Günün qoroskopu (18.11.2011)

 
Günün qoroskopu (18.11.2011)

Çətin gündür. Lakin uğur əldə etmək şansı hələ də var. Şəraitə üstün gəlmək üçün risk lazım gələcək. Hər şeydə diqqətlilik və ehtiyatlılığa üstünlük verənlər azla qane olmalı olacaqlar.

Əksər insanların davranışında ciddi dəyişiklik baş verəcək və bu, ətrafdakıları tez-tez dalana dirəyəcək. Belə ki, sadəlövhlər nadir tədbirlilik nümayiş etdirəcək, tənbəllər səmimi şəkildə çətin işlərin altına girəcək, diribaşlar isə əksinə, maraqlı imkanları əldən buraxacaq. “Qəlbsiz”lər asanlıqla vurula bilir, romantiklər isə özlərini praqmatik aparırsa, deməli, şəxsi münasibətlərdə az sürpriz gözlənilmir.

Qoç - Dolğun və maraqlı gün olacaq. İlk baxışdan elə görünə bilər ki, hadisələr sizin üçün əlverişsiz istiqamətdə inkişaf edir. Lakin əslində heç də belə deyil. Baş verən hər şey başlamağa, nəhayət hərəkətə keçməyə, çoxdan qəbul olunmuş qərarları həyata keçirməyə bir çağırışdır. Çağırışa əməl etsəniz, hər şey yaxşılığa doğru dəyişəcək.

Bu gün məhz sizə lazım olan adamların diqqətini cəlb edirsiniz. Ona görə də yeni münasibətlərə başlamaqdan çəkinməyin.

Buğa - Uğursuz gündür. Peşəkarlıq baxımından problemlər yarana bilər. Düyünləri açmaq üçün iş yerini dəyişməyin lazım gələcəyi istisna olunmur. Bu zaman təcrübə və bilik çatışmazlığı hiss edə bilərsiniz və ixtisasınızın artırılması məsələsi kəskinləşməsi mümkündür.

Yaxınlarınız arasında dəstək tapa biləcəksiniz. Tam anlaşmadan isə bel bağlamağına dəyməz. Sizə uşaq kimi təsəlli verirlər. Lakin heç kim probelmlərinizə həqiqətən ciddi şəkildə yanaşmır. Güclü və zəif tərəflərinizi yaxşı bilən köhnə dostlarınızdan biri istisna təşkil edə bilər.

Əkizlər - Hədəfə doğru yavaş-yavaş irəliləməklə nəyəsə nail ola bilərsiniz. Əsas odur ki, bədxahlarınız sizin manevrlərinizi hiss etməsinlər. Yoxsa, onlar sizə mane olmağa cəhd edəcəklər. Yeni müttəfiqlərin yaranması mümkündür. Onlardan təcili hərəkətlər tələb etməyin. Hələlik cəmiyyətdə müəyyən çəkiyə, nüfuza sahib olan adamların dəstəyinə güvənmək kifayətdir.

Boş şübhələr yaratmamaq üçün niyyət və planlarınızı yaxınlarınızdan gizlətməyin. Əgər davranışlarınızı dəyişməsəniz, romantik münasibətlər qısqanclıq üzündən korlana bilər.

Xərçəng - Bilə-bilə yerinə yetirmədiyiniz planlardan imtina edin. Yalnız gücünüz daxilində olan işlərlə məşğul olun. Hər şeyin ən yüksəyini arzulamaq pis deyil. Lakin bu gün bunun üçün münasi gün deyil. Müttəfiqlərinizlə fikir ayrılıqları mümkündür. Üstəlik, konstruktiv diskussiyaya nail olmaq çox çətindir. Məhsuldar dialoq mənasız incikliklə yekunlaşa bilər.

Emosional fon sabit deyil. Siz neqativ təsirlərə qarşı zəifsiniz. Ona görə də xoşlamadığınız adamlarla təmaslardan qaçmağa çalışın.

