Günün qoroskopu (15 Noyabr)

 
Günün qoroskopu (15 Noyabr)

Reallaşdırılması çətinliklərlə müşayiət olunsa da, planlaşdırılan işləri ləğv etmək, ideyalardan imtina məsləhət deyil. Müxtəlif nəsillər arasında münaqişələr mümkündür. Siyasi və sosial ziddiyyətlər kəskinləşəcək. Kompromis tapmaq çətin olacaq. Bir çoxlarının ən xoş niyyətlə atdıqları addımlar olduqca acı nəticələr verə bilər. Başqalarının işinə qarışmaq, xahiş olunmadığı təqdirdə məsləhətlər vermək arzuolunan deyil.

Qoç - Bu gün çox zəhmət, səbr və hövsələ tələb edən ağır işlər mükafatsız qalmayacaq. Adi işlərlə məmnuniyyətlə məşğul olmasanız da, bu gün onlarsız keçinmək olmayacaq. Əgər nəsə asan, heç bir səy göstərmədən əldə olunursa, deməli, əslində sizə lazım olan bu deyil.

Bütün çətinliklərə baxmayaraq, yüksək əhval-ruhiyyəni qoruyacaq, ətrafdakılara xoş niyyətlə yanaşacaqsınız. Sevdiyiniz şəxs anlayışınıza və şəfqətinizə görə sizə minnətdar olacaq. Bürcün tənha nümayəndələri üçün həyatlarını kökündən dəyişə biləcək yeni tanışlıqlar mümkündür.

Buğa - İş sahəsində ciddi dəyişikliklər mümkündür. Düzdür, bürcün bütün nümayəndələri iş yerlərini dəyişməyəcək və ya bunu yaxın vaxtlarda etmək barədə qərar qəbul etməyəcək, amma yeni vəzifələr və peşə hədəflərnin yaranması ehtimalı yüksəkdir. Bundan başqa, iş təmasları dairəsinin genişləndirilməsi arzusu güclənəcək. Siz faydalı tanışlıqlara imkan olan tədbirlərə böyük həvəslə gedəcəksiniz.

Gün maddi nöqteyi-nəzərdən əlverişlidir. Pul vaxtında və lazım olan miqdarda gələcək. Günün ikinci yarısı maraqlı görüşlər və əks cinsin nümayəndələri ilə xoş söhbətlər vaxtıdır.

Əkizlər - Gün iş sahəsində vacib hadisələrlə əlamətdar olacaq. Əgər yeni işə keçmək istəyirsinizsə, onun köhnə işinizdən yaxşı olacağına şübhə etməyin. Bürcün tutduqları yei tərk etmək istəməyən nümayəndələri məsuliyyətli tapşırıq ala bilərlər. Tapşırığın qüsursuz yerinə yetirilməsinin vəzifə artımı ilə nəticələnməsi ehtimalı var.

Gün ərzində diqqət mərkəzində olacaqnsınız, sizi çoxlu sayda müxtəlif görüşlər gözləyir.

Xərçəng - Qarşınızda yeni perspektivlər açılacaq. Lakin əsl yüksəklikləri fəth etmək üçün əziyyət çəkmək lazım gələcək. Yalnız vacib qərar qəbul etmək yox, həm də onun həyata keçirilməsi lazımdır. Günün tələb etdiyi qətiyyəti nümayiş etdirmək üçün xeyli ruhi gücə ehtiyac var. Günün sonunda özünüzü yorğun, emosional cəhətdən gücdən düşmüş hiss edəcəksiniz.

Yaxınlarınızın dəstəyi mötədil olacaq. Neytral mövqe tutsanız, incikliklərdən yayına biləcəksiniz. Ultimatumlar irəli sürmək olmaz. Hətta arzularınız barədə çox möhkəm səslə danışmaq da təhlükəlidir.

Şir - Hər şey ilk baxışdan göründüyü qədər birmənalı və sadə deyil. Şəraitdən baş çıxarmaq üçün vaxtınıza heyfiniz gəlməsin. Nəyin nə yerdə olduğunu öyrənmək o dəqiqə alınmır. Bunun üçün həm diqqətlilik, həm təcrübəlilik, həm də düzgün suallar vermək qabiliyyəti lazımdır. Xoş olmayan nəsə eşitməkdən qorxmayın. Bunun özü də xəbərsizlikdən yaxşıdır.

Bu gün lazımsız əlaqələri kəsmək və ya həyatınızı çətinləşdirən şeylərdən, vəzifələrdən azad olmaq asandır. Ətrafdakılar sizi eqoistlikdə günahlandıra bilərlər. Amma bu, sizi ciddi şəkildə pərt etməyəcək.

