Sən yox idin!

 
Sən yox idin!


Saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin. Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı, hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım. Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şe?rləri yazdım. Kimisinə ucadan, kimisinə səssizcə söylədim. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə gözlədim. Səndən gələcək bir tək xəbəri gözlədim. Saatlar əsirlər kimi gəldi. .



Sən yox idin!


Çağıran hər telefon zəngini ürəyimin çağlayan atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal qırıqlarını yaşadım. Onlar məni, mən isə səni duymaq istəyirdim. Səni axtarmaqdan yorğun olmuş bədənimi qaranlığın qucağına uzatdım hər gecə. Bir göz qırpımında səhərin açılması üçün yuxuya getməyimi istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə sakitcə ayaq səsləri dinlədim, bəlkə gələn sən olarsan deyə. Hər yağışla birgə hüzndə yağdı ürəyimin üzərinə. Buludlar yalnızlıq rəmzi idi mənim üçün. Məni isladan yağış damlaları olmadı. Mən hər mövsümdə sənin yoxluğun ilə islandım.


Sən yox idin!


Həyat bahara çiçəklərini açaraq xoş gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşlarında döndüyünü gördüm. Sən yox idin. Hər avtobus, hər stansiya adresim oldu. Hər hansı bir avtobusdan düşərsən deyə sandım. Avtobuslardakı hər bir kəsə səni görərəm deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün.

Dənizin sonsuz dalğalarına ümid bağladım. Limanlarda keçirirdim gözləntilərimi. Hər zamanda olduğu kimi limanlardan sən olmadığın gəmilər keçdi. Gözümdən bir tək damla yaş axmadı. Onlar sənə qalmalı idi. Heç kimsəyə söyləmədim həsrətini. Gözləntini kimsəyə anlatmadım. Fırtınalar qopdu ürəyimdə, dalğalar qovdu xəyallarımı. Sığınacaq bir liman, yaşlanacaq bir köşə axtardım. İçimi açıb tökəcək bir insan axtardım. Hər gecə ay param parça oldu. Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və bir günəş kimi doğub bu qara dünyamı aydınlatmanı istədim. Amma sən yox idin...


Geri dön

Su Perisi

  • 16 fevral 2012 20:58
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:

Çağıran hər telefon zəngini ürəyimin çağlayan atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal qırıqlarını yaşadım. Onlar məni, mən isə səni duymaq istəyirdim.

--------------------

V_I_P

  • 16 noyabr 2011 11:46
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurlerrrr...

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Ku-ku

  • 16 noyabr 2011 11:12
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

Həyat bahara çiçəklərini açaraq xoş gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşlarında döndüyünü gördüm. Sən yox idin. Hər avtobus, hər stansiya adresim oldu. Hər hansı bir avtobusdan düşərsən deyə sandım. Avtobuslardakı hər bir kəsə səni görərəm deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün.

--------------------

_WITH YOU_

  • 16 noyabr 2011 10:07
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur.çoox qəmlidi sad

Dinar Mamedova

  • 16 noyabr 2011 07:48
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler cox gozeldi

--------------------

.♣.Chrysalis.♣.

  • 15 noyabr 2011 23:50
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Dənizin sonsuz dalğalarına ümid bağladım

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✰GlaMurKa✰

  • 15 noyabr 2011 23:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
cox maraqli idi cox sag olun tsk

wiki

  • 15 noyabr 2011 23:35
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
super tewekkurler

★Azerbaijan girl★

  • 15 noyabr 2011 23:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
yes suppper thanksssssssssssssssssssssss

ZEHRA

  • 15 noyabr 2011 23:08
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
maraqlı xəbərə görə tşkk

BadZero

  • 15 noyabr 2011 23:06
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
maraqlı xəbərə görə tşkk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Just For Legend

  • 15 noyabr 2011 22:14
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Sitat: Mr.Perfect
Just For Legend yene oz sozunu deyirsen dee

cox sag ol canim

--------------------

Delya_91

  • 15 noyabr 2011 21:36
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Bu günlərdə qəribə bir hal var üzərimdə.. Alışdım sandığım yoxluğun ürəyimi əzir. Mahnımızı dinləyə bilmirəm artıq.. Qeyri-mümkünlüyün ruhumu yandırır. Mahnımızdan axan hər melodiyayla, gözümdən axa bilməyən kristal göz yaşlarım ürəyimi ağrıdır..
Hanı deyərlər ya, "getməkmi çətin qalmaqmı"...mən bu problemin cavabını verirəm indilərdə gecə gözlüm. Mənim üçün ən çətini idi eşqini sənsiz yaşamaq, səninlə sənsizliyində qalmaq..
Hər şeyi ardında buraxıb da getmək.. ruhunu əmanət götürdüyün yerə təslim etmək..

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

фея

  • 15 noyabr 2011 21:30
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Sənə dəli kimi aşiqkən qollarımın həmişə boşluğu qucaqlaması acı verir. Sözlər toxunuşların yerini almır. Buna görə nə söyləsəm həmişə yarım nə yazsam həmişə əskik qalır. recourse recourse
ELA YAZIDI

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Mr.Perfect

  • 15 noyabr 2011 21:26
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Just For Legend yene oz sozunu deyirsen dee wink

--------------------

_TUNAR_MAMEDOV_

  • 15 noyabr 2011 21:23
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
twk maraqli xeberdi

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}