Şir - Sizin gününüz deyil. Hər şey əlinizdən çıxır, ətrafdakılarla mübahisələrdən qaça bilmirsiniz, əsəbiliyinizin qurbanı bəzən ən yaxınlarınız da olur. Özünüzü yaxşı hiss etməyəcəksiniz. Çünki yüksək gərginlik xroniki xəstəlikləri oyada bilər. Ona görə də yükünüzü azaltmağa çalışın.

Şirlər yaxşı məsləhətçi tapmaqla mənfi tendensiyaların təsirini müəyyən qədər azalda bilərlər. Unutmayın, başqasının təcrübəsi artıq deyil. Başqalarının məsləhətləri ilə yanaşı öz intuisiyanızın da səsinə qulaq asın. Bu, ilk növbədə pulla bağlı məsələlərdə vacibdir.

Qız - Qayğılarınız az olmayacaq. Planlarınızda müəyyən dəyişikliklər etməyə, hansısa cəsarətli düşüncülərdən imtinaya hazır olun. Bu, xoş deyil. Amma başqa yolunuz da olmayacaq. Müttəfiqləriniz sizi pis vəziyyətdə qoya, rəhbərlik isə yüksək tələblər irəli sürə bilər. Bu səbəbdən ən təmkinli insanların da əsəbləri tab gətirməyə bilər.

Bununla belə, vəziyyətə təsir edə bilərsiniz. Prioritetləri düzgün müəyyənləşdirsəniz və mümkün olan hər şeyi təxirə salsanız, xoş məşğuliyyətlər, yaxınlarla ünsiyyət, dostlarla görüşlər, hətta, romantik görüş üçün kifayət qədər vaxtınız qalacaq.

Tərəzi - Bu gün müttəfiqlərinizin dəstəyinə çox ehtiyacınız olacaq. Məsələ bundadır ki, qarşınızda duran məsələləri təkbaşına çətin həll edə biləsiniz. Ənənələri pozmaq, həyatı yeni emosiyalar və müxtəlif hadisələrlə doldurmaq istəyirsiniz. Lakin ulduzlar eksperimentlərdən uzaq durmağı və diqqəti malik olduqlarınızın qorunmasına yönəltməyi israrla tövsiyə edir.

Günün ikinci yarısında uzaqdan gözlənilməz xəbər gələ bilər. Bu zaman çətin və vacib qərar qəbul etməli olacaqsınız. Yaxınları naminə öz rahatlığını qurban verməyə hazır olanlarla birlikdə çətin vəziyyətdən çıxış yolu tapmaq daha asan olacaq.

Əqrəb - Başqalarının manipulyasiyalarının qurbanı ola bilərsiniz! Marionet olmaq istəmirsiniz? O zaman şüurunuzu nümayiş etdirməli, hər addımınızın mümkün nəticələrini düşünməli, hədəfə çatmaq üçün ən qısa və asan yollardan imtina etməli olacaqsınız. Kompromislərdən uzaq olmağınız və prinsipiallığınızla özünüzə düşmən yaratmaq riski altındasınız. Lakin bu keyfiyyətlərinizi sülhpərvərliklə ört-bastır etmək cəhdləri yaxşı heç nə verməyəcək.

Yaxınlarınızla yola getmək çətin deyil. Lakin bunun üçün onların arzu və maraqlarını nəzərə almalı, güzəştlərə hazır olmalısınız.

Oxatan - Çox şeyi çatdırmalısınız. Üstəlik, ulduzlar qoyduğunuz məqsədlərə tezliklə çatmaqda sizə heç də həmişə kömək etməyəcək. Çoxsaylı əngəllərin aşılmalı olduğunu nəzərə alsaq, gün yorucu keçəcək. Lakin bu sizi qorxutmasın. Çətinliklə mübarizə ruh yüksəkliyinə səbəb olacaq.