Qız - Gün maliyyə baxımından xoş xəbərlər gətirəcək. Düzdür, pul öz-özünə əmələ gəlmir. O, gördüyünüz işin mükafatıdır. Alınan vəsait çəkdiyniz zəhmətə proporsional olacaq. Əgər aldığınız pul azdırsa, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Bürcün bütün nümayəndələri üçün yorucu gündür. Əgər kommersiya fəaliyyəti ilə məşğul olursunuzsa, yoxlamalara, çinovniklər və dövlət orqanlarının nümayəndələri ilə məcburi təmaslara hazır olun.

Həyatınızı dəyişəcək tanışlıq ehtimalı yüksəkdir. Lakin bürcün bütün nümayəndələri bu qədər ciddi dəyişikliklərə hazır deyillər. Onların bəziləri mövcud vəziyyəti qorumaq üçün bütün mümkün və qeyri-mümkün hər şeyi edəcəklər.

Tərəzi - Uğursuz gündür. Xüsusilə, iş baxımından əlverişsizdir. Bürcün nümayəndələrini maddi zərər və itki gözləyir. Bu gün əldə olunan sövdələşmələr yüksək risklidir və gözlənilən faydanı verməyəcək.

Valideynlər və ailənin digər üzvləri ilə mübahisə ehtimalı var. Yaxınlardan kiminləsə münasibətlərin ümumiyyətlə kəsilməsi istisna olunmur. Sevgililər arasında prinsipial xarakter daşıyan fikir ayrılıqları yaranacaq. Öz nöqteyi-nəzərinizi qorumaq üçün nümayiş etdirdiyiniz qətiyyət düzgündür.

Əqrəb - Çox işləməli olacaqsınız. Həlli tələb olunan məsələlər çətindir. Həmkarlarınızla ümumi dil tapmaq mümkün deyil. Lakin məsələ açıq qarşıdurma həddinə çatmayacaq. Birgə fəaliyyət o qədər də xoş olmayacaq. Lakin bu işin məhsuldarlığına şübhəniz olmasın. Başa düşən, zəifliklərinizə güzəştlə yanaşan adamlara ehtiyacınız var. Amma onları tapmaq o qədər də asan deyil.

Ailədə yaranan fikir ayrılıqları müvəqqəti xarakter daşıyır. Lakin bunu ürəyinizə salırsınız. Axşam saatlarında çox yemək və həddindən artıq fiziki yüklə bağlı süstlük mümkündür.

Oxatan - Bu, həddindən artıq qətiyyətin lazım olmadığı, hətta, təhlükəli olduğu günlərdən biridir. Peşə həfləriniz və işgüzar əlaqələrinizin yenidən nəzərdən keçirilməsinə ehtiyacı var. Lakin gəldiyiniz nəticələr və nəyinsə üstünü açdığınızı ətrafdakılarla bölüşməyə tələsməyin. Belə şeyləri tək sizin bilməyiniz daha yaxşıdır.

İş və şəxsi həyatınız arasında düzgün nisbəti tapmaqda çətinlik çəkirminiz. Bu sahələrin hər biri sizi tam məşğul etməyə çalışır. Onlardan yalnız birinə vaxt çatdıra biləcəyinizə hazır olun. İki iş dalınca qaçmanız əsəb pozğunluğu və ya özünüzü pis hiss etməyinizlə nəticələnə bilər.

Oğlaq - İşdə ciddi problemlər mümkündür. Bürcün bəxtsiz nümayəndələrini isə işdən qovulmaq perspektivi gözləyir. Düzdür, problemlərinizlə təkbaşına qarşı-qarşıya qalmayacaqsınız. Bəzi insanlardan, o cümlədən, bir müddət əvvələdək bədxahlarınız hesab etdiklərinizdən dəstək alacaqsınız.

Şəxsi münasibətlərdə ardıcıllıq nümayiş etdirmirsiniz və sadəlövh hərəkətlərə meyllisiniz. “Yarınız”ın qısqanclıq üçün əsası olacaq. Bürcün tənha nümayəndələri düşünmədən özlərini çətin şəraitdə qoya bilərlər.

Dolça - Vacib və məsuliyyətli gündür. Nüfuzlu şəxslərin bir dəqiqə belə azalmayan diqqətinin mərkəzində olacaqsınız. Bütün işləri ən yaxşı şəkildə görməlisiniz. Hətta ən kiçik xəta böyük problemlərin əsasını qoya bilər. Özlərini yaxşı mənada göstərən insanlarla məhsuldar əməkdaşlıq mümkündür.

Səhər tezdən qərəzli əhaval-ruhiyyədəsiniz. Bu, sadəlövh və şən adamların sizinlə ümumi dil tapmasına mane olur. Kimsə aradakı buzu əridə bilsə, şühəniz olmasın ki, münasibətlər ciddi xarakter daşıyacaq.

