Qiyamətdən öncə baş verəcək hadisələr

 
Qiyamətdən öncə baş verəcək hadisələr

Həzrəti Muhəmməd (s.a.a.) qiyamətdən əvvəl baş verəcək hadisələri anlatmışdır. Hadisədəki əlamətlər qiyamətin yaxınlaşmasını göstərir.

1. Qiyamətin əlamətləri bir cizgidə muncuqların arxa-arxaya kimi qoşulduğu kimi bir-birinin arxası ilə gələr.

2. Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə qiyamət yaxınlaşar.

3. Qiyamət yaxınlaşanda ölüm hadisələri və qətliamlar geniş yayılacaq.

4. İnsanların öz əlləri ilə etdikləri pis əməllərin nəticəsində quruda və suda fəsad və pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın ki, bəlkə onlar qayıtsın.

5. Böyük şəhərlər dünən sanki, yox imiş kimi məhv olar.

6. Bu hadisələr olana qədər qiyamət qopmayacaqdır, zəlzələlər çoxalacaqdır.

7. Aclıq və həyatın bahalığı çoxalacaqdır.

8. Pozğunluq aşkar edilmədən qiyamət qopmaz.

9. Zinanın çoxalması qiyamətin əlamətlərindəndir.

10. Qiyamət yaxınlaşanda həya, kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan gedər. Kişilər qadınlara bənzəyəcək, qadınlarda kişilərə bənzəyəcək.

11. Kişilər kişilərlə, qadınlarda qadınlarla kifayətlənəndə qiyamət yaxınlaşacaq.

12. İnsanlara elə bir vaxt gələcək ki, Quran bir vadidə, insanlar başqa vadidə olarlar.

13. İnsanlara elə bir dövr gələcək ki, Qurani-Kərimin yalnız adı qalacaq. Onlar İslamdan çox uzaq olduqları halda İslami adlarla adlandırılacaq, məscidlər gözəl göründüyü halda, hidayət yönündən xarab olacaqdır.

14. Qiyamətə yaxın Quran oxuyan, ancaq oxuduqları yalnız dillərdə qalan, ürəklərinə gedib çatmayan insanların törəyəcəyi bir zaman gələcəkdir.

15. Axirətzamanda sizdən əvvəlki millətləri qarış-qarış izləyəcəksiniz. Hətta onlar (xristianlar və yəhudilər) kərtənkələ deşiyinə girsələr belə, sizdə onların arxaları ilə ora girəcəksiniz.

16. Qiyamətdən əvvəl qaranlıq gecələr kimi fitnələr var.

17. Qiyamətə yaxın qaranlıq hissələr kimi qarışıqlıqlar olacaqdır. Bu qarışıqlıqlar içində insan mömin olaraq səhəri açıb, kafir olaraq axşamlayacaq. Mömin olaraq axşamlayıb, kafir olaraq səhəri açacaqdır.

18. Haram olan şeylərin halal hesab edilməsi qiyamətin əlamətlərindəndir.

19. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya və təkəbbürdən utanılmayacaq.

20. Alimlər elmi ancaq pul qazanmaq üçün öyrənəndə, dini dünya mənfəəti əvəzinə satanda qiyamət yaxınlaşacaq.

21. Axirzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətinə satacaqlar. Bunlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər. Dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi qatı olacaqdır.

22. Ümmətimin axır dövrlərində məscidlərini bəzəyib ürəklərini xarab saxlayan, paltarını çəkinib qoruduğu qədər dinin çəkinib qorumayan, dünya işlərinin yolunda getməsi üçün dinini vasitə etməyə fikir verməyən bəzi insanlar törəyəcək.

23. Yaxşılıq tərk edilib əmr edilməyəndə və pislik edilib qarşısı alınmayanda qiyamət yaxınlaşacaq.

24. Qiyamət yaxınlaşır yaxşılıq azalar.

25. Qiyamətin bir əlaməti məscidlərin içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların əmr etdiklərini yerinə yetirən səmimi möminlərin üzərində qalib gəlib hökm etmələridir.

26. İnsanlara elə bir zaman gələcək ki, məscidlərdə yığışıb Namaz qılarlar, ancaq içərilərində bir dənə də belə mömin olmaz.

27. Kim Quran oxusa savabını Allahdan istəsin. Çünki son dövrlərdə Quranı oxuyub mükafatını insanlardan istəyən bəzi insanlar törəyəcək.

28. Quranın mahnı kimi oxunulub həzz alındığı, hətta insan alim olmadığı halda bu cür oxuduğuna görə etibar gördüyü vaxt qiyamət qopar.

29. Axirzaman ümmətim üçün ən çox qorxduğum şey ulduzlara inanmaq və qədəri yalan saymaqdır.

30. İnsanlara elə bir vaxt gələr ki, sələm (faiz) yeməyən adam qalmaz. Onu yeməsə də tozu mütləq dəyər.

31. İnsanlara elə bir dövr gələr ki, zənginləri səyahət üçün, alimləri riya və göstəri üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər.

32. Qiyamət yaxınlaşanda qanunsuz əlaqələrdən doğulan uşaqlar (biclər) çoxalar.

33. Dedi-qoduçular, qeybətçilər və lağ edənlərin çoxalması qiyamətin əlamətlərindəndir.

34. Hündür-hündür binalar inşa edilməyənədək qiyamət qopmaz


Geri dön

joyful

  • 19 noyabr 2011 18:47
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
Allah cumle muselmanlara rehm etsin.Amin.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Elvin007

  • 19 noyabr 2011 12:50
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Maraqla oxudum twk xebere gore what

--------------------
▼►►Proqramming◄◄▼

FLY TIME

  • 19 noyabr 2011 12:23
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
deyerli xebere gore twk..............

ASMIYA

  • 19 noyabr 2011 01:01
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKUR EDIREM. REBBIM O DEHSETLI ANLARI GOSTERMESIN BIZLERE INSA ALLAH
ALLAHIM BUTUN MOMIN BENDELERINI QORUSUN. AMIN
wassat

--------------------


tokito

  • 19 noyabr 2011 00:51
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
maraqlidi tsk

.♣.Chrysalis.♣.

  • 19 noyabr 2011 00:25
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
coox gozel sozlerdi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

maraqli qiz

  • 19 noyabr 2011 00:11
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
allah bizi haqq yolundan cekindirmesin no

..:LuNaTiK:..

  • 18 noyabr 2011 23:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler baciskommmmmmm

jalicka.

  • 18 noyabr 2011 23:56
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
helem bunlar harasidir

Casper

  • 18 noyabr 2011 22:49
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
ALLAH bizi o gunden ve olacaqlardan qorusun!!!

--------------------
Only GODcan judge me!!!

... Deryam ...

  • 18 noyabr 2011 22:04
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Hündür hündür binalar ...zəlzələlər .... feel
QİYAMƏTİN BÜTÜN ƏLAMƏTLƏRİ VAR , O Dünyamız üçün hazırlıqlar getməlidi ...

--------------------

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 20:31
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler... melumat verdiyiniz ucun...

--------------------

BadZero

  • 18 noyabr 2011 20:28
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Bu əlamətlərin çox hissəsi bizim dövrdə var, bunları görürük. Qiyamət qopsa yaxşıdır.. Fani həyat bizə heç nə verməyəcək

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}