Dünyada yeni xəstəlik yayılır: yorğunluq!

 
Dünyada yeni xəstəlik yayılır: yorğunluq!

Dünyada daimi yorğunluqdan şikayət edənlərin sayı sürətlə artırŞ Bu hal o qədər genişlənib ki, alimlər xüsusi araşdırmaya ehtiyac duyublar. Versiyalardan birinə görə, buna səbəb kompüter, mobil telefon və digər elektron avadanlıqlardır. Qeyd olunanlar insanların gecələr vaxtında yatmasına mane olur.

İkinci versiya kimi hipoterioz, yəni qalxanabənzər vəzin fəallığının azalması göstərilir.
Yorğunluğa üçüncü səbəb isə böyrəküstü vəzləri zəiflədən stresdir.


Yorğunluğun aradan qaldırılması üçün qəbul olunan preparatlar isə əks təsir göstərir. Onlar ürəyə, qaraciyərə, potensiyaya və sairə zərər vurur.

Tez-tez özünü büruzə verən və ağır formada təzahür edən yorğunluğu, ümumi süstlüyü virus da törədə bilər. ABŞ-ın Nevada ştatındakı Uaytmor-Peterson Universitetinin apardığı tədqiqat nəticəsində bəlli olub ki, xroniki yorğunluqdan əziyyət çəkən insanların 67 faizinin qanında elmdə "XMRV" kimi bilinən virus var. Bu virus heyvan mənşəlidir və insan orqanizmində yaşamağa uyğunlaşıb. Mütəxəssislər virusun insanın immun sistemini zəiflətdiyini, onu taqətdən saldığını müəyyənləşdiriblər. Onun təsirindən insan özünü fiziki və psixi cəhətdən daim yorğun hiss edir. Kəşfi dəyərləndirən ekspertlərin fikrincə, davamlı yorğunluğun səbəbləri virusoloji olduqda bu hal xəstəlik kimi dəyərləndirilməli və uyğun müalicə kursu keçirilməlidir.

Qeydiyyatı aparılmış məlumatlara əsasən, dünyada 17 milyon insan xroniki yorğunluq sindromundan əziyyət çəkir. Əksər hallarda həkimlər üzvi əsaslı səbəb tapmadıqda bu dumanlı diaqnozu qoyurlar. Sindromun simptomları - uzunmüddətli ağır yorğunluq, bədənin müxtəlif nahiyələrində ağrılardır. Bəzən sağlamlığın ümumi zəifliyi və ya psixi problemlər də yorğunluğun səbəbi kimi göstərilir.


Geri dön

V_I_P

  • 15 noyabr 2011 20:15
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
eladir ki..... fellow

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

wiki

  • 15 noyabr 2011 16:15
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
deyesen men bu xesteliye coxdan tutulmusam

... Deryam ...

  • 15 noyabr 2011 12:14
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Yavaş - yavaş mənə də yaxınlaşır o virus laughing
tşk maraqlı xəbər üçün

--------------------

BadZero

  • 15 noyabr 2011 11:55
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
xəbərə görə təşəkkür oxudum

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Elvin007

  • 15 noyabr 2011 11:48
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
xebere gore twk bully

--------------------
▼►►Proqramming◄◄▼

QªQª¤²º¹¹¤

  • 15 noyabr 2011 10:43
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
Yeni oldugunu bilmirdim fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}