Bağda ərik var idi

 
Bağda ərik var idi

Bağda ərik var idi…Bu məsəli deyənləri heç anlamırdım. “Axı əriyin salama nə aidiyyatı var? Mənim bağım yoxdur, o bağın da əriyi də yoxdur. İndi mənə salam verməyəcəklər?” – deyirdim.
Yaşadım, öyrəndim. Elə dünyanın çığal oyunlarını, insanların saxta gülüşlərini, riyakar davranışlarını öyrəndiyim kimi. Heç demə nə o bağ mən bildiyim bağ , nə də ərik o əriklərdən imiş.
Bu məsəl bir zamanlar işləri düşəndə insanın dörd bir yanına pərvanə olan, çıxarları xətrinə “Dostumsan” deyən insanlar üçün deyilibmiş. O zamandan çox vaxt keçib, amma təəssüf ki, bu məsəli deyib də xatırlanası insanlar azalmayıb.
Bağı bol olanın ətrafında o qədər insan toplaşıb ki, bağ sahibinin gözü kor olub. Ayırd edə bilmir kim, nə üçün burdadır. Bəlkə də buna ehtiyacı da yoxdur. Axı hər kəs ona salam verir, hörmətli, izzətli olur. Necə deyərlər, bağda ərik var, salamməlük də var hələ.
Vay o günə ki, o bağ quruya. Onda bağ sahibinin gözləri yavaş- yavaş açılır və görür ki, hərə üzünü çevirib, heç arxasına baxmadan gedir digər bağ sahibinin yanına. Onda yaranacaq niyə sualına cavab da çox sadə olur: “Ərik qutardı salamməlük qutardı”.
Deyirəm, kaş bağımız hər zaman əriksiz olaydı, bəlkə o vaxt ərik xətrinə yanımızda olanlar da olmazdı. Sonra da düşünürəm …


Geri dön

Elvin007

  • 19 noyabr 2011 13:27
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
twk xebere gore fellow

--------------------
▼►►Proqramming◄◄▼

jalicka.

  • 19 noyabr 2011 00:05
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
ela xeberdir dostcikim twk

✰GlaMurKa✰

  • 18 noyabr 2011 22:25
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurler

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 20:50
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
hm,,,, teshekkurler...

--------------------

..:MeleK kiz:..

  • 18 noyabr 2011 20:10
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli xeberdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}