Balıqlar - İtkilərlə barışmalı olacaqsınız. Bu gün gəlirlərin azalması, bel bağladığınız pul gəlirlərinin gecikməsi gözlənilir. Yeni təkliflər perspektivli görünsə də, çox keçmədən başa düşəcəksiniz ki, onların ciddi mənfi tərəfləri də var. Hadisələrin gedişatı əvvəllər qəbul etdiyniz qərarlardan təəssüflənməyinizə səbəb olacaq.

Ailədə sülhün qorunması üçün xeyli səy göstərirsiniz. Lakin görürsünüz ki, bu səyləri heç kim qiymətləndirmir. Gün bədbin əhval-ruhiyyə gətirəcək.


Geri dön

V_I_P

  • 15 noyabr 2011 20:11
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
Dolça - Vacib və məsuliyyətli gündür. Nüfuzlu şəxslərin bir dəqiqə belə azalmayan diqqətinin mərkəzində olacaqsınız. Bütün işləri ən yaxşı şəkildə görməlisiniz. Hətta ən kiçik xəta böyük problemlərin əsasını qoya bilər. Özlərini yaxşı mənada göstərən insanlarla məhsuldar əməkdaşlıq mümkündür.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Inciciceyi

  • 15 noyabr 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
TWKLER
OXUDUM

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

wiki

  • 15 noyabr 2011 16:11
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler,men tereziyem....

H.o.S.t _ FaNaTka

  • 15 noyabr 2011 15:51
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
öz burcümü oxudum buğa

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_favorit_arkadas

  • 15 noyabr 2011 14:24
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Balıqlar - İtkilərlə barışmalı olacaqsınız. Bu gün gəlirlərin azalması, bel bağladığınız pul gəlirlərinin gecikməsi gözlənilir. Yeni təkliflər perspektivli görünsə də, çox keçmədən başa düşəcəksiniz ki, onların ciddi mənfi tərəfləri də var. Hadisələrin gedişatı əvvəllər qəbul etdiyniz qərarlardan təəssüflənməyinizə səbəb olacaq.

Cox Tesekkurler...

--------------------

BadZero

  • 15 noyabr 2011 13:12
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Əkizlər - Gün iş sahəsində vacib hadisələrlə əlamətdar olacaq. Əgər yeni işə keçmək istəyirsinizsə, onun köhnə işinizdən yaxşı olacağına şübhə etməyin. Bürcün tutduqları yei tərk etmək istəməyən nümayəndələri məsuliyyətli tapşırıq ala bilərlər. Tapşırığın qüsursuz yerinə yetirilməsinin vəzifə artımı ilə nəticələnməsi ehtimalı var.

Gün ərzində diqqət mərkəzində olacaqnsınız, sizi çoxlu sayda müxtəlif görüşlər gözləyir.

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Le ilahe illellah99

  • 15 noyabr 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Twk edirem,amma,qoroskopa inanmiram!Chunki,yalniz Allaha inaniram...Her kesden chooooooox sevdiyim,yalniz Odur! angry

KRiPToS

  • 15 noyabr 2011 12:15
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Balıqlar - İtkilərlə barışmalı olacaqsınız. Bu gün gəlirlərin azalması, bel bağladığınız pul gəlirlərinin gecikməsi gözlənilir. Yeni təkliflər perspektivli görünsə də, çox keçmədən başa düşəcəksiniz ki, onların ciddi mənfi tərəfləri də var. Hadisələrin gedişatı əvvəllər qəbul etdiyniz qərarlardan təəssüflənməyinizə səbəb olacaq.
Goresen itki deyilende ne nezerde tutulub??? belay

--------------------

Zaurcik2011

  • 15 noyabr 2011 12:14
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
Əqrəb -cox saq ol canim

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Dinar Mamedova

  • 15 noyabr 2011 11:59
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
{awards}
oz burcumu oxudum tewekkurler

--------------------

Elvin007

  • 15 noyabr 2011 11:32
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
oz burcumu
oxudum twk

--------------------
▼►►Proqramming◄◄▼

Musique Sage

  • 15 noyabr 2011 11:10
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Sen bu fali duzgun cixarma

ONLY ANGEL

  • 15 noyabr 2011 11:00
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
BUrceleri sevmirem

--------------------
I AM ANGEL_____SUPER ANGEL_______

QªQª¤²º¹¹¤

  • 15 noyabr 2011 10:55
  • Məqalə: 74
  • Şərh: 256
  • Bal:
{awards}
Oxudum tewekkur

--------------------

Sirli Melek

  • 15 noyabr 2011 10:47
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
ALLAH ÖZÜ BİZİM KÖMƏYİMİZ OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 49
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 863
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
aytc.sza
Xəbərləri: 13
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}