Peyğəmbərimizin son vəsiyyətləri

 
Peyğəmbərimizin son vəsiyyətləri

Ey Allahın qulları!
Allahdan qorxmanızı və ona itaət etmənizi vəsiyyət edirəm.
Ey İnsanlar!
Sözlərimə yaxşı qulaq asın. Çünki bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyimi bilirəm.
Ey İnsanlar!
Bu gününün nə günü olduğunu bilirsinizmi? Bura Bəldəi-Haramdır (Məkkədir). Bu gününüz necə müqəddəs bir gün, ayınız necə müqəddəs bir ay, şəhəriniz necə müqəddəsdirsə, bilin ki, canlarınız, mallarınız, namusunuz da müqəddəsdir. Bunlara təcavüz haramdır.
Ey əshabələrim!
Nə zamansa Allaha qovuşacaqsınız və hal-hazır ki, hərəkətlərinizdən əmin olun ki, sorğu-sual olunacaqsınız.
Əshabım!
Hər cür faiz (riba) aradan qaldırılmışdır. İlk aradan qaldırdığım riba Əbdülmüttəlibin oğlu Abbasın verdiyi borclardır. Allahın əmri ilə artıq faiz almaq yasaqlanmışdır. Cahilliyə dövründən qalma bu çirkin adətin hər növü ayağımın altındadır. Borclular alacaqlılara yalnız aldıqları pulu ödəyəcəklər.
Nə zülm edin, nə də ki, zülmə uğrayın...
Əshabələrim!
Keçmişdə cahilliyə dövründə güdülən qan davaları da aradan qaldırılmışdır. Aradan qaldırdığım ilk qan davası Əbdülmüttəlibin nəvəsi Rəbiənin qan davasıdır.
Ey İnsanlar!
Kimin əmanəti varsa onu sahibinə versin. Bu gün şeytan sizin torpaqlarınızda yenidən nüfiz və səltənət qurmaq gücünü əbədi surətdə itirmişdir. Fəqət siz bu aradan qaldırdığım şeylər xaricində kiçik gördüyünüz işlərdə ona tabe olarsınızsa, onu sevindirmiş olarsınız. Dininizi qorumaq üçün bunlardan çəkinin.
Ey İnsanlar!
Qadınların haqlarına riayət edin. Bu xüsusda Allahdan qorxun. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Sizin qadınlar üzərində haqlarınız olduğu kimi, onların da sizin üzərinizdə haqlqrı vardır.
Əgər razı olmadığınız hər hansı bir kimsəni ailə yuvanıza alarlarsa, onları xəbərdarlıq edib bundan çəkindirə bilərsiniz. Kişilərin borcu qadınların yemə-içmə ehtiyaclarını ödəməkdir. Onlar sizin haqlarınıza riayət etsinlər. Siz də onlara nəzakətlə davranın. Bir qadının yoldaşının izni olmadıqca onun malından bir şeyi başqasına verməsi halal sayılmaz. Kölələrinizə gəldikdə isə onlarada öz yediklərinizdən yedirin, geydiklərinizdən geyindirin. Bağışlaya bilməyəcəyiniz bir xəta etsələr, əsla onlara əziyyət etmətin. Çünki onlar da Allahın quludur.
Ey mömünlər!
Sözümü yaxşı dinləyin, yaxşı anlayın...
Təbii ki, Rəbbiniz birdir. Atanızda birdir, hamınız Adəmin uşaqlarısınız, Adəm isə torpaqdandır. Heç kimsənin başqaları üzərində üstünlüyü yoxdur. Şərəf və üstünlük ancaq fəzilətlədir. Müsəlman müsəlmanın qardaşıdır. Bütün müsəlmanlar qardaşdır, eyni haqlara sahibdirlər. Haqsızlıq etməyin, haqsızlığa da boyun əyməyin, Əhalinin haqlarını qəsb etməyin. Məndən sonra kafirlərin etdiyi kimi bir-birinizlə vuruşmayın.
Ey mömünlər!
Sizə iki əmanət qoyub gedirəm, Siz ona sarıldıqca, yolunuzu azmayacaqsınız. O əmanət Allahın kitabı və əhli-beytimdir.
Ey Əshabım!
Nəfsinizə zülm etməyin. Nəfsinizin də üzərinizdə haqqı vardır.
Ey İnsanlar!
Allah hər kəsə düşən miras haqqını Quranda bildirmişdir. Hər cani öz güünahından dolayı məsuliyyət daşıyır. Heç bir caninin işlədiyi cinayətə görə övladı məsuliyyət daşımır. Heç bir övladın da günahından dolayı atası məsuliyyət daşımır.
Ey İnsanlar!
Bir il on iki aydır. Bunlardan dördü haram aylardır. Bunların üçü arxa-arxaya Zilqaddə, Zilhiccə, Məhərrəmdir. Dördüncüsü Rəcəbdir.
Ey İnsanlar!
Allaha qulluq edin. Beş vaxt namazınızı qılın, orucunuzu tutun. Əmirlərimə itaət edin. O təqdirdə Rəbbinizin Cənnətinə girə bilərsiniz. Dində ifrata varmayın. Sizdən öncəkilərin məhv olma səbələri, onların dində ifratda olmaları idi. Həcc üsullarını məndən öyrənin. Bilmirəm bəlkə bundan sonra bir daha həcc edə bilmədim.
Bu nəsihətlərimi burda olanlar olmayanlara çatdırsınlar. Ola bilər ki, o insanlar burada olanlardan daha da yaxşı anlayaraq dini qorumuş olacaqlar.
Ey İnsanlar!
Nə zamansa məni sizdən soruşacaqlar. Nə deyəcəksiniz? Vəzifəsini layiqincə yerinə yetirdimi?
Səhabələr buna bir ağızdan "Bəli" dedilər. And içirik ki, təbliğ etdiniz. Buna şəhadət edirik.
Allah Rəsulu barmağını havaya qaldıraraq, üç dəfə;
Şahid ol Ya Rəbbi dedi.

