Qohumla evlilik: kim nə deyir?

 
Qohumla evlilik: kim nə deyir?

Azərbaycanda ailədaxili münaqişələrin, boşanmaların sayı artdıqca, xüsusilə bölgələrimizdə qohum nikahlara maraq bir qədər də artır.

Yəni bir çox valideynlər övladlarına qohumlarından qız almaqla, yaxud qızlarını qohumlarına ərə verməklə özlərini bu problemlərdən “sığortalamağa” çalışırlar.

Bu yanaşmaya haqq qazandıranların əsas fikri isə bundan ibarətdir ki, qohumlar bir-birilərini yaxşı tanıdıqları üçün gənclər də tez anlaşırlar. Bir qisim insanlar isə düşünürlər ki, qohum ər-arvad ailədə anlaşılmazlıq olanda qohumluqlarının xətrinə güzəştə gedirlər. Bu yanaşmanın qəti əleyhdarları da çoxdur. Yeri gəlmişkən, mətbuatda belə bir fikir formalaşıb ki, sanki bütün hallarda din və tibb elmi qohum evliliklərin əleyhinə çıxır. Əslində belə deyilmiş. Həmsöhbət olduğumuz mütəxəssislərdən elə də deyən oldu, belə də.

Vitse-spiker “olmaz” deyir

Qohum evliliyi məsələsi bu günlərdə Milli Məclisdə də gündəmə gətirilib. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Azərbaycanda elə kəndlər var ki, bir tayfanın üzvləri başqa tayfadan qız ala bilmir. Ali savadı olan insanlar belə bəzən əmiqızı, dayıqızı ilə evlənirlər. Sonra da şikəst uşaqları dünyaya gəlir və dövlətə üz tuturlar ki, uşaq üçün vəsait ayırın. Sən savadlı insansan, axı bilməlisən ki, əmiqızı, dayıqızı ilə evlənmək olmaz!”. O, bu kimi hallara həssas yanaşılmasının vacibliyini vurğulayıb.

Nikahdan öncə tibbi müayinə lazımdır

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsində yeni ailə quran gənclərin tibbi yoxlamadan keçirilməsi təklif olunur: “Müxtəlif təkliflər var. Birinci təklif odur ki, bu, könüllü olsun. Ancaq yeni ailə quran gənclərin məcburən tibbi yoxlamadan keçirilməsini təklif edənlər də var. Hələ ki bu məsələ ilə bağlı konkret rəyə gəlinməyb”.

Qohumlar da boşanırlar

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov da qohum evliliklərin əleyhinə çıxanlardandır. Müsahibimiz deyir ki, qohumla evlilik kollektiv təxtəlşüurumuzda oturuşub: “Elə dəyərlər sistemi var ki, onlara zaman-zaman baxmaq lazımdır. Bu mənada qohum nikahlar təqdir edilmir, çünki psixoloji narahatlıq yaradır”. Psixoloqun sözlərinə görə, belə ailələrdə münasibətlər üzdə çox normal görünür. Ancaq intim münasibətlərdə əksər ailələrdə böyük problemlər yaşanır. Bu işin digər mənfi cəhəti odur ki, bir ailədə başlanan konflikt bütün nəsli üz-üzə qoyur. Əvvəllər şərait başqa idi. İndi internet var, mobil telefonlar var, ailədə dava-dalaş olan kimi bütün nəsil bilir”. Azərbaycanda boşanmaların sayının statistikada göstəriləndən qat-qat çox olduğunu vurğulayan müsahibimiz: “Boşanan ailələrin çoxu məhkəməyə müraciət etmir. Ona görə də qeydiyyata alınmırlar. Boşanmalar biz təsəvvür etdiyimizdən də çoxdur. Elə bəsit şeylər var ki, ona görə ailələr dağılır. Hətta eyni nəsildə insanlar bir-birinə düşmən olurlar”,-dedi.

Psixoloqun sözlərinə görə, ailədə üzləşdikləri problemlərlə bağlı onlara müraciət edənlər arasında qohum nikahdan olanların da sayı kifayət qədərdir: “Fikirlər müxtəlifdir, biri deyir, anamın xoşuna gəldi evləndim, digəri deyir, sevdiyim oğlan var idi, zorla əmimoğluna verdilər və s”.