Yeni tanışınızın tənhalıqdan, ruh düşgünlüyündən xilas olmaq üçün sizdən saman çöpü əvəzinə yapışması istisna olunmur. Belə münasibətlərdən yaxşı heç nə gözləməyin.

Oğlaq - Gün dünənlə müqayisədə daha uğurlu olacaq. Bu gün, əvvəllər imtina etdiyiniz adamlardan alacağınız təkcə faydalı məsləhətlərə yox, həm də real köməyə ümid edə bilərsiniz. Perspektivli işgüzar əməkdaşlığın başlanması mümkündür. Bürcün bir çox nümayəndələrinin gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq imkanı olacaq.

Xərcləriniz çoxdur. Amma qənaət etmək istəmirsiniz. Çünki söhbət bəyəndiyiniz adamın arzularının yerinə yetirilməsindən gedir. Sevdiyiniz şəxs və ya köhnə dostların əhatəsində istirahət xoş olacaq.

Dolça - Hamınızın sevimlisi olduğunuz, bu gün bir daha təsdiqlənə bilər. Sürprizlər, gözlənilməz hədiyyələr mümkündür, sevgi etirafları da istisna olunmur. Gələn təkliflər çox maraqlıdır. Onları qəbul etsəniz, yəqin ki, vaxtınızı yaxşı keçirəcəksiniz.

Amma təəssüf ki, hər şey belə sevindirici və aydın deyil. Bir çox Dolçalar üçün gün maliyyə problemləri və itkilərlə müşayiət olunacaq. Ulduzlar belələrinə riskli sövdələşmələrdən və avantüralardan çəkinməyi tövsiyə edir.

Balıqlar - Ünvanınıza təqdirlər eşidirsiniz. Lakin bu gün sizin ən çox ehtiyacınızın olduğu real köməkdir. Buna isə bel bağlamağa dəyməz. İşgüzar partnyorlarınızla fikir ayrılıqları mümkündür. Maraqlarınızı müdafiə etmək üçün sərt davranmaq lazım gələ bilər. Yalnız günün ikinci yarısında vəziyyət bir qədər düzələcək və özünüzü sərbəst hiss edəcəksiniz.

Yaxınlarınızla münasibətlərdə isə hər şey ürəkaçandır. Bu münasibətlərdə harmoniya hökm sürəcək. Üstəlik, hər kəs başa düşür ki, bu, sizin xidmətinizdir.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 21:36
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
Əqrəb - Başqalarının manipulyasiyalarının qurbanı ola bilərsiniz! Marionet olmaq istəmirsiniz? O zaman şüurunuzu nümayiş etdirməli, hər addımınızın mümkün nəticələrini düşünməli, hədəfə çatmaq üçün ən qısa və asan yollardan imtina etməli olacaqsınız. Kompromislərdən uzaq olmağınız və prinsipiallığınızla özünüzə düşmən yaratmaq riski altındasınız. Lakin bu keyfiyyətlərinizi sülhpərvərliklə ört-bastır etmək cəhdləri yaxşı heç nə verməyəcək.
TWKLER....

--------------------

R_A_P_U_N_Z_E_L

  • 18 noyabr 2011 16:08
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler

Мой Мир

  • 18 noyabr 2011 13:53
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Qoç - Dolğun və maraqlı gün olacaq. İlk baxışdan elə görünə bilər ki, hadisələr sizin üçün əlverişsiz istiqamətdə inkişaf edir. Lakin əslində heç də belə deyil. Baş verən hər şey başlamağa, nəhayət hərəkətə keçməyə, çoxdan qəbul olunmuş qərarları həyata keçirməyə bir çağırışdır. Çağırışa əməl etsəniz, hər şey yaxşılığa doğru dəyişəcək.
insallah her sey yaxsi olar nese ureyimi acdiye bu burcum=))


cox saqol

--------------------
∞♥

Zaurcik2011

  • 18 noyabr 2011 13:12
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

Əqrəb - Başqalarının manipulyasiyalarının qurbanı ola bilərsiniz! Marionet olmaq istəmirsiniz? O zaman şüurunuzu nümayiş etdirməli, hər addımınızın mümkün nəticələrini düşünməli, hədəfə çatmaq üçün ən qısa və asan yollardan imtina etməli olacaqsınız. Kompromislərdən uzaq olmağınız və prinsipiallığınızla özünüzə düşmən yaratmaq riski altındasınız. Lakin bu keyfiyyətlərinizi sülhpərvərliklə ört-bastır etmək cəhdləri yaxşı heç nə verməyəcək.
recourse recourse recourse

