirəm

Мой Мир

  • 14 noyabr 2011 13:31
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Səni Sevirəm, Çünki
Bu soyuq gündə içimi isidən bir əsinti kimisən ...
Yüngüldən əsirsən, iliklərimə işləyərək ...
Sonra da itib gedirsən, daha haradan gəldiyini
Anlaya bilmədən ...


ay ay ay ne gozeldi bu canim eline saglik cox beyendime qiz canin yanmasin hardan tapdin bunu wink

--------------------
∞♥

BadZero

  • 14 noyabr 2011 13:27
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, ilk şərh məndən.. təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}