Redaktor da “həkim müayinəsi” deyir

“Ailəm” jurnalının baş redaktoru Aydın Ucal isə deyir ki, əgər qohum evliliklərdən söhbət gedirsə, bu heç də həmişə belə evliliklərdən doğulan uşaqların qüsurlu doğulması anlamına gəlmir: “Sadəcə olaraq, burada hər hansı bir risk faktorundan söhbət gedə bilər. Ancaq qəbul etmək lazımdır ki, bu risk faktoru qohum olmayan evliliklərdə də yox deyil. Bu risk faktoru isə daha çox genlərlə bağlı olduğu üçün ən yaxşı yol hər iki tərəfin nikahdan əvvəl həkim müayinəsindən keçməsi və ya həkim məsləhətini almasıdır”.

Qohum evlilikləri doğuran səbəblərə gəlincə, “Ailəm” jurnalının redaktoru deyir ki, burada bir neçə amildən söhbət gedə bilər: “Bunlardan birincisi, evliliyin möhkəmliyinin təmin edilməsidir. Digər səbəblər isə əsasən iqtisadi (eyni iqtisadi imkanlara malik olmaq), sosial (eyni sosial təbəqədən olmaq) və coğrafi (eyni ərazidə yaşamaq) şərtlərlə bağlıdır. Ancaq çox az müşahidə olunsa da, bəzi ailələrdə qohum evliliklər var-dövlətin bölünməsinin qarşısının alınması və ya var-dövlətin eyni ailədə qalması məqsədi ilə də qurulur.

Həkim: “Sağlam qohumların ailə

qurmalarında problem yoxdur”

“Pantovita” Tibb Mərkəzinin həkimi Hüseyn Məmmədov dedi ki, qohum gənclərin ailə qurmalarında heç bir problem yoxdur. Hüseyn həkim deyir ki, əgər nəsildə irsi xəstəlik varsa, yaxın qohumların bir-biri ilə evlənməsi tövsiyə olunmur. Onun sözlərinə görə, bu halda həmin xəstəlik dünyaya gələn uşaqda üzə çıxa bilər: “Əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum gənclərin evlənməsi normaldır”.

H. Məmmədov qeyd etdi ki, əgər xanımda hemofiliya xəstəliyi, yaxud qan uyğunsuzluğu varsa, çox güman ki, onun dünyaya gətirəcəyi uşaqda da bunlar olacaq: “Lakin bu, tək qohum nikahlara aid deyil. Həmin xanım kiminlə ailə qurur-qursun, çox güman ki, dünyaya gətirəcəyi uşaq bu xəstəliklərdən əziyyət çəkəcək”.

İslam qohum nikahına yasaq qoymur

İlahiyyat elmləri namizədi Elşad Mahmudov isə qəzetimizə açıqlamasında dinimizin bu mövzuda qadağasının olmadığını söylədi: “Yaxın qohumla evlilik deyəndə, bizdə əmiqızı, əmioğlu, xalaqızı-xalaoğlu, dayıqızı, dayıoğlu və s. nəzərdə tutulur. Qurani Kərimdə “Bəqərə” surəsində, Peyğəmbərimizin (s.ə.s) hədislərində kimlərlə evlənmək olmaz sualına tam aydınlıq gətirilib. Orada yuxarıda sadaladığımız qohumların evliliyi ilə bağlı hər hansı yasaq, yaxud məcburiyyət yoxdur. Hətta Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s) qızı Fatiməni öz əmisioğlu Əliyə ərə vermişdi”.

E. Mahmudovun sözlərinə görə, bəzən həkimlər iki yaxın qohumun nikahından dünyaya gələcək körpənin səhhəti ilə bağlı həyəcan təbili çalırlar ki, dünyaya gələcək körpə xəstə və ya şikəst ola bilər. Ona görə də İslam dini belə məqamlarda həkimlərin xəbərdarlığına riayət olunmasını tövsiyə edir.

Seçim sizindir...

