Keçmişimiz cibimizdə gəzəcəyik

 
Keçmişimiz cibimizdə gəzəcəyik

Artıq keçmişimizi kitabçalarda saxlamağa ehtiyac qalmayıb, bu da elektronlaşıb. Keçmiş fəaliyyətimiz haqda məlumatları cibimizdə gəzdiririk. Söhbət "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliklərdən biri - fərdi uçota əsaslanan pensiya sisteminin tətbiqindən gedir. Pensiyaya çıxacaq vətəndaşların alacaqları pensiyanın məbləği onların əmək stajından və dövlətə ödədikləri sosial sığorta haqlarından asılı olduğu halda, əmək kitabçalarından hələ də istifadə olunur. Əslində necə, fərdi uçot sisteminin tətbiq olunduğu vaxtda əmək kitabçasına zərurət varmı?

Ekspertlər hesab edirlər ki, gənclərin gələcəkdə pensiya almasında əmək kitabçasının heç bir əhəmiyyəti olmayacaq. İqtisadçı-ekspert Rövşən Ağayev söhbət açdığımız məsələni şərh edərkən əmək kitabçasının lazımsızlığını bir daha təsdiqlədi.

Onun sözlərinə görə, fərdi uçot sisteminin yaranması ilə məlumatların fərdi hesabda toplanmasına başlanıb. Fərdi uçot sistemində əmək kitabçasında əks olunan məlumatların hamısı artıqlaması ilə var.

"Bu baxımdan əmək kitabçası sovet sistemindən bizə qalan mirasdır. Sovet sisteminin qalığı olan bu kitabça ilə üzülüşmək lazımdır. Əmək kitabçasının fərdi uçot sistemi tətbiq olunan zamanda heç bir informasiya yükü yoxdur. Hətta əmək kitabçasında yalandan təcrübə yazdırmaq mümkündür, amma fərdi uçot sistemində bu, mümkün deyil", - deyə R.Ağayev əlavə etdi.

Milli Büdcə Qrupunun rəhbəri, iqtisadçı Zöhrab İsmayıl da artıq əmək kitabçasından imtina etdiyini deyir. O, açıqlamasında vurğuladı ki, hətta son iş yerləri haqda məlumatları əmək kitabçasına yazdırmayıb:

"Əmək kitabçamı atmışam kənara, çünki gələcəkdə ehtiyac olmayacaq. Fərdi uçot sistemində ildə bir dəfə iş yerindən Sosial Müdafiə Fonduna hesabatlar gedir. Həmin pullar da sosial karta oturdulur. Amma hələ də vətəndaşlar kredit almaq istəyərkən onlardan banklar əmək kitabçasının surətini tələb edir. Ümumiyyətlə, bizdə çox şeylər var ki, ehtiyac olmasa da, istifadə olunur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov açıqlamasında bildirdi ki, bu gün qanunda əmək kitabçası tətbiq olunursa, demək, o, lazımdır. Rəis müavini qeyd etdi ki, işçilər işə götürülən zaman onların təqdim etdikləri sənədlər içərisində ilk növbədə əmək kitabçası və şəxsiyyət vəsiqəsi tələb olunur. Əgər bir şəxs birinci dəfə işə başlayırsa, ondan əmək kitabçası tələb olunmur, çünki həmin şəxsə əmək kitabçası müəssisədə açılmalıdır.

M.Məhərovun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi qanunun icrasına nəzarəti həyata keçirən orqandır. Əmək qanunvericiliyinə görə isə əmək kitabçası tətbiq olunmalıdır.

"Rusiyada da gələn ildən əmək kitabçasını ləğv etmək istəyirlər. Xarici ölkələrin bəzilərində əmək kitabçası yoxdur, həmin ölkələrdə fərdi uçot sistemi tətbiq olunur. Ancaq bizdə buna tam keçilməyib. Gələcəkdə Azərbaycanda belə bir qayda tətbiq oluna bilər"


Geri dön

_TUNAR_MAMEDOV_

  • 14 noyabr 2011 19:42
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
maraqli xeberdi..twkler..

--------------------

Tenha Melek

  • 14 noyabr 2011 19:07
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
tesekur[b][/b]

--------------------
Hormet etki,hormet goresen.

ASMIYA

  • 14 noyabr 2011 18:43
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
XEBER MARAQLIDIR. TESEKKUR

--------------------


Ku-ku

  • 14 noyabr 2011 17:36
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
hm lap yaxwi twk

--------------------

THIS IS LEGEND

  • 14 noyabr 2011 17:13
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
tewekkurlerrr

_SVETLANA_777_

  • 14 noyabr 2011 16:56
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
<p></p>

wiki

  • 14 noyabr 2011 16:25
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
ikinci serh menden twk

BadZero

  • 14 noyabr 2011 16:19
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
İlk şərh məndən təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}