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

radharani

  • 18 noyabr 2011 12:03
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
{awards}
HMMM BUGALAR UCUN PIS GUNDU ... XEBERE GORE SAG OLUN

BadZero

  • 18 noyabr 2011 11:36
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Əkizlər - Hədəfə doğru yavaş-yavaş irəliləməklə nəyəsə nail ola bilərsiniz. Əsas odur ki, bədxahlarınız sizin manevrlərinizi hiss etməsinlər. Yoxsa, onlar sizə mane olmağa cəhd edəcəklər. Yeni müttəfiqlərin yaranması mümkündür. Onlardan təcili hərəkətlər tələb etməyin. Hələlik cəmiyyətdə müəyyən çəkiyə, nüfuza sahib olan adamların dəstəyinə güvənmək kifayətdir.

Boş şübhələr yaratmamaq üçün niyyət və planlarınızı yaxınlarınızdan gizlətməyin. Əgər davranışlarınızı dəyişməsəniz, romantik münasibətlər qısqanclıq üzündən korlana bilər.

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Marina

  • 18 noyabr 2011 11:19
  • Məqalə: 0
  • Şərh: 375
  • Bal:
{awards}
necede dúz dedi.dogrudan bu gùn ugursuz gùnùmdù.allah mene kömek olsun.

--------------------
Men seninleyem sözùmù tuturam,tutacagam.Ebediyyete qovusan yolda."Ebedi seninem"! "Seninleyem menimsen menimlesen"!

mor.menekse

  • 18 noyabr 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
TWk.......................

Elvin007

  • 18 noyabr 2011 10:47
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk oxudum burcumu sagol xebere gore bully

--------------------
▼►►Proqramming◄◄▼

KRiPToS

  • 18 noyabr 2011 10:41
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Balıqlar - Ünvanınıza təqdirlər eşidirsiniz. Lakin bu gün sizin ən çox ehtiyacınızın olduğu real köməkdir. Buna isə bel bağlamağa dəyməz. İşgüzar partnyorlarınızla fikir ayrılıqları mümkündür. Maraqlarınızı müdafiə etmək üçün sərt davranmaq lazım gələ bilər. Yalnız günün ikinci yarısında vəziyyət bir qədər düzələcək və özünüzü sərbəst hiss edəcəksiniz.

Yaxınlarınızla münasibətlərdə isə hər şey ürəkaçandır. Bu münasibətlərdə harmoniya hökm sürəcək. Üstəlik, hər kəs başa düşür ki, bu, sizin xidmətinizdir.

Elaaa twk.

--------------------

Inciciceyi

  • 18 noyabr 2011 10:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}

Balıqlar - Ünvanınıza təqdirlər eşidirsiniz. Lakin bu gün sizin ən çox ehtiyacınızın olduğu real köməkdir. Buna isə bel bağlamağa dəyməz. İşgüzar partnyorlarınızla fikir ayrılıqları mümkündür. Maraqlarınızı müdafiə etmək üçün sərt davranmaq lazım gələ bilər. Yalnız günün ikinci yarısında vəziyyət bir qədər düzələcək və özünüzü sərbəst hiss edəcəksiniz.

Yaxınlarınızla münasibətlərdə isə hər şey ürəkaçandır. Bu münasibətlərdə harmoniya hökm sürəcək. Üstəlik, hər kəs başa düşür ki, bu, sizin xidmətinizdir.


twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}