Peyğəmbərimizin son vəsiyyətləri


Geri dön

Repery

  • 18 noyabr 2011 14:42
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

Tenha Melek

  • 14 noyabr 2011 19:22
  • Məqalə: 0
  • Şərh: 141
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Hormet etki,hormet goresen.

✰GlaMurKa✰

  • 14 noyabr 2011 19:16
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olun cox maraqli idi beyendim teskkurler

... Deryam ...

  • 14 noyabr 2011 15:42
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ÇOX LAZIMLI ,İBRƏTAMİZ VƏ DƏYƏRLİ XƏBƏR ÜÇÜN TŞK EDİRƏM


--------------------

wiki

  • 14 noyabr 2011 14:45
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Allah razi olsun

_TUNAR_MAMEDOV_

  • 14 noyabr 2011 13:37
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}

Asesinato,
THIS IS LEGEND,
Music Star,
Elvin007,
AMANDA_O,
generation,
Willow smith,
Leyla_Memmedova,



Hamıya teşekkürlerimi bildirirem.Allah sizdəndə razı olsun

--------------------

Leyla_Memmedova

  • 14 noyabr 2011 13:06
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
ellerinize saglik

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Willow smith

  • 14 noyabr 2011 13:00
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Elvin007

  • 14 noyabr 2011 12:24
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
oxudum yaxsi meslehetler var xeberi qoyanin allah canIna saliq olenlerine rehmet edsin feel

--------------------
▼►►Proqramming◄◄▼

Music Star

  • 14 noyabr 2011 12:08
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Alla razi olsun

--------------------

THIS IS LEGEND

  • 14 noyabr 2011 11:29
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
ALLAH razi olsun cox maraqli xeber idi

BadZero

  • 14 noyabr 2011 11:22
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun... Çox sağ ol dəyərli xəbərə görə

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 19
Cəmi: 40

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}