Xalq artisti torpağa tapşırıldı

 
Xalq artisti torpağa tapşırıldı

Bu gün səhər saatlarında vəfat edən Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru 62 yaşlı Elxan Əhədzadə ilə vida mərasimi keçirilib. Mərhumla vida mərasimi yaşadığı evində baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Musiqili Komediya Teatrı, Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrının aktyorları, eləcə də Elxan Əhədzadənin sənət dostları vida mərasiminə qatılıblar.

Xalq artisti Yaşar Nuri xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib. Yaşar Nuri onu da deyib ki, sənətkarla vida mərasiminin keçirilməsi vacibdir və yaxşı olardı ki, Əhədzadə son mənzilə teatrdan yola salınardı.

Ailəsi və sənət dostları vidalaşdıqdan sonra xalq artisti Elxan Əhədzadə Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Mərhum uzun müddət mədə və on iki barmaq bağırsağında yaradan və Hepatit C-dən əziyyət çəkib. Son bir ayda isə onun vəziyyəti çox pisləşib və bu gün səhər saat 05:30 radələrində dünyasını dəyişib.

Aktyorun ailə üzvlərinin ATV Press-ə verdiyi məlumata görə, bu gün səhər vəziyyəti pisləşən xalq artisti 4 nömrəli xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvləri xalq artisti ilə vida mərasiminin uzun illər çalışdığı Musiqili Komediya Teatrında keçirilməsini xahiş etsələr də, buna razılıq verilməyib.

Xatırladaq ki, Elxan Yahya oğlu Əhədzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinifində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaradıb. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakultəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Bu müddət ərzində R.Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa edib.

Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərib. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilib.

O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynayıb.

Daha sonra Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaradıb. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa edib.

E.Əhədzadə bütün Respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak edib. Professional aktyor və peşakar müğənni kimi popularlaşan bu sənətçi bütün kollektivin üzvlərinin və geniş tamaşaçı kütləsinin rəğbət və məhəbbətini qazanıb.

E.Əhədzadə 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Geri dön

nilayka

  • 7 may 2011 18:30
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sag ol

--------------------

only-girl

  • 9 aprel 2011 18:03
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Allah rehmet elesin.


--------------------

nilayka

  • 21 fevral 2011 21:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.....

--------------------

Sergio Ramos

  • 14 dekabr 2010 19:24
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Allah rəhmət eləsin

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah rehmet etsin

sevgi_meleyim

  • 11 oktyabr 2010 21:54
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
recourse Allah rehmet elesin, ruhu sad olsun, yeri Cennet olsun InsaAllah.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Grace_Angel

  • 11 oktyabr 2010 18:53
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.....

--------------------

Azeri_Gozeli

  • 11 oktyabr 2010 18:03
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah rehemet elsin
recourse

--------------------

POLAT

  • 11 oktyabr 2010 18:02
  • Məqalə: 8
  • Şərh: 251
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------


♥ Her Saniye !
♥ Her Dakika !
♥ Her Saat !
♥ Her Gün !
♥ Her Ay !
......♥ Her Yıl !

BENİMSİN ! ve Bu Hep BöyLe
KaLacak
Zamana İnat oLsada!
Bu AŞK Bitmez !

/(,") ♥ (¨.)
./♥\.♥./█\.
_||_ ♥ _||_

sevgi yalandir

  • 11 oktyabr 2010 18:02
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
allah rehmet elesin

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}