"Dünyanın axırı-2012" ləğv olunur

 
"Dünyanın axırı-2012" ləğv olunur

Bəşəriyyət rahat yata bilər. Çünki hindu təqviminə və ekoloqların qorxunc proqnozlarına baxmayaraq, apokalipsis baş verməyəcək. Ən azı, 2012-ci ildə.

Moskvada keçirilən "İqlim dəyişiklərinə uyğunlaşmanın problemləri" beynəlxalq konfransının plenar iclası zamanı gələcək barədə nikbin fikirlər səslənib. Ekologiya sahəsində çalışan ekspertlərin sözlərinə görə, dəhşətli əhval-ruhiyyəni bir müddət kənara qoymaq olar.

Konfrans RF hökumətinin tapşırığı ilə Rusiya Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal Xidməti tərəfindən Rusiya Elmlər Akademiyasının, federal icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların iştirakı, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT), BMT-nin iqlim dəyişikləri üzrə Çərçivə Konvensiyasının, YUNESKO-nun və digər beynəlxalq institutların dəstəyi ilə keçirilir. Təşkilat Komitəsinə Rusiya Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal Xidmətinin rəhbəri Aleksandr Frolov başçılıq edir.

Aleksandr Frolovun sözlərinə görə, dünyanın axırı barədə peyğəmbərlik edilməsi ilk dəfə deyil və diqqəti problem barədə mücərrəd proqnozlardan dəqiq məlumat əldə etməyə imkan verən tədqiqat mexanizmlərinin inkişafına yönəltmək lazımdır.

"İqlim barədə informasiyalara tələbatla ekoloji elmlərin imkanları arasındakı mövcud uyğunsuzluq iqlim xidmətinin qlobal çərçivə əsaslarının qəbul edilməsi yolu ilə aradan qaldırıla bilər. BMT-nin himayəsi altında iqlim dəyişikliklərinə uyğunlaşmanın sürətləndirilməsi üzrə qlobal təşəbbüsün formalaşması haqqında düşünməyin vaxtı çatıb", - Frolov deyib.

RF Prezidentinin iqlin məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Bedritskinin fikrincə, uyğunlaşma problemi birinci dərəcəlidir. Çünki iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verən adekvat tədbirlər çoxlu sayda qurbanlardan qaçmağa imkan verir.

Bu fikirləri MDU-nun Meteorologiya və Klimatologiya kafedrasının müdiri Aleksand Kislov da bölüşüb və istiləşmənin ekoloji və iqtisadi nəticələrinin özünü çox gözlətməyəcəyini qeyd edib. Lakin bu, bir və ya iki ildən sonra, eləcə də qarşıdan gələn 2012-ci ildə olmayacaq. "Müxtəlif regionların qlobal iqlim dəyişikliklərinə cavabı çox müxtəlifdir. Hər bir regionda iqlim dəyişikliklərinin səbəb olduğu təbii-ekoloji proseslər hökmranlıq sürür", - o izah edib.

Xatırladaq ki, ötən həftə İqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspertlər qrupunun (İDHEQ) sayca beşinci məruzəsindən sitatların dərc edilməsi ictimaiyyət arasında geniş əks-səda doğurub. Məruzənin özünün yalnız noyabrın 14-17-də Uqandada keçiriləcək konfrans zamanı açıqlanacağına baxmayaraq, kədərli gələcək barədə bəzi məlumatlar artıq indidən məlumdur.

Sənədə görə, bəşəriyyət dağıdıcı yağışlar və güclü quraqlıqla üzləşməli olacaq. Əgər indi fəlakətli leysan yağışları 20 ildən bir baş verirsə, əsrin sonunadək onlar hər beş ildən bir baş verə və dağıdıcı tufanlarla müşahidə oluna bilərlər. Quraqlığa gəldikdə isə onların miqyasının necə olacağı hələ dəqiq müəyyənləşdirilməyib. Hər halda, iqlim zərbəsi o qədər güclü olacaq ki, bir çox regionlar yaşamaq üçün əlverişsiz olacaq və təbii kataklizmlərin ardınca sosial partlayışlar da qaçılmaz olacaq.

Ekspertlər qrupu məruzə tam təqdim olunmayana qədər iqlim fəlakətlərinin nəticələrindən ilk növbədə zərər çəkəcək regionların adlarını açıqlamaqdan qəti şəkildə imtina ediblər


Geri dön

seva20

  • 1 dekabr 2011 12:58
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
TSK EDIREM

V_I_P

  • 15 noyabr 2011 20:12
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
zordu ki:))))))))))))

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

wiki

  • 15 noyabr 2011 16:13
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
eeee,bow seylerdir

H.o.S.t _ FaNaTka

  • 15 noyabr 2011 15:49
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
of bu yalanlar

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Alone angel

  • 15 noyabr 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
yalan sohbətdi. 2000-ci ildə də dunya dagilirdi axiri nece oldu hələ dagilmiyib

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

_favorit_arkadas

  • 15 noyabr 2011 14:27
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Onsuzda Dunyanin dagilmasi,menasiz idi...

--------------------

BadZero

  • 15 noyabr 2011 13:13
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
təşəkür, onsuz da boş mənasız xəbər idi... Hər şey Allahın əlindədir

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

my angel__

  • 15 noyabr 2011 13:13
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
maraqli idi wassat

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

jalicka.

  • 15 noyabr 2011 12:30
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
men onsuzda yalanlara inanmirdim yenede allahbilen meslehetdi

... Deryam ...

  • 15 noyabr 2011 12:19
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Elə inan varıydı sizə , alimlərin ağılları axır vaxtı hava ilə əlaqədar yaxşı işləmir ona görə də onlara fikir vermək olmaz fellow

--------------------

Elvin007

  • 15 noyabr 2011 11:43
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
{awards}
oxudum twk hele bir metoorit dunyamizdan bir xeyli arali kecdi sukur allaha 2029zuncu ilde ise daha boyuk ve dunyaya deymek ehtimali coxdu buna care tapilar yeginki
ALLAH qorusun winked

--------------------
▼►►Proqramming◄◄▼

Yenocka

  • 15 noyabr 2011 11:40
  • Məqalə: 1
  • Şərh: 46
  • Bal:
{awards}
Ölmədən bunu da eşitdik

Musique Sage

  • 15 noyabr 2011 11:18
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
kul baslarina alim adi veribler bunlara

ONLY ANGEL

  • 15 noyabr 2011 11:02
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Allah ozu bilen meslehetdi.

--------------------
I AM ANGEL_____SUPER ANGEL_______

QªQª¤²º¹¹¤

  • 15 noyabr 2011 10:52
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
Ela onda 2013 olarda ne darixirsiz ki fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}