Evin tək uşağı əsgərliyə aparılmayacaq?

 
Evin tək uşağı əsgərliyə aparılmayacaq?

Bəlli olduğu kimi, parlamentin bu gün keçirilən iclasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Millət vəkilləri ailənin tək övladı olan kişilərin, həmçinin tənha anaların övladlarının hərbi xidmətə çağırılmaması təklifini səsləndiriblər.

Millət vəkili Fazil Mustafa ailənin tək övladı olan oğlanların hərbi xidmətə çağırılmamasını təklif edib. Deputat Elmira Axundova isə Fazil Mustafanın təklifinə dəstək verərək qanuna əlavələrin də müzakirə olunması fikrini irəli sürüb. Onun fikrincə, tənha anaların övladlarının da hərbi xidmətdən azad olunması məqsədəuyğundur.

Deputat Qüdrət Həsənquliyev isə ailənin tək oğlanları və tək övladlarının hərbi xidmətdən azad olunmasını yolverilməz sayır. O, hazırda ailələrin böyük əksəriyyətinin tək oğlan və yaxud tək övlad olaraq planlaşdırıldığını əsas gətirərək, bu zaman ordunun kompleksləşdirilməsində çətinliklərin ortaya çıxacağını söyləyib.

Öz növbəsində parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Prezident Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq. İndiki qanunvericilikdə isə ailənin tək övladı da həqiqi hərbi xidmətə çağırılır.

Müzakirələrdən sonra “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna texniki dəyişikliklər qəbul edilib.

ANS-in çəkiliş qrupu bu məsələ ilə bağlı şəhər sakinləri arasında kiçik sorğu keçirib. Şəhər sakinlərinin fikirləri müxtəlif olub. Məsələn, Aydın Əhmədzadə tək övladların həqiqi hərbi xidmətdən azad edilməsini müsbət sayır. Onun fikrincə, belə bir dəyişiklik edilsə, yaxşı olardı.

Rüfət Səmədov adlı gənc isə deyir ki, əgər orduya göndərilən gəncin valideynlərinin biri, daha doğrusu atası yoxdursa, onu orduya getməkdən azad etmək lazımdır: “Yox əgər orduya göndərilən gəncin valideynləri varsa, o mütləq hərbi xidmətə getməlidir”.

Hərbi ekspert Cəsur Sümərinli isə hesab edir ki, bu təkliflərin qəbul olunması Azərbaycanda həqiqi hərbi xidmətə çağırış prosesini daha da təkmilləşdirə bilər. Belə ki, bir çox qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da hərbi xidmət tədricən könüllü xarakter alar. Onun sözlərinə görə, bu dəyişikliklər normal haldır.

C.Sümərinli həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycanda könüllü hərbi xidmətə keçmək mümkün olacaq. Azərbaycanın hərbi büdcəsinin 3 milyard manata çatmasını buna imkan verdiyini deyən hərbi ekspert bununla belə ölkənin indi müharibə şəraitində olduğunu unutmamağa çağırıb.


Geri dön

seva20

  • 1 dekabr 2011 12:57
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
TSK EDIREM

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 00:40
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Su Perisi

  • 18 noyabr 2011 23:03
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
xebere gore twk

--------------------

wiki

  • 16 noyabr 2011 21:11
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

... Deryam ...

  • 16 noyabr 2011 19:46
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
KÖNÜLLÜ HƏRBİ XİDMƏT OLSA _ deməli QARABAĞ ALINMAYACAQ !!!!!!
Onsuzda kimin pulu və əsgərlik qorxusu var getmirdi .

AXIRDA TORPAQLARI QADINLAR QORUYACAQ fellow

--------------------

Emir Sarrafoglu

  • 16 noyabr 2011 16:39
  • Məqalə: 18
  • Şərh: 344
  • Bal:
{awards}
:))))))))))))))))wink

--------------------
..........::::::::GUNEL:::::::::.........

H.o.S.t _ FaNaTka

  • 16 noyabr 2011 16:29
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
əla qərardır

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Jackson_fanatı

  • 16 noyabr 2011 14:47
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Ela qerardi Mencede tənha anaların övladlarını herbi xidmete cagirmasinlar.....Ela Fikirdir..
Thanks Bu xeberi ele yerinde axtarirdim

BadZero

  • 16 noyabr 2011 14:46
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
yaxşı qərardı tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

MULTIMEN

  • 16 noyabr 2011 14:14
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
SEHIDLER OLMEZ VETEN BOLUNMEZ
INDI BU ELA QANUN DU BAAAAAAXXXXXXXXXXXXXXXXXXX

Elvin007

  • 16 noyabr 2011 13:43
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
mencede yaxsi qerardi twk en boyuk esger bizim esger

--------------------
▼►►Proqramming◄◄▼

Dj_Tural

  • 16 noyabr 2011 13:38
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
bu qerar qebul olsa yaxsidi eger evin tek ovladidisa hetda atasida yoxdusa hemin oglan herbide sehid olsa bes onun neslinin davamcixi kim olacaq???

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Musique Sage

  • 16 noyabr 2011 13:21
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
dunen baxdim yaxsi qerardi


dunen baxdim yaxsi qerardi

MiLeyla

  • 16 noyabr 2011 13:20
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
gelecekde haminin tek uwagi olacaq smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_TUNAR_MAMEDOV_

  • 16 noyabr 2011 13:12
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
MARAQLI XEBERDI TWKLER.....

--------------------

Music Star

  • 16 noyabr 2011 13:05
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Mence yaxsi olar

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}