Məsumların Nurlu Kəlamlarından (301-320)

 
Məsumların Nurlu Kəlamlarından (301-320)

Hədis 301:
Həzrət Məhəmməd (s) buyurur: “Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.”

Hədis 302:
Həzrət Məhəmməd (s) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”

Hədis 303:
Həzrət Məhəmməd (s) buyurur: “Möminlər bağışlayan və mülayimdirlər.”

Hədis 304:
Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”

Hədis 305:
İmam Həsən (ə) buyurur: “Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”

Hədis 306:
Həzrət Məhəmməd (s) buyurur: “Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.”

Hədis 307:
Həzrət Məhəmməd (s) buyurur: “Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”

Hədis 308:
Həzrət Əli (ə) buyurur: “Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”

Hədis 309:
Həzrət Əli (ə) buyurur: “Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”

Hədis 310:
Həzrət Əli (ə) buyurur: “Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”

Hədis 311:
Həzrət Əli (ə) buyurur: “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

Hədis 312:
Həzrət Əli (ə) buyurur: “Hər nəfəs ölümə doğru atılan bir addımdır.”

Hədis 313:
Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın olan düşmən öz nəfsindir.”

Hədis 314:
Həzrət Əli (ə) buyurur: “Yəqin üzündən olan yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.”

Hədis 315:
Həzrət Əli (ə) buyurur: “Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”

Hədis 316:
Həzrət Əli (ə) buyurur: “Bəsirət kor olanda gözün görməyi faydasızdır.”

Hədis 317:
Həzrət Əli (ə) buyurur: “Tam bilmədiyin şeyi danışma.”

Hədis 318:
Həzrət Əli (ə) buyurur: “Sınaqdan çıxarmamış dosta e`timad etmə.”

Hədis 319:
Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.”

Hədis 320:
Həzrət Əli (ə) buyurur: “Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.”

Məsumların Nurlu Kəlamlarından (301-320)


Geri dön

GOD_of_WAR

  • 21 noyabr 2011 15:35
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
tesekkurler xebere gore

--------------------
G O D _ o f _ W A R

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 00:13
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Azer_009

  • 19 noyabr 2011 15:25
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR EDIRIK YENI DINLE BAGLI XEBERLER GOZLEYIRIK

--------------------
imza AZER SEREFLI

Repery

  • 18 noyabr 2011 14:14
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun xeberi bizle bolushduyun ucun.

--------------------

gulnihal

  • 18 noyabr 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
ALLAH razi olsun sizlerden.

Repery

  • 18 noyabr 2011 13:01
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun Tunar qaqam...

--------------------

BadZero

  • 18 noyabr 2011 11:37
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun qardaşım digərləri kimi bunları da save elədim çox sağ ol

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}