Müsəlman qadınlar haqqında hədislər

 
Müsəlman qadınlar haqqında hədislər

1 - Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s.ə.s) belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis Sağir, 2704)

2 - Rəsulullah (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir. (Səhih Buxari)

3 - Rəsulullah (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. ALLAH, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd)

4 - Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır" (Səhih Buxari)

5 - Peyğəmbər (s.ə.s) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi)

6 - Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır" (Səhih Buxari və Müslim)

7 - Aişə (ra) buyurmuşdur: "Peyğəmbər özünü kişi kimi aparan qadına lənət etmişdir" (Əbu Davud)

8 - Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm, hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan adam görməmişəm" Qadınlar soruşurlar "Ey ALLAHın Peyğəmbəri! Bizim dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s.ə.s) deyir "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab veririlər "Bəli" O (s.ə.s) dedi: "Bu dərrakə sahəsində sizin çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s.ə.s) dedi: "Bu da, sizin dindəki çatışmamazlığınızdır" (Səhih Buxari)

9 - Peyğəmbər (s.ə.s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya ALLAHın Rəsulu?" O (s.ə.s) deyir "Çünki siz bəlaya uğradığnda səbr etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və asanlıqla güvənilməzsiniz". (Səhih Buxari)

10 - Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari)

11 - Peyğəmbər (s.ə.s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan biri dedi: "Nə üçün ya ALLAHın Rəsulu?" O (s.ə.s) cavab verdi: "Şübhəsiz siz nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz nöqsandır. ALLAHdan qorxun! ALLAHdan qorxun! İşlərində söz sahibi kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi deyəcək: "Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari)
(Bu hədis əlbəttə ki , bu sifətdə olan qadınlara aiddir)

12 - Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir" (Səhih Buxari)

13 - Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir" (Əhməd)

14 - Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey ALLAHın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və ALLAHın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.ə.s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s.ə.s) ALLAHın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.ə.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)


Geri dön

Repery

  • 18 noyabr 2011 14:42
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

Tenha Melek

  • 14 noyabr 2011 19:16
  • Məqalə: 0
  • Şərh: 141
  • Bal:
{awards}
love love love

--------------------
Hormet etki,hormet goresen.

... Deryam ...

  • 14 noyabr 2011 15:33
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Dəyərli və gözəl hədislərdi .
ALLAH RAZI OLSUN

--------------------

mor.menekse

  • 14 noyabr 2011 15:29
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
Allah razi olsun...

ASMIYA

  • 14 noyabr 2011 14:47
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
TESEKKUR EDIREM. GOZEL, LAZIMLI HEDISLER VERDIYINZI UCUN MINNETDARAM.

BEKEM BU HEDISLERI COXU OXUYUB, YA DA BILIR.

LAKIN EMEL EDEN HEDSIZ COX AZDIR AXI. BU DUNYANIN SONRASAINI DUSUNEN NE QEDER INSAN VAR GORESEN?

REBBIM BIZLERI O EDEBSIZLERDEN EYLEMESIN INSA ALLAH. AMIN.
wassat




--------------------


wiki

  • 14 noyabr 2011 14:37
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
ttteeewwweeekkkuuurrrllleeerrr

BadZero

  • 14 noyabr 2011 13:43
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Xəbərə görə çox sağ ol. Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}