Məsumların Nurlu Kəlamlarından (281-300)

 
Məsumların Nurlu Kəlamlarından (281-300)

Hədis 281:
İmam Həsən (ə) buyurur: “Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

Hədis 282:
İmam Həsən (ə) buyurur: “Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

Hədis 283:
İmam Həsən (ə) buyurur: “İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

Hədis 284:
İmam Həsən (ə) buyurur: “Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

Hədis 285:
İmam Həsən (ə) buyurur: “Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

Hədis 286:
İmam Həsən (ə) buyurur: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

Hədis 287:
İmam Həsən (ə) buyurur: “Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

Hədis 288:
Həzrət Əli (ə) buyurur: “Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.”

Hədis 289:
Həzrət Əli (ə) buyurur: “Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”

Hədis 290:
Həzrət Əli (ə) buyurur: “Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.”

Hədis 291:
Həzrət Əli (ə) buyurur: “Başqalarının sirrini açan kəsin sirrini Allah açar.”

Hədis 292:
Həzrət Əli (ə) buyurur: “Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.”

Hədis 293:
Həzrət Əli (ə) buyurur: “Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.”

Hədis 294:
Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən kəs başqasını islah edə bilməz.”

Hədis 295:
Həzrət Əli (ə) buyurur: “Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.”

Hədis 296:
Həzrət Əli (ə) buyurur: “Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.”

Hədis 297:
Həzrət Əli (ə) buyurur: “Üzr istəyən halda cəza vermək necə də pisdir!”

Hədis 298:
Həzrət Əli (ə) buyurur: “Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.”

Hədis 299:
Həzrət Əli (ə) buyurur: “Çox pisdir ki, insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.”

Hədis 300:
Həzrət Əli (ə) buyurur: “Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”


Geri dön

GOD_of_WAR

  • 21 noyabr 2011 15:36
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
tesekkurler xebere gore

--------------------
G O D _ o f _ W A R

Repery

  • 18 noyabr 2011 14:27
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun bizle xeberi bolushduyun ucun.

--------------------

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 00:48
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Ku-ku,
..._Olsem Gelme_...,
ZEHRA,
Asesinato,
wiki,
V_I_P,
maraqli qiz,
COOOX SAG OLUN oxudugunuz ucun...

--------------------

maraqli qiz

  • 17 noyabr 2011 12:45
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
290,291 ci hedisler daha cox xowuma geldi winked

V_I_P

  • 17 noyabr 2011 12:24
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler...

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

wiki

  • 17 noyabr 2011 11:59
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

BadZero

  • 17 noyabr 2011 11:41
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
digərləri kimi bunları da save elədim ALLAH RAZI OLSUN

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

ZEHRA

  • 17 noyabr 2011 11:00
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Üzr istəyən halda cəza vermək necə də pisdir!” cox beyendim

111_Shawmn Michaelais_111

  • 17 noyabr 2011 10:32
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allah razı olsun canim

--------------------


Ku-ku

  • 17 noyabr 2011 10:28
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}