Biz müxtəlif sahədən olan mütəxəssislərin fikirlərini öyrənməklə, rəy və təkliflərinə aydınlıq gətirməklə mövzuya bu cür işıq tutmağa çalışdıq. Qohumla nikaha təşviq etmək fikrimiz olmasa da, bu zamana qədər belə bir yasağın olmadığını da bildirməliyik. Evlənəcəyiniz şəxs qohum da olsa, yad da olsa nikahdan öncə həkim müayinəsindən keçmək bütün tərəflərin ortaq fikridir və biz də sizə bunu tövsiyə edirik.

Bundan sonrakı seçim sizindir. Qohumla da, yadla da ailə qursanız, Allah xoşbəxt eləsin


Geri dön

enigmatic_girl

  • 15 fevral 2012 22:38
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Duzdur esas sevgidir...ama Qan bagi olan sexslerin evliliyinde dunyaya gelen usaglarda problemler olur.. buna gore de hekimler razi deyil bununla....

--------------------

_TUNAR_MAMEDOV_

  • 17 noyabr 2011 02:06
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
MENCE SEVIRSENSE NE QOHUM nede ki YAD FERQI YOXDU.... request

--------------------

SHARIM

  • 15 noyabr 2011 21:56
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
men bunu hec pis gormurem her kesin oz secimidi

--------------------
CAVABI XEYR OLAN SEYLERDE BELE BIR DENE DE OLSA BELI VAR!!!!

MiLeyla

  • 15 noyabr 2011 20:08
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
of of,en agrili yerim, recourse qadagan olunsunda nolar request

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Nikoyl

  • 15 noyabr 2011 20:03
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
niyeki ele insanlar vvarki oz qohumlarindan biri ile sevgili kimi daniwir ve hetta evlenir bele wey mumkundu

--------------------

✰GlaMurKa✰

  • 15 noyabr 2011 19:53
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
qohumla evlilik mende yaxsi deyil xebere gore tesekkurler

Broken_Angel

  • 15 noyabr 2011 19:44
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
{awards}
Qeti razi deyilem..SAnki oz bacini alirsan Yada qardasinla evlenirsen eyni qandir damarlardan axan

--------------------
İ`m so alone Broken_Angel
I`m So alone Listen to my Heart

V_I_P

  • 15 noyabr 2011 19:23
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
qohumla evlenmek qeti qadagandir.....(hekimlerin tofsuyesi)... wink

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Elvin007

  • 15 noyabr 2011 19:06
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
mende de razi deyilem amma gelecek de bilmek olmaz neler olsun twk fellow

--------------------
▼►►Proqramming◄◄▼

Musique Sage

  • 15 noyabr 2011 19:01
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
wexsen pis baxmiram qohumluq olsada olmasada muayine vacibdi mutleq


wexsen pis baxmiram qohumluq olsada olmasada muayine vacibdi mutleq

_TUNAR_MAMEDOV_

  • 15 noyabr 2011 18:21
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
melumat ucun twkler...

--------------------

.♣.Chrysalis.♣.

  • 15 noyabr 2011 18:08
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
PROBLEM ONDA OLA BILERKI USAQLARDA REXITLIK BAS VERSIN .YOXSA BELA ,PIS BAXMIRAM

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Ku-ku

  • 15 noyabr 2011 17:50
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
men razi deyilem sexsen qohumla toya

--------------------

BadZero

  • 15 noyabr 2011 17:43
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
mən də bir problem görmürəm

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

wiki

  • 15 noyabr 2011 17:18
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
men razi deyilem sexsen qohumla toya,tewekkurler

... Deryam ...

  • 15 noyabr 2011 17:00
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Yaxin qohumla evliliye yaxwi baxmiram ,xowum gelmir Allahim yazmiwsa pozsun winked
Ayriliq olanda ferq etmir qohum ya ozgedi...
Axir vaxtlar bowananlarin sayi coxalib , Allah hamiya komek olsun ve agil versin .
Maraqli melumatlar ucun twkkkk

--------------------

Music Star

  • 15 noyabr 2011 16:47
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
tewekkur
maraqli idi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}