
Yalnızlığın bu növünü heç yaşamadım mən.
O isə bu yalnızlığın dərmanının,sən,olduğunu bilirəm.
Əlimi uzatsam tutacağını,qayğılarla dolu saatların bir anda yox
olacağını bilirəm.Fikirləşdiyin qədər güclü deyilmişəm demək ki!...
Danışmaq istəyirəm...
"Səni heç sevməmişdim,sənə dəyər vermemişdim" demək istəyirəm...
Amma çıxmır bu sözlər ağzımdan.Tıxanıb qalır boğazımda.
Necə deyə bilərəm ki,bunu? Səni,fikirləşməyin belə mənə həyəcan
verdiyini necə inkar edə bilərəm?..."Sən həyatımda dəyişik bir rəng idin.
Dəyişiklik axtarırdım,sən,mənə yaxınlaşdıqda uzaq qala bilmədim"
demək istəyirəm.O isə rənglərin gözəlliyini səninlə kəşf etdim,mən.

Hər rəngə sənin adını verdim.Həyatımda bir dəyişiklik oldusa,
bu səninlə gəldi.Səndən uzaq qalmağı heç fikirləşmədim ki!
Sənə yaxın olmanın verdiyi həzzi başqa hansı duyğu daddıra bilərdi,mənə?...
"Diqqət çəkici idin,gözəl idin.Bu tərəfinlə diqqətimi cəlb etdin mənim".
Sən yox idin - sözlərin vardı,özün yox idin ruhun vardı,həyata baxışın
vardı.Və mən sənin olmadığın zamanlarda bax bunlarla yaşadım.
İndi "məni sadəcə cazibədarlığın diqqətimi çəkdi desəm" özümü inkar etmiş sayılmaram?...
"Kilometrləri sənin üçün qət etmədim.
Sadəcə elə zənn etməyini isdədim.Bir oyun idi bu" demək istəyirəm.
Amma özümü aldadıram...Çünki mən o yolları içimdəki o tərif
edilməz həyəcanla aşdım. Səni gördüyümdə yaşadığım titrəyişi
gizlədə bilmək üçün,nə edəcəyimi bilmədim....Əslinə baxarsan
"mən sevgiyə filan da çox inanmıram" demək istəyirəm.

Sevginin gücünün həyatdaki başqa heç bir şeydən daha qüvvətli
ola bilməyəcəyinə inanarkən...Doğruları ürəyimin səsiylə taparkən...
İnsanı insan edənn ən vacib şeyin "sevgi" olduğunu fikirləşərkən...
Sevgiyə inanmıram demək,mən heç yaşamadım deməklə eyni mənalıdı...
Həyat həmişə seçimlər buraxar,insana.Amma hər zaman ən doğrusunu
seçmək mümkün deyil.Vacib olan yaşanan yalnışda olsa,
bundan sabaha dair bir dərs çıxara bilməkdir...