"Okean-materik" qanunauyğunluğu haqqında

 
"Okean-materik" qanunauyğunluğu haqqında

Yer səthində müxtəlif qanunauyğunluqlar vardır. Onlardan biri odur ki, əgər qlobusda bir qitəni deşib keçsəniz, oxun ucu okeandan çıxacaqdır. Əgər oxu əks istiqamətdə okeandan keçirsəniz qitədən, yəni quru səthindən çıxacaqdır. Şimal Buzlu okeanın əks istiqamətində Antarktida, Afrika ilə Avropanın əksində Sakit okean, Hind okeanının əksində Şimali Amerika, Avstraliyanın əksində isə Şimali Atlantika yerləşir. Yer səthində ancaq Cənubi Amerika istisna təşkil edir. Onun əks istiqamətində dəniz deyil, Cənub-Şərqi Asiya yerləşir. Deməli, əgər qlobusu masanın üstündə fırlatsaq, onun üst tərəfində okean olarsa, alt tərəfində quru olacaqdır.

Yer səthində olan materiklər qoşa-qoşadır. Şimali Amerika Cənubi Amerika ilə, Avropa Afrika ilə qoşalaşır. Burada ancaq Antarktida müstəsnalıq təşkil edir. Əgər biz yer kürəsini dörd dilimə bölmüş olsaq ondan üç dilimə ancaq okean düşəcək, Antraktida isə dilimlərin ucunda dörd hissəyə "parçalanmış" olacaqdır. Yer səthinin bu xüsusiyyətlərini bir əsr bundan əvvəl (1868) Reklyu "üç birgə paralel ekiz materiklər qanunu" adlandırmışdır. Hər bir dilimdə olan materiklər cənub hissədə yerləşən şimaldakı materikə nisbətən şərqə doğru öz yerini dəyişmişdir. Deməli, onlar bir meridian üzrə yerləşmir.

Digər qanunauyğunluq:

Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
Cənub yarımkürəsi materiklərinin qərb hissəsi batıq, şərq hissəsi isə çıxıntılıdır. Odur ki, Afrikanın qərbində Qvineya, Avstraliyanın qərbində isə Böyük Avstraliya körfəzi vardır.
Bəzi materiklərin şərq hissəsində əyməvarı şəkildə olan adalar silsiləsi olduğu halda, onların qərb hissəsində belə adalar silsiləsi yoxdur. Antil əyməsi, Asiyanın şərqində olan nəhəng adalar silsiləsi buna misal ola bilər.


Geri dön

MuslimGirl

  • 18 noyabr 2011 01:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
Maraqlı məlumatlardır. Bir-ikisini bilirdim, amma həqiqətən də, diqqətimi cəlb edən informasiyalar aldım. Təşəkkürlər

Elvin007

  • 17 noyabr 2011 22:33
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
maraqli idi twk

--------------------
▼►►Proqramming◄◄▼

Nurlan 98

  • 17 noyabr 2011 21:35
  • Məqalə: 0
  • Şərh: 218
  • Bal:
{awards}
Dünya başdan başa möcüzədi .
maraqlı məlumatlardı

--------------------
Gördüyünü hər kəs sevər, sən onda heç kimin görmədiyini tapacaqsan. Əgər əsl sevgi istəyirsənsə; bədənə deyil, ürəyə toxun.

BadZero

  • 17 noyabr 2011 18:22
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Oxudum.. Maraqlı məlumat üçün sənə bol-bol təşəkkürlər... love

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

jalicka.

  • 17 noyabr 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
ilk serh menden twk edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}