Ailə Qurmaq - Böyük Bir İbadət (hədislər)

 
Ailə Qurmaq - Böyük Bir İbadət (hədislər)

Ailə qurmaq - İlahi rəhmətin və xoş əxlaqın açarı
Allahın Peyğəmbəri (s.a.a.) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kəbənin qapısı açıldıqda və nigah baş verdikdə.
Allahın Peyğəmbəri (s.a.a.) buyurur: Ailə qurun, qizları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin.
Allahın Peyğəmbəri (s.a.a.) buyurur: Allah üçün islamda nigahla abad olmuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.

Ailə qurmağa tələsmək
Allahın Rəsulu (s.ə.s.) buyurur: Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insanın ehtirasları vardır.
Allahın Rəsulu (s.ə.s.) buyurur: Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini (2/3) mənim şərrimdən qorudu.
Allahın Rəsulu (s.ə.s.) buyurur: Ey cavanlar! Sizlərdən hər kəsin qüdrəti varsa ailə qursun. Gerçəkdə bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.
Allahın Rəsulu (s.ə.s.) buyurur: Tərki-dünya olub ailə qurmaqdan çəkinməyin qarşısını alıb, qadının ailə qurmaqdan imtina etməsini qadağan etmişdir.

Şəri ailə qurmağa komək etmək
Allahın Rəsulu (s.ə.s.) buyurur: Hər kəs halal ailə qurmaq yolunda çalışsa, mömin kişini evləndirib möminə qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər və bu yolda dediyi hər kəlmə və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.
İmam Əmirəl-möminin Əli (a.s.) buyurur: Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında vasitəçi olmaqdır ki, mütəal Allah onların arasında şəri nigah qərar versin.
İmam Kazim əleyhissalam buyurur: Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər, mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.
İmam Sadiq əleyhissalam buyurur: Subay şəxsləri evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.
Imam Kazım əleyhissalam buyurur: Sözsüz qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, yaxud onların vəsiləri, ya mömin qulu azad etmiş möminlər, yaxud başqa möminin borcunu ödəmiş mömin bəndə, ya da mömin qadın və kişinin ailə qurmasinda zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.

Ailə qurmaq - böyük bir ibadət
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.
Imam Sadiq əleyhissalam buyurur: Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu: Evlisənmi? Cavab verdi: Yox. Buyurdu: Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Rəd) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu): Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir. Sonra atam ona yeddi dinar pul verib buyurdu: Bu pulu evlənməyə sərf elə.

Ailə qurmağa rəğbətləndirmək
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Hər kəs (qadın və ya kişi) evlənsə öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Cəhənnəm əhlinin çoxu ailə qurmayan qadın və kişilərdir.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Hər kəs pak-pakizə dünyadan getmək istəsə, gərək ailə qursun və subay ölməsin.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud şeytanın qardaşlarından olacaqsan.


Geri dön

Repery

  • 18 noyabr 2011 14:42
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

_TUNAR_MAMEDOV_

  • 16 noyabr 2011 10:50
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
xada,
V_I_P,
AMANDA_O,
AMANDA_O,
wiki,
mor.menekse,
_favorit_arkadas,
..._Olsem Gelme_...,
Asesinato,

TWK EDREM ALLAH SIZLERDENDE RAZI OLSUN...

--------------------

.♣.Chrysalis.♣.

  • 16 noyabr 2011 00:39
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
GOZEL DEYIB.TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

V_I_P

  • 15 noyabr 2011 20:07
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler...

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

wiki

  • 15 noyabr 2011 16:06
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

mor.menekse

  • 15 noyabr 2011 15:33
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Allah razi olsun...

Zaurcik2011

  • 15 noyabr 2011 14:52
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
cox saq olun gozel xeberdir

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

_favorit_arkadas

  • 15 noyabr 2011 14:09
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Ailə qurmaq - böyük bir ibadət
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.
Allahın Peyğəmbəri (s.ə.s.) buyurur: Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.
Imam Sadiq əleyhissalam buyurur: Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu: Evlisənmi? Cavab verdi: Yox. Buyurdu: Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Rəd) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu): Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir. Sonra atam ona yeddi dinar pul verib buyurdu: Bu pulu evlənməyə sərf elə.

Bu melumat ucun tesekkurler!!!

--------------------

111_Shawmn Michaelais_111

  • 15 noyabr 2011 13:13
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
sağ ol canim dostum Allah razı olsun

--------------------


BadZero

  • 15 noyabr 2011 13:04
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Dəyərli məlumat üçün təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}