Fatih Terim Azərbaycan yığmasına gəlir?

 
Fatih Terim Azərbaycan yığmasına gəlir?

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi ilin sonunda başa çatacaq. 3 ildir millimizi çalışdıran almaniyalı mütəxəssisin anlaşması sona yaxınlaşdıqca onun postuna yeni namizədlər haqda məlumatlar dolaşır. Bir çox mütəxəssislər hesab edir ki, Foqts millimizə rəhbərlik etdiyi 3 il ərzində yığmada inkişafa nail ola bilməyib. Onun yerli məşqçi ilə əvəzlənməsi barədə fikirlər daha çox müzakirə olunur. Son illər “Qarabağ”la Avropa kuboklarında nəzərəçarpan uğurlar əldə etmiş Qurban Qurbanov milliyə rəhbərlik etməyə ən layiqli namizəd kimi göstərilir.

Foqtsun postunda qalmasını istəyənlər və ya onun əcnəbi çalışdırıcı ilə əvəzlənməsinə tərəfdar olanlar da var. AFFA prezidenti Rövnəq Abdullayev son açıqlamalarından birində yığmanın yerli məşqçiyə tapşırılmasının əleyhinə olduğunu gizlətməyib. O, Qurban Qurbanovun milliyə rəhbərlik etməsi üçün hələ gənc olduğunu bildirərək ölkədə yığmanı çalışdıracaq səviyyədə mütəxəssisin olmadığını söyləyib. Amma federasiya başçısı bu fikirləri bildirərkən dünyanın ən məşhur klublarını və millilərini Qurbanovdan yaşca kiçik və daha təcrübəsiz məşqçilərin çalışdırdığını “unudub”.

Bu arada “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, AFFA yığma komandamızın baş məşqçisi postuna Türkiyənin ən tanınmış məşqçisi Fatih Terimi gətirmək fikrinə düşüb. Amma “Qalatasaray”ın çalışdırıcısının Bakıdan, AFFA-dan gedən təklifi qəbul etmədiyi bildirilir. İddia olunur ki, “İmperator” ləqəbli məşhur məşqçi Azərbaycan tərəfinin cəlbedici təklifindən imtina edib.

Qeyd edək ki, Terim 2000-ci ildə “Qalatasaray”a UEFA kubokunu qazandırıb.
Onun rəhbərliyi altında Türkiyə yığması 2008-ci ildə keçirilən Avropa çempionatının bürünc medalına sahib çıxıb.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 00:00
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 21:36
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
kim gelir gelsinee,,esas futbolcularimizdi. gerek birlik ola, ayaqlarina top kecen kimi birde gorursen xetden colde uje,.. ne ise...

TESHEKKURLER,,XEBER UCUN...

--------------------

... Deryam ...

  • 18 noyabr 2011 13:42
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Foqstdan bir xeyir gəlmədi , bəlkə Terimsə köməklik edər inkişaf edərlər laughing

--------------------

BadZero

  • 18 noyabr 2011 11:36
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
lap yaxşı tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Elvin007

  • 18 noyabr 2011 10:46
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
komandamiz ireli twk xebere gore fellow

--------------------
▼►►Proqramming◄◄▼

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}