Məsumların Nurlu Kəlamlarından (261-280)

 
Məsumların Nurlu Kəlamlarından (261-280)

Hədis 261:
Həzrət Məhəmməd (s) buyurur: “Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.”

Hədis 262:
Həzrət Məhəmməd (s) buyurur: “Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”

Hədis 263:
Həzrət Məhəmməd (s) buyurur: “O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”

Hədis 264:
Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”

Hədis 265:
Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, mö`minlərdə eyb axtarmaqdan uzaqdır.”

Hədis 266:
Həzrət Məhəmməd (s) buyurur: “Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”

Hədis 267:
Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”

Hədis 268:
Həzrət Məhəmməd (s) buyurur: “İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”

Hədis 269:
Həzrət Məhəmməd (s) buyurur: “Fürsətlər bulud kimi ötüşür.”

Hədis 270:
Həzrət Məhəmməd (s) buyurur: “Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”

Hədis 271:
Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.”

Hədis 272:
Həzrət Əli (ə) buyurur: “Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqca qısadır.”

Hədis 273:
Həzrət Məhəmməd (s) buyurur: “Əzabı və əvəzi daha tez çatan günah ne`mətə qarşı naşükürlükdür.”

Hədis 274:
Həzrət Məhəmməd (s) buyurur: “Özünü fəqirliyə vuran fəqir olar.”

Hədis 275:
İmam Həsən (ə) buyurur: “Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”

Hədis 276:
İmam Həsən (ə) buyurur: “Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”

Hədis 277:
İmam Həsən (ə) buyurur: “Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

Hədis 278:
İmam Əli (ə) buyurur: “Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”

Hədis 279:
İmam Həsən (ə) buyurur: “Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”

Hədis 280:
İmam Həsən (ə) buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”


Geri dön

Repery

  • 18 noyabr 2011 14:39
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

a-aysel94

  • 16 noyabr 2011 14:21
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
Qarsina biri cixir beyenirsen,baxirsan,inanirsan,guvenirsen.Insanligina gelende gorursen "Made in China"

_SVETLANA_777_

  • 16 noyabr 2011 12:22
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
<p></p>

111_Shawmn Michaelais_111

  • 16 noyabr 2011 12:17
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allah gözlerine nur,qelbine ferah versin.Allah senden razı olsun

--------------------


BadZero

  • 16 noyabr 2011 12:01
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

V_I_P

  • 16 noyabr 2011 11:33
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurlerrrr...

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

ANGELS

  • 16 noyabr 2011 11:20
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
xebere qore tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}