Salam verin, salam alın!

 
Salam verin, salam alın!


Bəlkə də çoxlarımız salam verməyin o qədər də əhəmiyyətli olmadığını düşünürük.

Ancaq bu heç də belə deyil. Bəri başdan deyək ki, salam Allahın adıdır, əmin-amanlıq, salamatlıq kimi mənalara gəlir.

Salam vermək əslində dua etməkdir: “Allah-Təala səni əmin-amanlıq içində saxlasın, şərdən, bəladan qorusun, xətadan uzaq tutsun”. Bəli, anlayana salamın faydası çoxdur.

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib, salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də salam verin və salam verməyi təbliğ edin.

Salam verməyin ən qısa şəkli belədir: “Əssalam aleykum”, yəni sizlərə salam olsun. Qarşılığı isə belə verilir: “Və aleykum salam”, yəni sizə də salam olsun. “Əssalam aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, “Aleykum salam” söyləmək daha doğrudur.

Bəzən biri “Əssalam aleykum və rəhmətullah” deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salamı ya eyni dərəcədə qarşılığı ilə, ya da daha çox bəlağətlə və daha çox dua ilə qarşılamaq lazımdır. Yəni, bu cür salam verən birinə “Və aleykum salam və rəhmətullah” və ya “Və aleykum salam və rəhmətullah və bərəkətuhu” kimi qarşılıq vermək olar.

Salam vermək dediyimiz kimi, Peyğəmbərimizin bizə buyruğudur. Əgər biri ilə kinin, nifrətin ən yüksək səviyyədədirsə, ona salam verməyə bilərsən, amma ən doğru olanı Peyğəmbərimizin yolunu tutmaqdır. Dediyimiz odur ki, salam verməyə bilərsən, amma salam almamaq günahdır. Bu məqamı çox ciddi düşünmək lazımdır. Sənə verilən salamı almaq borcundur. Salamı almamaq həm salam verənə, həm də salam Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir.

Əgər bir nəfər otağa daxil olub, hər kəsə “Əssalam aleykum” deyirsə, içəridəkilərdən birinin o salamı alması kifayətdir. Əgər istəsələr, hər kəs cavab verə bilər. Salamla başlayan işdə bərəkət olar, çünki salam Allahın adıdır. Salamlaşmaq Peyğəmbərimizin yoludur, dinimizin buyruğudur, xeyir-duadır, qarşı tərəfə Allahdan əmin-amanlıq, xeyir-bərəkət diləməkdir. Yəni salamda hər şey gözəldir. Salamlaşmaq həm də sevgidir, səmimiyyətdir.

Rastlaşarkən adətən, kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi təvazökarlıqdır. Kim birinci salam verirsə, o daha çox qazanır.

Salam verin, salam alın və salamı həyatınızın ayrılmaz parçasına çevirin.


Geri dön

crazyboy

  • 13 yanvar 2012 15:05
  • Məqalə: 5
  • Şərh: 53
  • Bal:
Salamın 70savabı var...Biri salam verənin,qalanı isə salam alanın...Allah razı olsun

--------------------
""__SeNSiZ__SeNdeN__VeFaliDiR__""

.♣.Chrysalis.♣.

  • 16 noyabr 2011 00:05
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk cox gozel yazilib

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

jalicka.

  • 15 noyabr 2011 22:57
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
salam vermek en boyuk savabdir hemcinin de almaq xebere gore twk

✰GlaMurKa✰

  • 15 noyabr 2011 20:06
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
salam ALLAHin adidi gerek salam veresen salam veren 60 alan ise 1 savab qazanir men bele bilirem tesekkurler

V_I_P

  • 15 noyabr 2011 20:00
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
salam milletttt......... wink wink wink wink tewekurler...

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Elvin007

  • 15 noyabr 2011 19:14
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
salam xeber qoyan elerin var canin sag olsun twk am

--------------------
▼►►Proqramming◄◄▼

Musique Sage

  • 15 noyabr 2011 19:03
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
SALAMM ALLAH SALAMIDI ... TESEKKURLER


SALAMM ALLAH SALAMIDI ... TESEKKURLER

_TUNAR_MAMEDOV_

  • 15 noyabr 2011 18:29
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}
xeber ucun twkler...

--------------------

BadZero

  • 15 noyabr 2011 18:06
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
maraqlıdır... təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 15 noyabr 2011 17:54
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Salam verin, salam alın və salamı həyatınızın ayrılmaz parçasına çevirin.

--------------------

PASYOLKOVSKY

  • 15 noyabr 2011 17:46
  • Məqalə: 37
  • Şərh: 526
  • Bal:
{awards}
Təşəkkürlər.....

--------------------

wiki

  • 15 noyabr 2011 17:20
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
maraqlidir,tewekkurler

Music Star

  • 15 noyabr 2011 16:32
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Salam verib almaq cox gozel weydir.Menim oxuduguma gore salam veren insan 70 savab qazanir onlardaan 69-u salam veren kese 1 ise salam alana duwur.twkleeer

--------------------

Enerelen

  • 15 noyabr 2011 16:29
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
Salam verin, salam alın və salamı həyatınızın ayrılmaz parçasına çevirin.
tewekkur

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

... Deryam ...

  • 15 noyabr 2011 16:29
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Salam verməkdən xoşum gəlir ,istər cavab versinlər istər verməsinlər laughing
Dəyərli xəbərdi, Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 63
Cəmi: 90

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 143
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 73
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}